Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı

İndiki vaxtda istifadə edilən avtomobil dövlət qeydiyyat nişanı

Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə.

Format[redaktə | mənbəni redaktə et]

2011-ci ildən bu günə qədər istifadə edilən nömrə nişanlarından biri. Köhnə formatdakı nişanlar hələ də etibarlıdır. Yeni formatdakı lövhələr vilayət ixtisarlarına görə verilmir.

2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliyaFransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir[1]. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir[2]. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

1958-1993[redaktə | mənbəni redaktə et]

Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.

1993-2011[redaktə | mənbəni redaktə et]

2011-ci ilə qədər istifadə edilən, daha kiçik şriftli avtomobil nömrə nişanı. KO ixtisarı Korçeni təmsil edir. Bu formatdakı nömrə nişanları hələ də etibarlıdır.

1993-ci ildən bəri istifadə bu nömrə nişanları 2011-ci ilin fevral ayından istifadəsi başlayan nömrə nişanları ilə birlikdə etibarlılığını qorumaqdadır. 1995-ci ildə nömrə nişanlarının sol hissəsində yerləşən milli simvolun şrifti dəyişdirilərək, bir az daha böyüdülmüşdür. 1993-2011-ci illər arasında bir neçə dəfə simvollar arasındakı boşluqlar dəyişmiş, amma ən əhəmiyyətlisi nömrə nişanlara təhlükəsizlik holoqramı yerləşdirilmişdir. Nömrə nişanlarında vilayətləri təmsil edən iki hərfli ixtisarlar mövcuddur. Məsələn KO ixtisarı Korçe vilayətini, TR ixtisarı isə Tirana vilayətini təmsil edir. Vilayət kodundan sonra hər bir seriya nömrəsini müəyyənləşdirən tək hərfli ardıcıl kod var. Məsələn A seriya nömrəsi ilə başlayan bir nömrə nişanı, B seriya nömrəli bir nömrə nişanından daha əvvəl verilmişdir deməkdir.[qeyd 1]

Vilayət kodları[redaktə | mənbəni redaktə et]

Region kodları əsaslı Albaniya xəritəsi
Kod Vilayət
BC Tropoye
BR Bərat
BZ Bulqize
DI Diber
DL Delvine
DR Durres
DV Devoll
EL Elbasan
ER Kolonye
FR Fiyer
GJ Erqiri
GR Qramş
HS Has
KJ Kavaye
KO Korçe
KR Kruye
KU Kukes
KV Kuçove
LA Kurbin
LB Librajd
LE Leja
LU Luşnye
MA Malesi e Madhe
MK Mallakaster
MR Mirdite
MT Mat
PE Peklin
PG Poqrades
PR Permet
PU Puke
SH Şkoder
SK Skrapar
SR Sarande
TP Tepelene
TR Tirana
VL Vlore

Növləri[redaktə | mənbəni redaktə et]

Tipi Formatı Açıklama
Diplomatik CD 00-00 A Yaşılla yazılır və çərçivəsi olur.
Taksi AA 000 T Yaşılla yazılır və çərçivəsi olur. Sağ və sol hissəsində göy rəngli xətt olur.
Polis nəqliyyat vasitələri MB 000 A "MB" (Ministria e Brendshme-Albanian) Daxili İşlər Nazirliyi sözünün Alban dilindəki abreviaturası.

Diplomatik nömrə nişanları:

Kodu Ölkə vəya Təşkilat
01 Avstriya Avstriya
02 Böyük Britaniya Böyük Britaniya
03 Bolqarıstan Bolqarıstan
04 Boş
05 Çexiya Çexiya
06 Misir Misir
07 Fransa Fransa
08 Yunanıstan Yunanıstan
09 Almaniya Almaniya
10 Macarıstan Macarıstan
11 İtaliya İtaliya
12 İran İran
13 Serbiya Serbiya
14 Çin Çin Xalq Respublikası
15 Xorvatiya Xorvatiya
16 Boş
17 Şimali Makedoniya Makedoniya Respublikası
18 İordaniya İordaniya
19 Polşa Polşa
20 Rumıniya Rumıniya
21 Rusiya Rusiya
22 Boş
23 ABŞ ABŞ
24 Türkiyə Türkiyə
25 İsveçrə İsveçrə
27 Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı
28 İsveç İsveç
29 İspaniya İspaniya
33 UNESCO
41  Avropa İttifaqı
42  BMT
43 UNICEF
44 Boş
45 Ümumdünya Səhiyyə Təşkilatı
48 Dünya Bankı
52 Küveyt Küveyt
55 Kosovo Kosovo
56 Niderland Niderland
60 Danimarka Danimarka
66 Slovakiya Slovakiya
77 Braziliya Braziliya
79 İsrail İsrail
81 Qətər Qətər

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. 20 (hərflər) x 10 000 (9999 maşınlar) ["O", "Q", "V", "X" və "Y" hərfləri işlənmir amma, "Z" hərfi dövlət nəqliyyat vasitələri üçün qorunur].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Targat e reja të makinave, nisi sot vënia në qarkullim" Arxivləşdirilib 2011-07-06 at the Wayback Machine (azərb. "Yeni avtomobil nömrələrinin istifadəsinə bu gün başlandı"‎). TV Klan. 16 fevral 2011.
  2. "Targat e reja, me stemen e BE" Arxivləşdirilib 2010-09-03 at the Wayback Machine (azərb. "Yeni lövhələr, Aİ sistemi ilə"‎). Koha Jone. 2 sentyabr 2010.
  3. "Konferencë për shtyp e Drejtorit të DPSHTRR-së, z. Kreshnik Bozdo" Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine (azərb. "GDRTS Direktoru Mətbuat Konfransı, Cənab Kreşnik Bozdo".‎). MPPT. 2 Sentyabr 2010.