Andrey Rubin

Andrey Rubin (latış. Andrejs Rubins‎; 26 noyabr 1978[1][2], Riqa1 avqust 2022[3][4]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü.

Andrey Rubin
latış. Andrejs Rubins
Andrey Rubin 2009-cu ildə
Andrey Rubin 2009-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 26 noyabr 1978(1978-11-26)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 avqust 2022(2022-08-01)[3][4] (43 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Latviya Latviya
Boyu 175 sm
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1996 Latviya Auda ? (?)
1997 İsveç Ester 11 (0)
1998—2000 Latviya Skonto 67 (14)
2000—2003 İngiltərə Kristal Pelas 31 (0)
2003 Rusiya Spartak Moskva 0 (0)
2003—2004 Rusiya Şinnik 51 (4)
2005—2008 Rusiya Spartak Moskva 5 (0)
2006 Rusiya Şinnik 13 (0)
2007—2008 Latviya Metallurq Liepaya 18 (1)
2008—2010 Azərbaycan İnter Bakı 49 (9)
2010—2011 Azərbaycan Qarabağ 12 (0)
2011—2012 Azərbaycan Simurq 18 (1)
Milli yığma[* 2]
1996—1998 Latviya Latviya (U-21) 13 (1)
1998—2011 Latviya Latviya 117 (9)
Məşqçisi olduğu klublar
2019 Latviya Auda

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Riqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib.[5]

1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub.[5] Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.

"Skonto"dakı çıxışı zamanı onu İngiltərənin "Kristal Pelas" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər. 2000–2003-cü illərdə London təmsilçisinin heyətində Futbol Liqasının Birinci Divizionunda (hazırkı Çempionşip) çıxış edib. Klubun heyətində ümumilikdə 36 oyun keçirib, 2 qol vurub.[5]

2002-ci ilin dekabrında azad agent qismində Moskvanın "Spartak" klubuna transfer olunub.[6] Ancaq üç ay sonra, "qırmızı-ağlar"ın heyətində heç bir oyun keçirmədən Yaroslavlın "Şinnik" komandasına keçib.[7] Burada keçirdiyi iki mövsüm ərzində ümumilikdə 58 matçda iştirak edib, 4 qol vurub.[5]

2005-ci ilin yanvarında baş məşqçisi həmyerlisi Aleksandr Starkov olan "Spartak Moskva" ilə 4 illik müqavilə bağlayıb.[8] Klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Rubin, mövsüm ərzində ikisi Kubokda olmaqla cəmi 7 oyun keçirə bilib.[5][9] 2006-cı ilin yanvarında 12 aylıq "Şinnik"ə,[10][11] 2007-ci ilin iyulunda isə 6 aylıq "Metallurq Liepaya"ya icarəyə verilib.[12]

2008-ci ilin iyununda Bakının "İnter" komandasına keçərək, 1+1 şərti ilə müqavilə imzalayıb.[13][14] 2008–2010-cu illər ərzində "İnter"in heyətində ümumilikdə 57 oyuna çıxıb və 9 qol vurub.[5] Komandası ilə birlikdə Azərbaycan çempionatının qızıl (2009/2010) və gümüş (2008/2009) mükafatlarını qazanıb.

2010-cu ilin iyulunda azad agent kimi Ağdamın "Qarabağ" klubuna qoşulub və iki illik müqavilə imzalayıb.[15] 2011-ci ilin sentyabrında Zaqatalanın "Simurq" klubuna transfer olunub.[16] 2013-cü ilin əvvəlində futbolçu karyerasını başa vurub.[17]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

10 noyabr 1998-ci ildə Tunis milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Latviya milli komandasının heyətində debüt edib.[18]

Rubin, 1998–2011-ci illər aralığında formasını geyindiyi Latviya milli komandasının heyətində ümumilikdə 117 oyun keçirib və 9 qol vurub.[19] O, milli komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur (bu göstəricidə yalnız Vitali Astafyevdən (167) geri qalır).[19]

