Abuna Yemata Quh — Efiopiyanın Tiqray bölgəsinin Havzen şəhərində yerləşən monolit kilsə. 2,580 metr (8,460 fut) yüksəklikdə yerləşir[1] və kilsənin içərisinə daxil olmaq üçün piyada dırmaşmaq lazımdır. V əsrə aid olan günbəzi, divar rəsmləri və memarlığı ilə diqqət çəkir.[2]
Pravoslav ortodoks | |
Abuna Yemata Quh | |
---|---|
ኣቡና የማታ ጉሕ | |
| |
Din | |
Statusu | Kilsə |
Yerləşməsi | |
Ölkə | Efiopiya |
Bölgə | Tiqray |
Şəhər | Havzen |
Memarlıq | |
Üslubu | Kapella |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ziyarətçilər kilsəyə çatmaq üçün təxminən 250 m enişli təbii daş körpüdən, sonra isə dar taxta piyada körpüsündən keçməlidirlər.[3] Ardınca 300 metr (980 fut) hündürlüyündə məsafəni əl tutacaqlarından və ayaq tutacaqlarından (əlavə dayaq olmadan) istifadə edərək şaquli halda qaya divarına dırmaşmalıdırlar. Sonda isə 50 sm enində, aşağısı isə qaya olan çıxıntı üzərində keçmək lazımdır.[4] Kilsənin hazırda mövcud olan sütunlarının kimyəvi tərkibi Kembridən əvvələ aid olan qumdaşı formasiyasının son eroziya qalıqlarından, entiço və adiqrat mənşəli qumdaşlarından ibarətdir.[5] Abuna Yemata Quh dünyanın ən əlçatmaz ibadət yeri olsa da, əsasının qoyulduğu 1500 il əvvəldən indiyədək buraya dırmaşmaq istəyən bir nəfər belə yerə yıxılmayıb.[6]
Yerli əfsanəyə görə kilsənin əsası (qayanın yonulması) VI əsrdə qoyulub və "doqquz müqəddəslər"dən biri olan Abuna Yemataya (yaxud Abba Yem'ata da deyilir) ithaf olunub. Doqquz müqəddəslərin V əsrin sonu və VI əsrin əvvəlləri arasında Roma, Konstantinopol və Suriyadan gəldiyinə inanılır.[7][8]
Kilsədəki rəsmlərin dizaynı Debre Tsion kilsəsi kimi yaxınlıqdakı digər kilsələrdə tapılanlarla eynidir. Rəsmlərdə Əhdi-ətiqi əks etdirən fiqurlar, Əhdi-cədidi əks etdirənlərdən daha çoxdur. Həmçinin quru hava və rütubətin olmaması bu freskaları orijinal mükəmməlliyi ilə qoruyub saxlamışdır.[9] Rəsmlər Efiopiyada xristianlığın ilkin izlərinə aiddir və doqquz müqəddəs və on iki həvari haqqında mövzuları əhatə edir.[10] Ən qədim ikonalar XV əsrə aiddir və diptix, yaxud triptix şəklindədir.[11]