Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abdulrəşid Sadulayev (9 may 1996) — Avar Güləşçisi.
Abdulrəşid Sadulayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
avar. Гӏабдулрашид Сагӏадулаев | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Abdulrəşid Bulaçeviç Sadulayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Çaroda, Dağıstan, Rusiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 177 sm. (5 ft 10 in) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 97 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2014–h. h. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci il Dünya Çempionatında əvvəl Abdulrəşid Sadulayev, 12–14 iyunda Rusiyanın Nazran şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. 2014 və 2015-ci illərdə baş tutan Rusiya Çempionatlarının qalibi olan Sadulayev, 1/16 final mərhələsində Yuri Belonovsini, 1/8 final mərhələsində Dağıstan nümayəndəsi Umar Kudliyevi, 1/4 final mərhələsində güləşçisi Stanislav Hacıyevi, 1/2 final mərhələsində isə Çeçenistan nümayəndəsi Tamerlan Rasuyevi məğlub etdi və üçüncü dəfə Rusiya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə isə Abdulrəşid Sadulayev, Şimali Osetiya nümayəndəsi Vladislav Baytçayev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sadulayev, 8:7 hesabı ilə qalib gəldi. Bununla da Sadulayev üçüncü dəfə Rusiya Çempionatının qızıl medalına sahib oldu.
Abdulrəşid Sadulayev 2017-ci ilin əsas yarışına 20–26 avqustda Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. 2013-cü ilin noyabr ayından bütün görüşlərində qalib gələn Sadulayev, bu uğurlu seriyanın davam etməsi niyyətində idi və üçüncü dəfə qatıldığı Dünya Çempionatının qalibi olmadığı hədəfləyirdi. O, 1/16 final mərhələsində Kuba nümayəndəsi Reineris Salas ilə üz-üzə gəldi və həmin görüşdə 4:0 hesabı ilə qalib gəldi. Daha sonra Sadulayev, Polşa güləşçisi Mateusz Filipçza ilə qarşılaşdı və 4 dəqiqə 10 saniyə ərzində 14:0 hesabı ilə qalib gəldi. 1/4 final mərhələsində isə o, Gürcüstan nümayəndəsi Elizbar Odihadze ilə üz-üzə gəldi və həmin görüşdə də 10:0 hesabı ilə qalib gəldi. Bununla da Sadulayev, Dünya Çempionatının 1/2 final mərhələsinə adladı. Bu mərhələdə o, 2008-ci il Olimpiadasının bürünc medalçısı olan Ermənistan güləşçisi Georgi Ketoyev ilə qarşılaşdı və 2:0 hesabı ilə qalib gəldi. Bu minvalla da Abdulrəşid Sadulayev üçüncü dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə o, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının qalibi olan ABŞ nümayəbdəsi Kyle Snyder ilə üz-üzə gəldi. Final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu və gözlənilmədən Abdulrəşid Sadulayev 5:6 hesabı ilə məğlub oldu. Bununlada o, Dünya Çempionatının gümüş medalına sahib oldu. 2013-cü ilin noyabr ayından bütün görüşlərində qalib gələn Abdulrəşid Sadulayevin 61 görüş davam edən məğlubiyyətsiz görüşlər seriyası başa çatdı.
Gənclərin Dünya Çempionatı | Azərbaycan | |||
Gənclərin Dünya Çempionatı | Serbiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
İvan Yarıgin Qran-Prisi | Rusiya | |||
Yaşar Doğu | Türкiyə | |||
Avropa Çempionatı | Finlandiya | |||
"Poland Open" yarışı | Polşa | |||
Medved | Belarus | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | ABŞ | |||
U23 Avropa Çempionarı | Bolqarıstan | |||
"Poland Open" yarışı | Polşa | |||
Olimpiya Oyunları | Braziliya | |||
Dünya Çempionatı | Fransa | |||
"İvan Yarıgin" Qran-Prisi | Rusiya | |||
Danya Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Macarıstan |