Aristomed (q.yun. Ἀριστομήδης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Evdemin oğlu və davamçısıdır.[1][2]
Aristomed | |
---|---|
q.yun. Ἀριστομήδης | |
Cinsi | kişi[d] |
Atası | Evdem |
Uşaqları |
Korinf çarı Aristomed Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş,[3] Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.[4]
Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telestin hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi.[5] Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.[6][7]