Elşad Əhmədov (futbolçu)

Elşad Əhmədov (11 sentyabr 1970[1][2], Bakı) — Azərbaycanlı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi oynayıb. 1992–1994-cü illərdə Azərbaycan millisində çıxış edib. Azərbaycan Milli Çempionatında ancaq bir klubun, Ağdamın "Qarabağ" klubunun formasını geyinib. Hal hazırda Neftçi futbol akademiyasının koordinatoru vəzifəsini yerinə yetirir.[3]

Elşad Əhmədov
Ümumi məlumatlar
Doğum tarixi 11 sentyabr 1970(1970-09-11)[1][2] (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi müdafiəçi

Karyera[redaktə | mənbəni redaktə et]

Futbolçu[redaktə | mənbəni redaktə et]

Elşad Əhmədov karyerasına Mingəçevirin "Avtomobilçi" klubunda başlayıb. 1989–2001-ci illərdə Ağdam "Qarabağ"ının daimi futbolçusu olub.

Məşqçi[redaktə | mənbəni redaktə et]

Məşqçiliyə futbolçu karyerasının böyuk hissəsini keçirdiyi və futbolçu karyerasını bitirdiyi "Qarabağ" klubunda (2001–2002) başlayıb.

Daha sonra "MKT-Araz" (İmişli, 2004–2005), "İnter"in U-15 (2008–2010), əvəzedici (2010–2011), "Neftçi"nin əvəzedici (2011–2014, 2017–2018), U-17 (2015–2016), U-19 (2016–2017), "Xəzər" (2017–2018), "Sabah"ın əsas (2018–2019), U-19 (2019–2020) komandalarını çalışdırıb.[4]

Uğurları[redaktə | mənbəni redaktə et]

Futbolçu kimi[redaktə | mənbəni redaktə et]

Qarabağ:

  • Azərbaycan çempionu; 1993-cü il.
  • Azərbaycan çempionatının gümüş mükafatçısı; 1993/94, 1996/97
  • Azərbaycan kubokunun qalibi; 1993
  • Azərbaycan kubokunun finalçısı;1995/96, 1997/98.

Məşqçi kimi[redaktə | mənbəni redaktə et]

Neftçi-2

  • Əvəzedici heyətlər arasında futbol üzrə Azərbaycan çempionatının qalibi; 2011/12

Neftçi U17

  • U17 Liqasının qalibi; 2015/16

Xəzər Bakı

  • Azərbaycan "I Divizion"un çempionu; 2017/18

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://www.footballdatabase.eu/en/player/details/331860-elshad-ahmadov.
  2. 1 2 https://eu-football.info/_player.php?id=198.
  3. "Elşad Əhmədov yenidən "Neftçi"də". 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.
  4. "Elşad Əhmədov". 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]