Li Aleksandr Makkvin - ing. Lee Alexander McQueen (17 mart 1969 - 11 fevral 2010) britaniyalı moda dizayneri idi. O, 1992-ci ildə özünün Alexander McQueen brendini qurdu.[6] Moda sahəsində əldə etdiyi nailiyyətlər ona dörd dəfə "İlin Britaniya Dizayneri" mükafatını (1996, 1997, 2001 və 2003), həmçinin 2003-cü ildə Amerika Moda Dizaynerləri Birliyinin "İlin Beynəlxalq Dizayneri" mükafatını qazandırdı.[6] McQueen 2010-cu ildə anasının ölümündən qısa müddət sonra öz evində 40 yaşında intihar edərək öldü. Ölümündən sonra uzun müddət əməkdaşlıq etdiyi Sara Burton onun brendinin yaradıcı direktoru vəzifəsini tutdu.
Aleksandr Makkuin | |
---|---|
ing. Lee Alexander McQueen | |
Doğum tarixi | 17 mart 1969[1][2][…] |
Vəfat tarixi | 11 fevral 2010[3][4][…] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | dizayner, dəb dizayneri, incəsənət xadimi |
Fəaliyyət illəri | 1992–2009 |
alexandermcqueen.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bir dizayner olaraq, McQueen kəskin yaradıcı fəaliyyəti ilə tanınırdı. O, romantizm, seksuallıq və ölüm kimi mövzuları öz kolleksiyalarında əks etdirirdi.
McQueen haqqında moda jurnalisti Dana Tomasın "Tanrılar və Krallar" kitabı (2015) nəşr olundu və McQueen (2018) sənədli filmi çəkilib.
Aleksandr McQueen 17 mart 1969-cu ildə Londonda Ronald və Coys McQueen ailəsində altı uşaqlı ailədə son beşik olaraq dünyaya gəlmişdir.[7] Şotlandiyalı atası taksi sürücüsü, anası isə sosial elmlər müəllimi işləyirdi.[8] O, gənc yaşlarından geyimlərə maraq göstərirdi. Altı uşaqdan ən kiçiyi olan McQueen üç bacısı üçün paltar tikərək dərzilikdə ilk təcrübələrini toplamağa başladı. O, həmçinin quşlara heyran idi və Gənc Ornitoloqlar Klubunun üzvü idi; sonralar peşəkar karyerasında dizaynlarında tez-tez quşların təsvirlərindən motiv kimi istifadə edirdi.[9]
1992-ci ildə McQueen öz brendini yaratdı.1993-cü ildə o, digər yeni dizaynerlərin də yerləşdiyi Hokston Meydanına köçdü.[11] Onun ilk kolleksiyalarından olan Taxi Driver (Payız/Qış 1993) adlı kolleksiyası 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş eyni adlı "Taksi Sürücüsü" filmindən ilhamlanıb.[12] O, 1993-cü il mövsümü Britaniya Moda Şurasının sponsorluq etdiyi altı gənc dizaynerdən biri idi.[13] [14] [15]
McQueen-in 1993-cü ildə ilk peşəkar kolleksiyasının təqdimat şousunu gösterdi, 1994-cü ilin Yaz/Yay Nihilizm kolleksiyası Çelsidə keçirildi. Onun kolleksiyaları mübahisə və şok yaratdığı üçün ona "İngilis modasının xuliqanı" ləqəbi verilmişdi.[16][17] Bəzi modellərin açıq paltarları, əzilmiş və qanlı görünən şalvarlarına görə Nihilizm kolleksiyasını The Independent qəzetinin jurnalisti Marion Hume "qəddarlıq teatrı" və "dəhşət şousu" kimi təsvir etmişdi.[18][19]
McQueen-in 1995-ci il Payız/Qış kolleksiyası dünyanın diqqətini cəlb edə bildi. Şotlandiya çəpərləmələrinə istinad edən Highland Rape adlı kolleksiya mübahisəli idi. Bəzi modellər kəsilmiş və cırılmış paltarlar, qan sıçrayan krujeva paltarları nümayiş etdirdilər. Rəyçilər bunu təcavüzə məruz qalan qadınlar haqqında olduğunu zənn etdilər və zorlamanın qlamurlaşdırılması kimi gördüklərini qeyd etdilər.[20][21] McQueen bu cür şərhə etiraz edərək, bunun "İngiltərənin Şotlandiyaya təcavüzü"nə istinad etdiyini və digər dizaynerlərin Şotlandiya mədəniyyətinin romantik təsvirinə qarşı çıxmaq məqsədi daşıdığını bildirdi.[20][22]
Daily Mail- in moda yazıçısı McQueen-i "qadınlara nifrət edən dizayner" adlandırmışdı.[23]
1996-2003-cü illər arasında dörd dəfə qazandığı " İlin Britaniyalı Dizayneri " titulunu qazanan ən gənc dizaynerlərdən biri olmuşdur.[24] Ona həmçinin "Britaniya imperiyası" ordeni təyin edilmiş və 2003-cü ildə Moda Dizaynerləri Şurası tərəfindən İlin Beynəlxalq Dizayneri seçilmişdir.[25]
McQueen podiuma dram və ekstravaqantlıq gətirdiyinə görə seçilib.[26] O, şoularına fərqlilik əlavə etmək üçün yeni texnologiya və innovasiyalardan istifadə edirdi və tez-tez tamaşaçıları şoka salıb təəccübləndirirdi. Onun yaratdığı siluetlər modaya fantaziya və üsyan hissi qatdığına görə fərqlənirdi.[26]
