Abbasilər dövründə türklər (kitab)

Abbasilər dövründə türklərƏnvər Çingizoğlunun Abbasilər dövründə yaşam sürən türklər haqqında yazdığı kitab.

Abbasilər dövründə türklər
Müəlliflər Ənvər Çingizoğlu
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2015
Nəşriyyat Mütərcim
Səhifə 408
ISBN ISBN 978-9952-28-204-7

Məzmunu[redaktə | mənbəni redaktə et]

Abbasi xəlifələrinin türklərə fövqəladə yaxınlıq göstərmələri, bu İslam dininin qəbul edilməsinin daha da sürətlənməsinə səbəb oldu. Xəlifə Əl-Mənsur (754-775-ci illər) zamanından etibarən türklər Xilafət ordusuna əsgər olaraq daxil olmağa başladılar. Əl-Məmun dövründə (813-833-cu illər) türklərdən xüsusi gözətçi birlikləri yaradılmağa başlandı. Nəhayət, Xəlifə Mötəsim zamanında (833-842-ci illər) xəlifəlik ordusunun əsasını türklər təşkil edirdi. Türk ordusu üçün Samarra (Samirə) şəhərini tikən Xəlifə, sarayını və paytaxtını da bura köçürdü. Xəlifə Əl-Mütəvəkkil zamanında (847-861-ci illər) isə Abbasi dönəminin ən qabaqda gələn üç şəxsiyyəti Türk idi. X əsrin ilk yarısında Əmərilüməralığa iki Türk sərkərdəsi Beckem və Tüzün gətirilmişdi. Türklərin Bağdadda idarəni ələ almalarına görə, uzaq əyalətlərdə olan İslam xilafətinin tərkibində olan Türk diyarları müstəqil bir hökmdar kimi hərəkət etməyə başladılar. İlk Müsəlman Türk dövlətlərdən bəziləri bu zaman surətlə quruldu. Bunlar arasında Misirdəki Tulunoğulları dövləti (868-905-ci illər), Əhməd ibn Tulun adında bir Türk sərkərdəsi tərəfindən qurulmuşdur. Əhməd ibn Tulun Doqquz Oğuz türklərindən idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]