Ada (film, 2006)

"Ada" (rus. Остров) — rejissor Pavel Lunginin filmi.

Ada
rus. Остров
Janr dram
Rejissor Pavel Lungin
Prodüserlər Sergey Şumakov
Pavel Lungin
Ssenari müəllifi Dmitri Sobolyev
Baş rollarda Pyotr Mamonov
Viktor Suxorukov
Dmitri Düjev
Yuri Kuznesov
Operator Andrey Jeqalov
Bəstəkar Vladimir Martınov
Rəssamlar İqor Kosarev
Aleksandr Tolkaçyov
İstehsalçılar Rossiya 1
"Pavel Lunginin studiyası"
Distribütor Netflix
İlk baxış tarixi 23 noyabr 2006[1]
Filmin növü bədii film
Müddət 112 dəqiqə
Büdcə $1 500 000
Gəlir $2 600 000
Ölkələr Rusiya Rusiya
Dillər rus dili
alman dili
İl 2006
Texniki məlumatlar "Kodak" kinolenti
Dolby Digital
Rəng rəngli
IMDb ID0851577

Məzmun[redaktə | mənbəni redaktə et]

Böyük Vətən müharibəsi zamanı – 1942-ci ildə Şimal ərazisində alman gəmisi Sovet barjasını ələ keçirirlər. Gəminin göyərtəsində şkiper Tixon və bir ocaqçı tapılır. Onlar küncdə gizlənməyə çalışsalar da, alman dənizçiləri ocaqçının yerini aşkar edirlər. Fiziki güc tətbiq edəndən və alman dilində "Kapitan hanı?" sualını verəndən sonra ocaqçı Tixonun yerini bildirir. Almanlar onların hər ikisini güllələməyə hazırlaşırlar. Ocaqçı sağ qalması üçün hönkürüb yalvarmağa başlayır. Tixon isə sakitcə dayanır və hətta açıq-aşkar bir siqaret yandırır. Vəziyyəti belə görən alman zabiti ocaqçıya təklif edir ki, yoldaşına atəş açsın və öz həyatını xilas etsin. Ocaqçı isterik hal göstərsə də, sonda Tixona atəş açır. Almanlar ocaqçını sağ saxlayıb barjanı tərk edirlər. Ocaqçı minalanmış gəmidə tək qalır və tezliklə partlayış baş verir.

Rahiblər sahilə halsız, yarımcan bir insan çıxarırlar.

Hadisələr 1976-cı ili əks etdirir. Ocaqçı xeyli qocalıb. O, rahibliyi qəbul edib və indi Anatoli adını daşıyır. Onun əsas vəzifəsi monastırda ocaq qalamaqdır. Anatoli qazanxanada yaşayır və elə orada da küncdə yatır. Onda gələcəyi görmə və duaların köməyilə şəfa vermək qabiliyyəti olduğu üçün hər kəs yanına öz dərdi, xəstəliyi ilə təşrif gətirir. Lakin bəzi rahiblər Anatoli atanın qəribəliklərini: onun hamıdan ayrıca dua etməyini, işə gecikməyini, heç nədən ucadan mahnı oxumağını anlamırlar. Ondakı vergiyə görə Anatoli atanın paxıllığını çəkən rahiblərdən biri də İov ata idi. Monastırın başçısı Filaret ata, İov atanın şikayətlərinə cavab olaraq, Anatoli ata ilə münasibətləri yoluna qoymağa çalışır. Lakin itaətkar və tövbə edən olmasına baxmayaraq, nə vaxtsa törətdiyi cinayət rahibə rahatlıq vermir. O, tez-tez öz qayığına oturur və xəlvət adaya üzür. Orada qətiyyətlə dua edir və etidiyi günahlara görə bağışlanmağını diləyir.