2000-ci ilin dekabrında McQueen üçün yeni tərəfdaşlıq yarandı, Gucci Qrup onun şirkətinin 51%-ni aldı və bu qrup McQueen şirkətinin Kreativ Direktoru vəzifəsini icra etməyə başladı. Planlara London, Milan və Nyu-Yorkda yeni mağazaların açılması, "Kingdom" və "My Queen" ətirlərinin satışa çıxarılması daxil idi. 2005-ci ildə McQueen Puma ilə əməkdaşlıq edərək ayaqqabı markası üçün xüsusi təlimçilər xətti yaratdı.[27] 2006-cı ildə o, kişilər və qadınlar üçün daha gənc üslubda və daha aşağı qiymətə satılan McQ xəttini işə saldı.[28]
2007-ci ilin sonunda Aleksandr McQueen-nin London, Nyu-York, Los-Anceles, Milan və Las Veqasda butikləri var idi. Nikol Kidman, Penelope Kruz, Sara Cessika Parker və Rihanna məşhurlar tez-tez Aleksandr McQueen geyimləri ilə tədbirlərdə görüntüləniblər.[29] Dünya üzrə McQueen mağazalarının sayı 2020-ci ilin sonuna kimi 100-ə çatmışdı.[30]
McQueen açıq homoseksual idi və cinsi oriyentasiyasını altı yaşında anladığını söyləmişdi.[31] O, 18 yaşında olanda bu hisslərini ailəsinə etiraf etmişdi və çətin bir zamandan sonra bunu doğmaları qəbul etdilər.[32] O, gənc yaşda səhnəyə çıxmasını "Özümə və cinsiyyətimə əmin idim və gizlədəcək heç nəyim yoxdur. Anamın bətnindən birbaşa gey-parada getdim" deyərək təsvir etmişdi.[33] Sonralar o, ailəsinə gənc yaşlarında qaynı tərəfindən cinsi istismara məruz qaldığını açıqlamışdı.[34]
2000-ci ildə McQueen İbizada yaxtada sənədli film rejissoru olan Corc Forsit ilə nikah mərasimi keçirdi.[35] Həmin vaxt İspaniyada eynicinslilərin nikahı qanuni olmadığı üçün nikah rəsmi deyildi. Münasibət bir il sonra bitdi, lakin onlar dostluq münasibətlərini saxladılar.[36]
McQueen sonra HİV pozitiv olduğunu öyrəndi.[37]
3 fevral 2010-cu ildə McQueen Twitter səhifəsində anasının bir gün əvvəl öldüyünü yazmışdı.[38] Anasının ölümü onda dərin depresiyya yaratmışdı.
11 fevral 2010-cu il səhər onun xadiməsi McQueen-ni Londonda Qrin Stritdəki evində asılmış aşkarladı.[39] Təcili yardım briqadaları çağırılsa da onun hadisə yerində öldüyünü müəyyən etdilər. Həmin an onun 40 yaşı var idi.
Ailəsinə xəbər verildi və şirkəti onun ölümünü elan edən bir bəyanat verdi.
17 fevral 2010-cu ildə Vestminster Koroner Məhkəməsinə bildirilib ki, ekspertiza McQueen-in ölümünün asfiksiya nəticəsində baş verdiyi müəyyən edilib. İstintaq 28 aprel 2010-cu il tarixinə qədər təxirə salındı və burada onun ölümünün intihar kimi qeydə alınması rəsmiləşdirildi.[40][41] Dizaynerin ölümündən sonra ondan götürülən qan nümunələrində xeyli dərəcədə kokain, yuxu həbləri və trankvilizatorlar aşkarlanmışdı.[42]
Dizaynerin dostu David Laçapelle, McQueen-nin öldüyü zaman "çoxlu narkotik qəbul etdiyini və çox bədbəxt olduğunu" söyləmişdi.[43]
20 sentyabr 2010-cu ildə Müqəddəs Pavel Kafedralında McQueen üçün xatirə mərasimi keçirildi. Dəvət olunan 2500 qonaq arasında Byork, Sarah Jessica Parker, Naomi Kempbell, Ledi Qaqa [44] və digərləri iştirak etmişdilər.[45] 18 fevral 2010-cu ildə Gucci Qrupunun prezidenti və baş icraçı direktoru Robert Polet Aleksandr McQueen biznesinin təsisçisi və yaradıcı direktoru olmadan davam edəcəyini elan etdi.[46]
16 fevral 2010-cu ildə pop musiqiçi Ledi Qaqa 2010-cu il Brit mükafatında hit olan " Telephone " sinqlının akustik, caz ifasını və " Dance in the Dark " mahnısını ifa etdi. Tamaşa zamanı Qaqa McQueen-ə mahnı həsr edərək onu hörmətlə andı.[47] Qaqa həmçinin üçüncü albomu Born This Way- in xüsusi buraxılışında ona " Moda of His Love " adlı mahnı həsr edib.[48] McQueenin paltarını geyinmiş Byork Londondakı Müqəddəs Paul Kafedralindakı xatirə abidəsində " Gloomy Sunday " mahnısını oxuyub. McQueen ilə dost və əməkdaşlıq edən müxtəlif digər musiqiçilər, Kanye Vest, Keti Perri və digərləri onun ölümündən sonra ona olan ehtiramlarını bildirmişlər.[49]