Agemon (q.yun. Ἀγήμων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin qardaşı və davamçısıdır.[1][2]
Agemon | |
---|---|
q.yun. Ἀγήμων | |
Cinsi | kişi[d] |
Atası | Evdem |
Uşaqları |
Korinf çarı Agemon Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş,[3] Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.[4]
Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi.[5] Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.[6][7]