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

Karyerasını bitirdikdən sonra, 2013-cü ildə İkşkiledə uşaq komandalarında məşqçi işləyib.[17] 2014-cü ildə "Oqre" klubunun məşqçilər korpusuna daxil edilib.[20] 2019-cu ildə "Auda" komandasına baş məşqçisi təyin olunub.[21] 2022-ci ildə "Spartak Yurmala" klubunda məşqçi kimi fəaliyyət göstərib.[22]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Atasını erkən itirən Rubin, yeniyetməlik dövründə pis çevrəyə düşüb. Bunun nəticəsində o, 15 yaşında ikən Riqa Mərkəzi Həbsxanasına salınıb.[23][24] Askold Uldrikisin həmmüəllifliyi ilə yazılmış və 2022-ci ildə nəşr olunmuş Rubinin həyatından bəhs edən "Mən yalnız bir dəfə içəridə olmuşam" kitabında, o, Riqa Mərkəzi Həbsxanasında keçirdiyi 6 aydan və futbolun onu islahat yoluna yönəlməyə necə yardımçı olmasından danışıb.[23]

Rubin, belaruslu Anya adlı xanımla ailə qurub. Onun bu evlilikdən bir qızı var.[25]

Futbolda kumiri fransalı hücumçu Tyerri Anri olub.[26]

Rubin, 1 avqust 2022-ci ildə, 43 yaşında ikən qəflətən vəfat edib. Bu barədə məlumatı avqustun 3-də Latviya Futbol Federasiyasının mətbuat xidməti yayıb.[27] Onun ölüm səbəbləri açıqlanmayıb.[23]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
Latviya Skonto
Azərbaycan İnter Bakı
  1. 1 2 Andrejs Rubins // Transfermarkt (çd.). 2000.
  2. 1 2 ANDREJS RUBINS // Argentine Soccer Database (isp.).
  3. 1 2 PĀRAGRI MŪŽĪBĀ AIZSAUKTS ANDREJS RUBINS; ATVADĪŠANĀS 9. AUGUSTĀ.
  4. 1 2 Atvadīšanās no Andreja Rubina notiks 9. augustā.
  5. 1 2 3 4 5 6 "Рубин Андрей Владимирович". Footballfacts.ru. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
  6. "Rubins wings his way to Spartak". UEFA. 10 December 2002. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  7. "Trio strengthen Spartak ranks". UEFA. 12 March 2003. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  8. "Rubins ready for Spartak". UEFA. 5 January 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  9. "Экс-футболист «Спартака» Андрей Рубин умер в возрасте 43 лет". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  10. "Pool target Spartak Moscow player". Blackpool Gazette. 28 June 2007. 9 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  11. "Basinas makes Mallorca move". UEFA. 20 January 2006. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  12. "Metalurgs bring Rubins home". UEFA. 5 January 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
  13. "Rubins paraksta līgumu ar Baku Inter". Tvnet.lv. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  14. "Андрей Рубин: Мной интересовались и в Бакы". Azerisport.com. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  15. "Rubins pāriet uz «Karabakh» — Leģionāri — Futbols — Sportacentrs.com". 2010-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-21.
  16. "Pie Jurana spēlēs Rubins un Grebis". parsportu.lv. 16 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 June 2022.
  17. 1 2 Jānis Celmiņš. "Rubins: "Ja nevaru spēlēt par simts procentiem, tad nav vērts"" (latış). sportacentrs.com. 2013-03-13. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  18. LFF. "1998. gads" (latış). LFF.lv. 2013-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-26.
  19. 1 2 "Latvia - Record International Players". Rsssf.org. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  20. Agris Suveizda. "Prohorenkovs un Rubins trenēs 1.līgas jaunpienācēju "Ogri"" (latış). sportacentrs.com. 2014-03-31. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  21. Edmunds Novickis. ""Audu" trenēs "Euro 2004" spēlējušais Andrejs Rubins" (latış). sportacentrs.com. 2019-04-06. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  22. "Coaching Staff" (ingilis). fkspartaks.lv. 2022-07-29. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  23. 1 2 3 "Андрей Рубин". 24smi.org. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  24. "Верпаковскис о Рубине: "Один из самых добрых людей, которых я знал"". Tvnet.lv. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  25. "Полузащитник «Спартака» Андрей Рубин: Кто сказал, что я – любимчик Старкова?". Sovsport.ru. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  26. "Andrejs Rubins". Lff.lv. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  27. ""Qarabağ"ın sabiq futbolçusu qəflətən vəfat edib - FOTO". Oxu.az. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]