Andrey Ştoltsers

Andrey Ştoltsers (latış. Andrejs Štolcers‎; 8 iyul 1974[1], Riqa) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü.

Andrey Ştoltsers
latış. Andrejs Štolcers
Andrey Ştoltsers 2009-cu ildə
Andrey Ştoltsers 2009-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 8 iyul 1974(1974-07-08)[1] (50 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Latviya Latviya
Boyu 178 sm
Çəkisi 74 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1992—1994 Latviya Olimpiya 53 (22)
1996—1997 Latviya Skonto 49 (15)
1998—2000 Ukrayna Şaxtyor Donetsk 49 (14)
1998—2000 Ukrayna Şaxtyor Donetsk-2 17 (4)
2000 Rusiya Spartak Moskva 11 (5)
2004—2004 İngiltərə Fulhem 25 (2)
2004—2005 İngiltərə Yovil Taun 36 (4)
2005—2006 Azərbaycan Bakı 10 (4)
2006—2007 Latviya Skonto 16 (2)
2007—2009 Latviya Olimp 36 (6)
2009—2010 İngiltərə Bat Siti 8 (1)
2010 İngiltərə Heyz End İdinq Yunayted 9 (1)
Milli yığma[* 2]
1994 Latviya Latviya (U-21) 2 (1)
1994—2005 Latviya Latviya 81 (7)
Məşqçisi olduğu klublar
2019 Honkonq İstern

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Ştoltsers 8 iyul 1974-cü ildə Riqa şəhərində anadan olub. 3 yaşından hokkeylə məşğul olmağa başlayıb. 8 yaşında ikən Latviya SSR-də öz yaş qrupunda ən yaxşı hokkeyçi seçilib.[2] 14 yaşında olarkən "Dauqava" futbol klubunun gənclər komandasının məşqçisi ilə söhbətdən sonra hokkeyi futbola dəyişmək qərarına gəlir.[3]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Peşəkar futbolçu karyerasına 1992-ci ildə, adını bir il sonra "Olimpiya"ya dəyişəcək "Kompar/Dauqava" komandasında başlayıb.[4] 1996-cı ildə Aleksandr Starkovun dəvəti ilə "Skonto"ya keçib.[2] 1996–1997-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 64 oyuna çıxıb və 16 qol vurub.[4] Komandası ilə birlikdə 2 dəfə Latviya çempionatının, 1 dəfə isə Latviya Kubokunun qalibi olub.

1998-ci ildə "Skonto"nun heyətində Birlik Kubokunda özünü yaxşı tərəfdən göstərərək "Torpedo Moskva"nın seleksionerlərinin diqqətini cəlb etməyi bacarıb. Moskvalıların təklif etdiyi şərtlər Ştoltsersə uyğun gəlib və o, "qara-ağlar"la müqavilə bağlamağa razılıq verib. Lakin Moskvada tibbi müayinədən keçən zaman klubun həkimləri onun ürəyində qüsur aşkarlayıblar. Bu səbəbdən klub onunla müqavilə bağlamaqdan imtina edib.[2][3]

1998-ci ilin əvvəlində Ukraynanın "Şaxtyor Donetsk" komandasında transfer olunub. "Şaxtaçılar"ın heyətində keçirdiyi üç il yarım ərzində ümumilikdə 60 oyuna çıxıb və 17 qol vurub.[4] Komandası ilə birlikdə 3 dəfə Ukrayna çempionatının gümüş mükafatçısı olub.

2000-ci ildə mövsümün ikinci yarısını icarə əsasında "Spartak Moskva"da keçirib və "qırmızı-ağlar"la ölkə çempionatının qalibi olub. "Spartak" icarəyə götürdüyü Ştoltsersi "Şaxtyor"dan birdəfəlik almaq istəsə də, klublar arasında maddi məsələlərdə anlaşma əldə olunmayıb.[3]

2000-ci ilin dekabrında İngiltərə Birinci Divizionunda (hazırkı Çempionşip) çıxış edən Londonun "Fulhem" klubuna transfer olunub. Ştoltsersin sözlərinə görə, "Fulhem" bu transfer üçün "Şaxtyor"a 2.5 milyon funt sterlinq ödəyib.[3] Mövsümün yekununda londonlular Divizionun qalibi olublar və növbəti mövsüm Premyer Liqada çıxış etmək hüququnu qazanıblar.[5]

"Fulhem"də 4 mövsüm çıxış etdikdən sonra İngiltərədə klubunu dəyişmək qərarına gələn Ştoltsers, 2004-cü ilin sentyabrında azad agent qismində İngiltərə Üçüncü Divizionu təmsilçisi "Yovil Taun" komandasına keçib.[6][7]

2005-ci ilin yayında Azərbaycanın "Bakı" klubuna transfer olunub.[8] 2005–2006 mövsümündə "Bakı"nın heyətində ümumilikdə 14 oyuna çıxıb və 6 qol vurub.[9] Komandası ilə birlikdə Azərbaycan çempionatının qalibi olub.

