Abel Aqanbekyan[4] və ya Abel Aqanbeqyan[5] (erm. Աբել Գյոզի Աղանբեկյան, rus. Абел Гезевич Аганбегян; 8 oktyabr 1932[6][1][…] və ya 1932[7][8], Tiflis[6][1]) — Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri.
Abel Aqanbekyan | |
---|---|
erm. Աբել Գյոզի Աղանբեկյան | |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, SSRİ |
Milliyyəti | erməni |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, universitet müəllimi[d], professor |
Elmi dərəcəsi | |
Elmi adları | |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Abel Aqanbekyan 8 oktyabr 1932-ci ildə Tbilisidə anadan olmuşdur. 1955-ci ildə Moskva dövlət iqtisadiyyat institutunu bitirmiş, Moskvada müxtəlif elmi vəzifələrdə çalışmışdır.
"Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1989–2002-ci illər ərzində, Rusiya hökuməti nəzdində Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır.
Aqanbekyan 1980-ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Abel Aqanbekyan erməni millətçilərinin 80-ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Aqanbekyan, 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir:
"Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".
Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də dəfələrlə bəyan etmişdir.