Adil Nadirov (28 aprel 1950, Ağdam – 28 yanvar 2019, Azərbaycan) — azərbaycanlı keçmiş futbolçu və məşqçi, "Qarabağ" klubunun təsisçilərindən biri.[1][2]
Adil Nadirov | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Tam adı | Adil Ərşad oğlu Nadirov | ||||||||||||||||||||||||
Doğum tarixi | 28 aprel 1950 | ||||||||||||||||||||||||
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||
Vəfat tarixi | 28 yanvar 2019 (69 yaşında) | ||||||||||||||||||||||||
Vəfat yeri | Azərbaycan | ||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
1950-ci il aprelin 28-də Ağdamda anadan olub. Futbola 1960-cı ildə Uşaq İdman Məktəbində Nadir Xudabaxşıyevin rəhbərliyi altında başlayıb.[3] 1965-ci ildən "Məhsul" komandasında oynayıb. 1968-ci ildə SSRİ birinciliyinin aşağı dəstəsində çıxış edən Mingəçevirin "Toxucu", daha sonra hərbi xidmətlə əlaqədar Tiflisin "OİK" komandasında çıxış edib.[4] Əsgərlikdən qayıtdıqdan sonra yenidən Ağdam komandasının şərəfini qoruyub. 1981-ci ildə, ağır zədə aldıqdan sonra futbolla vidalaşıb. 1987-ci ildə indiki "Qarabağ"ı təsis edib və ilk baş məşqçisi olub. Komanda 3 dəfə SSRİ dövründə Azərbaycan çempionu, 1 dəfə isə yeni yaradılmış milli çempionatın qalibi adını qazanıb. 30-dan çox futbolçunun yetişməsində əməyi olub. Məhz bu səbəbdən, "əməkdar məşqçi" adına layiq görülüb.
1993-cü ildə Ağdam ermənilər tərəfindən işğal olunduqdan sonra komandanın yaşaması üçün fədakarlıq göstərən şəxslərdən biri olub. Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi Vüqar Nadirovun əmisi idi.
2018-ci il yanvarın 28-də vəfat edib.[5]