Aleksandr Armenoviç Araksmanyan (erm. Ալեքսանդր Արմենի Արաքսմանյան; əsl soyadı Manukyan olmuşdur; 3 iyun 1911[1][2], Gümrü[1][2] – 12 mart 1982[2], Yalta, Krım vilayəti[d][2]) — SSRİ və Ermənistan nasiri, dramaturqu, ssenaristi, jurnalisti. O, Ermənistan SSR əməkdar incəsənət xadimi (1965), "Qabriel Sundukyan" mükafatı laureatı (1980; "Həqiqətin beş dəqiqəsi" tamaşasına görə), SSRİ Yazıçılar İttifaqının üzvüdür (1936-cı ildən). Manukyan 1944-cü ildən Kommunist Partiyasının üzvüdür.
Aleksandr Araksmanyan | |
---|---|
Doğum adı | Ալեքսանդր Արմենի Մանուկյան[1] |
Doğum tarixi | 3 iyun 1911[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 1982[2] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşağı | |
Fəaliyyəti | dramaturq, nasir, teatrşünas, ssenarist, jurnalist, redaktor |
Üzvlüyü |
|
Mükafatları |
|
Aleksandr Armenoviç Araksmanyan Aleksandropol şəhərində (indiki Gümrü) anadan olmuşdur. O, Araksmanyan ədəbi adını özü yaratmışdır. Bunu əvvəlcə Araksman kimi qeyd etmiş, sonra soyad sonluğunu əlavə etmişdir. Araksmanyan uşaqlıqdan teatr aləmi ilə təmasda olmmuşdur. O, Tiflisdə Stepan Lisitsyan adına özəl məktəbdə təhsil almışdır. Araksmanyan 1928-ci ildə Leninakanda və ətraf kəndlərdə müəllimliklə məşğul olmuşdur. O, Qabriel Sundukyan adına teatrda və "Hayfilm" kinostudiyasında çalışmış, "Sovet Ermənistanı" qəzetinin redaksiyasında işləmişdir. Araksmanyan 1968–1973-cü illərdə "Ekran" jurnalının redaktoru olmuşdur. O, Yaltada vəfat etmiş, İrəvanda dəfn olunmuşdur.[3]