ABŞ təsviri incəsənəti (ing. Visual art of the United States) — ABŞ və ya amerikan rəssamlarının təsviri incəsənəti.
Təsviri incəsənətdə Hudzon çayı məktəbi Avropa naturalizm ənənələrində XIX əsr cərəyanı idi. Tomas İkinsin realist rəsmləri artıq geniş şəkildə tanınır. 1913-cü ildə Nyu-York şəhərində keçirilən Avropa modernist sənət sərgisi olan Arsenal şou ictimaiyyəti şok etdi və ABŞ-nin incəsənət səhnəsini dəyişdirdi.[1] Corciya O'Kiff, Marsden Hartli və və başqaları yeni, fərdi üslublarla təcrübələr apardılar. Cekson Pollok və Villem de Kuninqin abstrakt ekspressionizmi və Endi Uorhol və Roy Lixtenşteynin pop-artı kimi başlıca bədii hərəkatlar ABŞ-də geniş inkişaf etmişdir. Modernizmin və sonra postmodernizmin qabarıqlaşması Frank Lloyd Rayt, Filip Conson və Frank Qeri kimi Amerika memarlarına şöhrət gətirdi.[2] Alfred Stiqlitz, Edvard Stayxen və Ansel Adams da daxil olmaqla, böyük fotoqraflarla amerikalılar fotoqrafiyanın müasir sənət mühitində uzun müddət əhəmiyyətli olmuşdur.[3]