Böyükağa Məmməd oğlu Ağayev (15 yanvar 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2019).
Böyükağa Ağayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Böyükağa Ağayev 15 yanvar 1948-ci ildə Bakıda anadan olub. Atası partiya işçisi, anası isə evdar qadın idi. 7 yaşında olarkən atası vəfat edib. Böyükağa evin kiçik uşağı olub, özündən böyük iki qardaşı var.[1]
Futbolla lap kiçik yaşlarından məşğul olub. Əvvəl sadəcə küçədə və məktəbdə oynayan Ağayev, sonradan bu idman növünə peşə kimi yanaşıb və 1960-cı ildə Orconikidze rayonunda futbola getməyə başlayıb. Burada yerli "Proqress" klubunda futbolun sirrlərinə yiyələnib. Sonradan o vaxtın tanınmış uşaq məşqçisi olan Şirəli Şirəliyevin qrupuna qoşulub.[1]
Peşəkar futbolçu karyerasına 1966-cı ildə, futbol üzrə SSRİ ikinci liqasında çıxış edən Bakının "Lokomotiv" klubunda start verib.[2] Bir il sonra respublikanın əsas komandası olan "Neftyanik"in əvəzedici komandasına dəvət edilib. O zamanlar parlaq dövrünü yaşayan "Neftyanik"in hücüm xəttində Banişevski, Markarov, Tuayev kimi futbolçular oynadığından, rəqabət apara bilməyəcəyini başa düşən gənc hücumçu, komandasını dəyişmək qərarı verib.[1]
1967-1968-ci illərdə Rovenki şəhərinin "Avanqard", 1970-1973-cü illərdə isə Belaya Kalitva şəhərinin "Kalitva" klubunda çıxış edib.[2][1] Sonuncunun heyətində 1971-ci ildə Bədən tərbiyəsi kollektivləri arasında futbol üzrə SSRİ Kubokunun qalibi olub.[1][3]
1976-cı ildə Gənclər Futbol Məktəbində (indiki "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi) məşqçi kimi çalışmağa başlayıb. Ardınca isə 15 yaşa qədər futbolçulardan ibarət Azərbaycan SSRİ yığmasının baş məşqçisi postunu tutub. 1988-1989-cu illərdə Gəncənin "Kəpəz" komandasında məşqçi kimi fəaliyyət göstərib.[1][4]
1990-1993-cü illər ərzində "Neftçi" klubunda məşqçi işləmişdir. 1993-cü ildə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Kramarenkonun cəzalanmasından sonra komandanı 2 oyuna çıxaran Ağayev, Azərbaycan çempionatlarında baş məşqçi kimi debüt edib.[5] 1994-1995 mövsümünün ilk dövrəsində Ağdamın "Qarabağ" klubunu çalışdırıb. 1995 və 1996-1997-ci illərdə "Kür-Nur" komandasında baş məşqçi işləyib. Mingəçevir təmsilçisi onun rəhbərliyi altında Azərbaycan Kubokunun finalçısı olub.[1]
1999-cu ildə yenidən "Qarabağ" klubuna baş məşqçi təyin olunub. Mövsümün startında İntertoto Kubokunun 1-ci mərhələsində İsrailin "Makkabi Hayfa" klubunu iki oyunun cəminə görə məğlub edən Ağdam təmsilçisi, Azərbaycan futbolu tarixinə avrokuboklarda mərhələ adlayan ilk komanda kimi düşüb.[1][6] 2000-ci ildə qısa müddətdə Tovuzun "Turan" klubunda baş məşqçi kimi fəaliyyət göstərib.[1]
2001-2004-cü illərdə "Xəzər Universiteti"nə rəhbərlik edən Ağayev, komandanı autsayderlər siyahısından iddialılara qədər daşımağı bacarıb.[1] 2004-cü ildə "Şahdağ Samur" klubunda məsləhətçi vəzifəsini daşıyıb.[4] 2005-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.[4]
2006-cı ildə üçüncü dəfə Ağdam klubunda baş məşqçi postuna təyin olunub. "Qarabağ" onun rəhbərliyi altında mövsümün yekununda Azərbaycan Kubokunu qazanaraq avrokuboklara vəsiqə əldə edib. İlin sonunda Ağayev postunu tərk edib.[1][7]
2008-2009 mövsümünün ikinci, 2009-2010 mövsümünün isə birinci yarısında "Neftçi" komandasını çalışdırıb.[5]
Qyoko Hacıyevskinin istefasından sonra 2010-2011 mövsümünün sonuncu turunda "Simurq" klubunu baş məşqçi kimi meydana çıxarıb. Bununla da o, Azərbaycan çempionatının yüksək dəstəsindəki baş məşqçilik etdiyi oyunların ümumi sayını 174-ə çatdırıb.[1]
2012-ci ilin payızında "Qəbələ" klubunun seleksiya şöbəsinin rəhbəri təyin olunub.[1][8]
1976-cı ildə Volqoqrad Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Ali Məşqçilik Məktəbini bitirib.[1][4]
Oğlu futbolçu olsa da, karyerası o qədər də yaxşı alınmayıb. 2014-cü il etibarilə Respublika Olimpiya İdman Liseyində uşaq futbolu məşqçisi işləyib.[1]
Kalitva
Kür-Nur
Qarabağ