Aleksandr Starkov

Aleksandr Starkov (latış. Aleksandrs Starkovs‎; 26 iyul 1955) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. SSRİ idman ustası. IV dərəcəli "Üç Ulduz" ordeni zabiti.[1]

Aleksandr Starkov
latış. Aleksandrs Starkovs
Aleksandr Starkov 2010-cu ildə
Aleksandr Starkov 2010-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 26 iyul 1955(1955-07-26) (69 yaş)
Doğum yeri Madona, Latviya SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Latviya Latviya
Təhsili
Boyu 179 sm
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1973—1975 SSRİ RPİ ? (14+)
1976—1977 SSRİ Dauqava 61 (18)
1977—1978 SSRİ Dinamo Moskva 0 (0)
1978—1989 SSRİ Dauqava 429 (171)
Məşqçisi olduğu klublar
1992—1994 Latviya Latviya (U-21)
1993—2004 Latviya Skonto
2001—2004 Latviya Latviya
2004—2006 Rusiya Spartak Moskva
2007—2013 Latviya Latviya
2009—2011 Latviya Skonto
2011—2012 Azərbaycan Bakı
2017—2018 Latviya Latviya
2019 Latviya Liepaya
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Latviya futbolunun yetirməsidir. İlk məşqçisi Bronislav Lipşans olub.[2]

Peşəkar futbolçu karyerasına 1973-cü ildə, doğma şəhəri Madonanı təmsil edən "RPİ" komandasında başlayıb. 3 mövsüm burda çıxış etdikdən sonra, respublikanın əsas komandası olan Riqanın "Dauqava" komandasına cəlb edilir.[3]

1977-ci ildə Moskvanın "Dinamo" klubunun nümayəndələri Starkovun oyununu bəyənərək komandalarına dəvət ediblər. Lakin futbolçu orada əsas heyətə düşə bilməyib və yalnız klubun əvəzedici heyətində oyunlar keçirib.[3]

1978-ci ildə yenidən "Dauqava"ya qayıdan Starkov, 1989-cu ildə futbolçu karyerasına son qoyub.[3]

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Ali Məşqçilər Məktəbini bitirib (bunadək Riqa Politexnik İnstitutunun inşaat fakültəsindən məzun olub).[4] 1992-ci ildə "Kompar/Dauqava" klubunda baş məşqçi Yanis Skredelisin yanında köməkçi məşqçi kimi fəaliyyət göstərib.

1993–2004-cü illər aralığında "Skonto" klubunda baş məşqçi işləyib. Riqa təmsilçisi bu müddət ərzində 12 dəfə Latviya çempionatının, 6 dəfə isə Latviya Kubokunun qalibi olub. 1995-ci ildən eyni zamanda Latviya milli futbol komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib. 2001-ci ildə yığmaya baş məşqçi təyin olunub. Latviya yığması 2004-cü ildə məhz onun rəhbərliyi altında seçmə mərhələni uğurla adlayaraq, Avro-2004-ün final mərhələsinə vəsiqə qazanıb.

Avropa çempionatından sonra, 2004-cü ilin payızında Rusiyanın "Spartak Moskva" komandasına baş məşqçi təyin olunub.[4] 2005-ci ildə "qırmızı-ağlar"la Rusiya çempionatının gümüş medallarına sahib olub. 2006-cı ilin aprelində, Kubok uğrunda yarımfinal oyunları ərəfəsində, komandanın kapitanıDmitri Aleniçevlə münaqişə nəticəsində istefa vermək məcburiyyətində qalıb.[5][4]

2006-cı ildə Pro kateqoriyalı məşqçi lisenziyası alıb. 2007-ci ildə yenidən Latviya millisinin "sükanı arxasına" keçib. O, yığma ilə 2012-ci ilə qədər uzadılması mümkün olan 1 illik müqavilə imzalayıb. Latviya yığması ilə paralel, 2009–2011-ci illərdə "Skonto", 2011–2012-ci illərdə isə "Bakı" klubunda baş məşqçi kimi çalışıb.[6][7] 11 iyul 2013-cü ildə Latviya millisinin baş məşqçisi postundan istefa verib.[8]

2017-ci ilin aprel ayında üçüncü dəfə Latviya millisində baş məşqçi postuna təyin olunub.[9] 2018-ci il aprelin 3-də, Latviya Futbol Federasiyasının idarə heyətinin qərarı ilə, millinin baş məşqçisi vəzifəsindən azad edilib.[10]

2019-cu il mayın 1-dən sentyabrın 28-dək "Liepaya "klubunun baş məşqçisi olub.[11][12]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Tatyana adlı xanımla evlidir. Sergey adında oğulları, Nadejda adında isə qızları var.[13]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
Latviya Sovet Sosialist Respublikası Dauqava
Latviya Skonto

Dövlət mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Ar Triju Zvaigžņu ordeni apbalvoto personu reģistrs apbalvošanas secībā, sākot no 2004.gada 1.oktobra". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  2. "Старков: о семье, футболе и себе". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  3. 1 2 3 "Старков Александр Петрович". Footballfacts.ru. 2023-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  4. 1 2 3 "Экс-тренер «Спартака» Александр СТАРКОВ: Улыбаться на поле можно только при счете 6:0". Kp.ru. 2024-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-11.
  5. "Дмитрий Аленичев: «Старков — тупик для «Спартака»" (rus). «Спорт-Экспресс». 2006-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 may 2024.
  6. "Старков снова в "Сконто"". Uefa.com. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  7. "Peşəkar Futbol Liqası (arxiv)". pfl.az. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  8. LFF. "M. Pahars apstiprināts Latvijas izlases galvenā trenera amatā" (latış). LFF.lv. 2013-07-11. 2013-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2024.
  9. "Старков в третий раз возглавил сборную Латвии". 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  10. LFF. "Aleksandrs Starkovs atbrīvots no Latvijas nacionālās izlases galvenā trenera pienākumu veikšanas" (latış). LFF.lv. 2018-04-03. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
  11. "Oficiāli: Aleksandrs Starkovs pievienojas FK Liepāja" (latış). lp.fkliepaja.lv. 2019-05-01. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  12. "Oficiāli: Aleksandrs Starkovs pamet FK Liepāja" (latış). lp.fkliepaja.lv. 2019-09-28. 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  13. "Александр Старков: "Пришел в театр, а там люди в спартаковских галстуках!"". Spartakmoskva.ru. 2024-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]