Abazqlar (q.yun. Αβασγοί; lat. Abasci, Abasgi;[1] gürc. აბაზგები) — Qafqazda, indiki Abxaziyanın qərbində məskunlaşan qədim xalq. Onlar abxazların əcdadları sayılır. Aşşur, sonralar isə antik mənbələrdə xatırlanan abazqlar Qafqazın Qara dəniz sahilinin köklü sakinlərindən olmuşlar.[2] 550-ci ildə Laz müharibəsi zamanı abazqlar Bizans imperiyasına qarşı üsyan qaldıraraq Sasaniləri köməyə çağırmışdılar, lakin general Bess abasq üsyanını darmadağın etmişdir.[3]