Maris Verpakovskis (d. 15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib.
Maris Verpakovskis | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
latış. Māris Verpakovskis | |||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Liepaya, Latviya SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 173 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 68 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Erqotelis FK | ||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub.
Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib. İştirak etdiyi 77 görüşdə rəqib qapısından 41 top keçirib. Bu illər onun karyerasının ən pik nöqtəsi olub. Sərgilədiyi oyunla göz oxşayan Maris qısa müddət ərzində bir sıra Avropa klublarının maraq dairəsinə düşüb.[1]
2003-cü ildə Ukraynanın adlı-sanlı komandalarından olan "Dinamo Kiyev" ilə müqavilə imzalayıb. Çox çəkmir ki, Verpakovski komandanın ilk onbirliyə düşməyi bacarıb.11 oyunda 5 qol vurmaqla güclü futbolçu olduğunu sübut edib. Dinamo ilə UEFA Çempionlar Liqasında ilk qolunu Türkiyənin "Trabzonspor" komandasına qarşı oyunda vurub. İkinci topu isə Kiyevdə 2:2 hesabı ilə bitən "Real"a qarşı görüşdə qapıdan keçirib . Ümumilikdə isə ÇL-da 3 qol müəlifidi. Maris Verpakovskis 2004-cü ildə "Dinamo Kiyev"in heyətində ən yaxşı futbolçu seçilib. Sonralar isə futbolçunun karyerası yavaş-yavaş enişə başlayıb. Buna səbəb onun Kiyev "Dinamosu"nun keçmiş məşqçisi Yozef Sabo ilə konfiliktə girməsi olub. Komanda ilə müqaviləsinin olmasına baxmayaraq futbolçu başqa klublara icarəyə verilir.[1]
2007-ci ildə İspaniyaya yollanan futbolçu "Xetafe"də özünü sınamaq istəyir. Ancaq burada forma geyinmə şansı tapmır. Daha sonra bir-birinin ardınca Xorvatiyanın "Hayduk Split", İspaniyanın "Selta de Viqa", Yunanıstanın "Erqotelis" klublarında çıxış edir. Amma həm zədə, həm də forma geyinmə şansının olmaması futbolçunun karyerasında uğursuzluğa səbəb olur. 2011-ci ildə icarə müddəti başa çatan futbolçu yenidən "Dinamo Kiyev" qayıdır.[1]
2011-ci il iyunun 30-da Verpakovskis "Bakı" ilə bir illik müqaviləyə imza atdı. "Bakı"nın heyətində ilk mövsüm 19 oyunda 3 qol vurdu. Rəhbərlik futbolçu ilə müqaviləni yeniləmək istəyirdi və Verpakovskis 2012-ci ilin iyun ayında klubla müqaviləsini yenilədi.[1]
2013-cü ilin əvvəlində Verpakovskis Yunanıstanın "Erqotelis" klubu ilə müqavilə bağlayıb.[2]
Maris Verpakovskis Latviya millisində ilk debütünü 1999-cu ilin sentyabrın 9-da Yunanıstan yığması ilə görüşdə edib. Beynəlxalq matçlarda ən uğurlu oyunları AÇ-2004-ə təsadüf edir. Türkiyə yığması ilə pley-off oyunlarında vurduğu qollarla milli komandasını 2004-cü ildə Avropa çempionatının final mərhələsinə çıxarıb. Latviyanın AÇ-2004-də yeganə qolunun müəllifi olan Maris Verpakovskis Çexiya yığmasına 1:2 hesabı ilə məğlub olduqları görüşdə (45+1-ci dəqiqədə) Peter Çexin qoruduğu qapıya yol tapıb.[3] Keçirdiyi 10 oyunda 6 qol vurub. O, millidə ən çox qol vuran futbolçu Marian Paharsı üstələyərək adını Latviya futbol tarixinə yazdırdı. Marisin aktivində 29 top var.[1]
# | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1. | 9 iyun 1999 | Afina, Yunanıstan | Yunanıstan | 0 – 1 | 1–2 | UEFA Avropa Kuboku 2000 seçmə mərhələ |
2. | 28 fevral 2001 | Vaduts, Lixtenşteyn | Lixtenşteyn | 0 – 2 | 0–2 | Yoldaşlıq oyunu |
3. | 3 iyul 2001 | Riqa, Latviya | Estoniya | 1 – 0 | 3–1 | Baltik Kuboku 2001 |
4. | 21 avqust 2002 | Riqa, Latviya | Belarus | 1 – 1 | 2–4 | Yoldaşlıq oyunu |
5. | 7 iyun 2003 | Budapeşt, Macarıstan | Macarıstan | 0 – 1 | 3–1 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
6. | 10 sentyabr 2003 | Riga, Latvia | Macarıstan | 1 – 0 | 3–1 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
7. | 10 sentyabr 2003 | Riqa, Latviya | Macarıstan | 3 – 0 | 3–1 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
8. | 11 oktyabr 2003 | Stokholm, İsveç | İsveç | 0 – 1 | 0–1 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
9. | 15 noyabr 2003 | Riqa, Latviya | Türkiyə | 1 – 0 | 1–0 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
10. | 19 noyabr 2003 | İstanbul, Türkiyə | Türkiyə | 2 – 2 | 2–2 | UEFA Avropa Kuboku 2004 seçmə mərhələ |
11. | 31 mart 2004 | Celje, Sloveniya | Sloveniya | 0 – 1 | 0–1 | Yoldaşlıq oyunu |
12. | 6 iyun 2004 | Riqa, Latviya | Azərbaycan | 1 – 0 | 2–2 | Yoldaşlıq oyunu |
13. | 15 iyun 2004 | Aveiro, Portuqaliya | Çexiya | 0 – 1 | 2–1 | UEFA Avropa Kuboku 2004 |
14. | 8 sentyabr 2004 | Lüksemburq, Lüksemburq | Lüksemburq | 0 – 1 | 3–4 | Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhəəl |
15. | 9 oktyabr 2004 | Bratislava, Slovakiya | Slovakiya | 0 – 1 | 4–1 | Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ |
16. | 17 noyabr 2004 | Vaduts, Lixtenşteyn | Lixtenşteyn | 0 – 1 | 0–3 | Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ |
17. | 30 mart 2005 | Riqa, Latviya | Lüksemburq | 3 – 0 | 4–0 | Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ |
18. | 30 mart 2005 | Riqa, Latviya | Lüksemburq | 4 – 0 | 4–0 | Futbol üzrə dünya çempionatı 2006 seçmə mərhələ |
19. | 7 oktyabr 2006 | Riqa, Latviya | İslandiya | 2 – 0 | 4–0 | UEFA Avropa Kuboku 2008 seçmə mərhələ |
20. | 7 oktyabr 2006 | Riqa, Latviya | İslandiya | 3 – 0 | 4–0 | UEFA Avropa Kuboku 2008 seçmə mərhələ |
21. | 13 oktyabr 2007 | Reykyavik, İslandiya | İslandiya | 1 – 3 | 2–4 | UEFA Avropa Kuboku 2008 seçmə mərhələ |
22. | 13 oktyabr 2007 | Reykyavik, İslandiya | İslandiya | 1 – 4 | 2–4 | UEFA Avropa Kuboku 2008 seçmə mərhələ |
23. | 17 oktyabr 2007 | Riqa, Latviya | Lixtenşteyn | 2 – 1 | 4–1 | UEFA Avropa Kuboku 2008 seçmə mərhələ |
24. | 1 aprek 2009 | Riqa, Latviya | Lüksemburq | 2 – 0 | 2–0 | Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələ |
25. | 10 oktyabr 2009 | Afina, Yunanıstan | Yunanıstan | 1 – 1 | 5–2 | Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələ |
26. | 10 oktyabr 2009 | Afina, Yunanıstan | Yunanıstan | 1 – 2 | 5–2 | Futbol üzrə dünya çempionatı 2010 seçmə mərhələ |
27. | 7 sentyabr 2010 | Ta Qali, Malta | Malta | 0 – 2 | 0–2 | UEFA Avropa Kuboku 2012 seçmə mərhələ |
28. | 9 fevral 2011 | Antalya, Türkiyə | Boliviya | 0 – 1 | 1–2 | Yoldaşlıq oyunu |
29. | 12 oktyabr 2012 | Bratislava, Slovakiya | Slovakiya | 2 – 1 | 2–1 | Futbol üzrə dünya çempionatı 2014 seçmə mərhələ |