2006-cı ildə vətəninə qayıdıb və keçmiş komandası "Skonto" ilə müqavilə imzalayıb. 2007–2009-cu illər ərzində Riqanın bir başqa təmsilçisi olan "Olimp"də forma geyinib.

2009-cu ilin dekabrında İngilərənin səviyyəcə altıncı liqası hesab olunan Cənub Futbol Liqasında çıxış edən "Bat Siti" klubuna keçib.[10][11]

Peşəkar futbolçu karyerasını 2010-cu ildə "Heyz End İdinq Yunayted" klubunda başa vurub.[12][13]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

2 iyun 1994-cü ildə Malta milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Latviya milli komandasının heyətində debüt edib.[14]

Ştoltsers, 1994–2005-ci illər aralığında formasını geyindiyi Latviya milli komandasının heyətində ümumilikdə 81 oyun keçirib və 7 qol vurub.[14][15]

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

14 fevral 2019-cu ildə Honkonq Premyer Liqasında çıxış edən "İstern" komandasına texniki direktor və baş məşqçi təyin olunub.[16] 1 iyun 2020-ci ildə, müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Andrey Ştoltsersin babası, atası və xalası yelkənli idman növü ilə məşğul olublar. Onlar müxtəlif reqatalarda qalib gəliblər, həmçinin SSRİ çempionu olublar.[2]

1997-ci ildə ailə həyatı qurub, həyat yoldaşı Oksana bədii gimnastika üzrə idman ustalığına namizəddir.[2] Onların Marta və Sonya adında iki qızları var.[17]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
Latviya Olimpiya
Latviya Skonto
Rusiya Spartak Moskva
İngiltərə Fulhem
Azərbaycan Bakı
  1. 1 2 Andrejs Štolcers // FBref.com (çd.).
  2. 1 2 3 4 5 "Андрей ШТОЛЦЕРС• ПРЕЖДЕ ЧЕМ ДЕЛО ДОШЛО ДО ФУТБОЛЬНЫХ МЕДАЛЕЙ, ПОЛУЧИЛ ХОККЕЙНУЮ". 2015-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  3. 1 2 3 4 "«Спартак» мог выиграть Лигу чемпионов, но внутри стало что-то гнить». Полгода в Тарасовке как сказка". 2017-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  4. 1 2 3 "Штолцерс Андрей Янович". Footballfacts.ru. 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  5. "England 2000–01". Rec.Sport.Soccer Statistics Foundation. 26 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-24.
  6. "Glovers look at Stolcers". BBC Sport. 2 September 2004. İstifadə tarixi: 10 January 2014.
  7. "Yeovil sign Stolcers for season". BBC Sport. 3 November 2004. İstifadə tarixi: 10 January 2014.
  8. "Stolcers leaves Glovers for Baku". BBC Sport. 9 July 2005. İstifadə tarixi: 2 April 2014.
  9. "Azərbaycan çempionu İngiltərə klubuna keçdi". Apasport.az. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.
  10. "Bath City swoop for international attacker". 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-06.
  11. "Bath City 2009–10 season". Bath City FC Archive. 25 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2023.
  12. "Stolcers leaves Bath City for Hayes & Yeading". 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-06.
  13. "Hayes manager Haylock releases eleven players". 2010-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-16.
  14. 1 2 "Football player Andrejs Štolcers". Eu-football.info. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.
  15. "Latvia - Record International Players". Rsssf.org. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
  16. "Andrejs Štolcers Named Technical Director for Eastern Long Lions Football Team". Eastern Long Lions. 14 February 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 February 2019.
  17. "Андрес Штолцерс: "Сейчас играю за 300 фунтов в неделю"". Ua-football.com. İstifadə tarixi: 2024-05-273.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]