Adonis

Cüzeppe Mazzuolinin müəllifi olduğu Adonisin ölümü heykəlində Çöldonuzunun Adonisə hücum çəkməsi təsvir olunub. (Ermitaj, Sankt-Peterburq)

Adonis (yun. Άδωνις)- Qədim YunanıstandaFinikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizin dəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, KiprLesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur. Antik incəsənətdə Adonis obrazı qəbirüstü relyeflərdə, həmçinin divar rəsmlərində və s. əksini tapmışdır. İntibah dövrü və barokko incəsənətində də Adonis ilə Afroditanın (Venera) məhəbbətindən və Adonisin ölümündən bəhs edən süjetlər həm təsviri sənətdə, həm də heykəltaraşlıqda geniş yayılmışdır.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 96. ISBN 978-9952-441-02-4.