Bir dəfə monastıra azara mübtəla olmuş qızı ilə birlikdə bir tanınmış admiral gəlir. Rahib qızı adaya aparır və duaların köməyilə iblisi onun canından çıxarır. Sən demə, bu admiral Anatolinin atəş açdığı həmin Tixondur. Söhbət zamanı məlum olur ki, Anatoli onu öldürməyib, sadəcə əlindən yaralayıb. Beləliklə, Tixon ölümdən qurtula bilib. Tixon Anatoliyə onu çoxdan bağışladığını deyir.

Artıq Anatoli bilir ki, rahat ölə bilər. Anatoli ata İov atadan ona tabut gətirməyi xahiş edir. İov ata həmin xahişi yerinə yetirsə də, bunun kimin üçün nəzərdə tutulduğunu bilmir. Anatoli ata belə dəbdəbəli "qutuya" görə İov atanı yüngülcə danlayır. Qoca rahib tabutun içinə uzanır və İov atadan xahiş edir ki, bütün rahib qardaşlara onun ölüm xəbərini çatdırsın. İov ata böyük zəngə doğru qaçır və rahibin ölümünə işarə kimi onu çalmağa başlayır.

Rahiblər tabutu həmin adaya aparırlar.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Zəng

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi : Dmitri Sobolyev
Quruluşçu rejissor : Pavel Lungin
Quruluşçu operator : Andrey Jeqalov
Quruluşçu rəssamlar : İqor Kosarev, Aleksandr Tolkaçyov
Bəstəkar : Vladimir Martınov
Prodüserlər : Sergey Şumakov, Pavel Lungin
Geyim rəssamı : Yekaterina Dıminskaya
Qrim rəssamı : Valeriya Nikulina
Səs rejissorları : Stefan Albine, Vladimir Litrovnik
Montaj rejissoru : Albina Antipenko
İkinci rejissor : Nataliya Lyaşşenko
İkinci operator : Yuri Nikolayev
Stedikam operatorları : Sergey Şuls, Sergey Popkov
Aktyor seçimi : Tatyana Maksakova
Trüklərin quruluşçusu : Aleksey Silkin
Kaskadyorlar : Sergey Nefedov, Fyodor Starıx, Andrey Kudelski, Aleksey Silkin
Dirijor : Sergey Skripka
Filmin direktoru : Vadim Koryuzlov

Rollarda[redaktə | mənbəni redaktə et]

Barja
Aktyor Rol
Pyotr Mamonov Anatoli ata
Viktor Suxorukov Filaret ata
Dmitri Düjev İov ata
Yuri Kuznesov Tixon
Viktoriya İsakova Nastya
Nina Usatova dul qadın
Yana Yesipoviç qız
Olqa Demidova uşaqlı qadın
Timofey Tribunsev gənc Anatoli
Aleksey Zelenski gənc Tixon
Qrişa Stepunov uşaq
Sergey Burunov yavər

Mükafatlar və nominasiyalar[redaktə | mənbəni redaktə et]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

2006-cı ilin "Moskva premyerası" kinofestivalı[redaktə | mənbəni redaktə et]

Ən yaxşı film

2007-ci ilin "Qızıl Qartal" mükafatı[redaktə | mənbəni redaktə et]

İlin ən yaxşı filmi
Ən yaxşı ikinci plan kişi roluna görə – Viktor Suxorukov
Ən yaxşı kişi roluna görə – Pyotr Mamonov
Ən yaxşı rejissor işinə görə – Pavel Lungin
Ən yaxşı ssenariyə görə – Dmitri Sobolyev
Ən yaxşı operator işinə görə – Andrey Jeqalov (ölümündən sonra)

2007-ci ilin Nika mükafatı[redaktə | mənbəni redaktə et]

İlin ən yaxşı filmi
Ən yaxşı ikinci plan kişi roluna görə – Viktor Suxorukov
Ən yaxşı kişi roluna görə – Pyotr Mamonov
Ən yaxşı rejissor işinə görə – Pavel Lungin
Ən yaxşı operator işinə görə – Andrey Jeqalov (ölümündən sonra)
Ən yaxşı səs rejissoru işinə görə – Stefan Albine, Vladimir Litrovnik, Stepan Boqdanov

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Премьера фильма "Остров" Павла Лунгина". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]