Aleksandra Şevçenko

Aleksandra Şevçenko (ukr. Олександра Шевченко ; 24 aprel 1988, Xmelnitskiy)[1][2][3]Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının həmtəsisçilərindən biri. O, patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkir.[4][5]

Aleksandra Şevçenko
ukr. Олександра Шевченко
Şəxsi məlumatlar
Doğum tarixi 24 aprel 1988(1988-04-24) (36 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti insan hüquqları fəalı, qadın hüquqları fəalı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2013-cü ildə Aleksandra Şevçenko Fransadan siyasi sığınacaq alıb. Hazırda o, Parisdə FEMEN France təşkilatının fəal üzvüdür.[6]

Aleksandra Şevçenko 24 aprel 1988-ci ildə Ukrayna SSR-in Xmelnitski şəhərində anadan olub.

10 aprel 2008-ci ildə Anna Qutsol Xmelnitskidən olan iki dostu Aleksandra Şevçenko və Oksana Şaçko ilə birlikdə Kiyevdə Ukraynanın qeydiyyatdan keçməmiş Femen qadın hərəkatının əsasını qoydular. Onların hərəkatı yaratmaqda ilk məqsədləri qadın tələbələrə qarşı olan ayrı-seçkiliyə etiraz etmək idi. Lakin onlar tədricən ukraynalı qadınların cinsi istismarına qarşı mübarizəyə keçdilər. Mübarizənin əsas etiraz forması kimi dinc aksiyalar keçirmək qərara alındı. Qrup etiraz aksiyalarına cəmiyyətin daha çox diqqətini cəlb etmək yollarını axtarmağa başladı. Hərəkat 23 may 2009-cu ildə Kiyevdə fahişəliyə qarşı mitinqdə “Ukrayna fahişəxana deyil”[7][8] şüarı ilə diqqət çəkib.[9] 2009-cu ilin avqust ayının sonunda Femen həmtəsisçisi Oksana Şaçko sinəsini geyimsiz göstərən qrupun ilk üzvü oldu. Femendə etirazın etikasına dair müzakirələrdə bir çox üzvlər əvvəlcə bu cür taktikaların əleyhinə çıxış edib, lakin sonra onun effektivliyinə əmin olaraq razılaşıblar.[10] 2010-cu ildən başlayaraq yarıçılpaq etirazlar femen nümayişlərində adi taktikaya çevrilib.[11]

2011-ci ilin sonunda Aleksandra Şevçenko İnna Şevçenko və Yevgeniya Krayzmanla birlikdə beynəlxalq səviyyədə aksiya keçirmək qərarına gəldilər.[12][13]

31 oktyabr 2011-ci ildə onlar Beynəlxalq Valyuta Fondunun sədri Dominik Strauss-Kana,[14] 5 noyabr 2011-ci ildə Romada Silvio Berluskoniyə,[15] ertəsi gün Vatikanda Papaya,[16] 10 noyabr 2011-ci ildə Sürixdə fahişəliyə qarşı etiraz etdilər.[17] Aleksandra Şevçenko 2011-ci il dekabrın 9-da Moskvada Xilaskar Məsihin Katedralində Vladimir Putinə qarşı etiraz aksiyasında iştirak edib.[18]

2013-cü ildə Aleksandra Şevçenko Berlində FEMEN təlim mərkəzini açıb. 9 fevral 2013-cü ildə Berlin Film Festivalında çılpaq sinəsinə “Stop Cutting Cutting My Pussy” sözləri yazılmış qadın sünnətinə etiraz edib. 6 mart 2013-cü ildə FEMEN fəalları fransız yazıçısı Qalya Akermanla əməkdaşlıq edərək, fransız dilində “FEMEN” adlı ilk kitablarını nəşr ediblər.[19]

Aleksandra Şevçenko Ukraynada ona göstərilən təzyiq səbəbindən vətənini tərk etmək məcburiyyətində qalıb. O, 2013-cü ilin avqustunda Fransadan siyasi sığınacaq alıb.[20][21][22]

  • Ackerman, Galia, with Anna Hutsol, Oksana Shachko, Alexandra 'Sasha' Shevchenko, & Inna Shevchenko, FEMEN, Published by Calmann-Lévy (Paris 2013), 280 pages. ISBN 978-2702144589. (French language publication)[23]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Sevastopoldan olan fotojurnalist Dmitri Kostyukovla nigaha girib. Onlar 2013-cü ildə "New York Times" üçün FEMEN haqqında məqalə üzərində işləyərkən tanış olublar.[24] Bu nihgahdan Aleksandra Şevçenkonun Tim adlı bir oğlu var.[25] Hazırda Aleksandra Şevçenko ailəsi ilə birlikdə Parisdə yaşayır.

  1. "The Femen Phenomenon", Gleb Garanich, Photographer's Blog, 1 March 2012, "Olexandra" is used here, in its original Ukrainian version and not translated into Russian. [Accessed 4 January 2020].
  2. "Ukraine's Femen: Topless protests 'help feminist cause'" Arxivləşdirilib 2022-06-30 at the Wayback Machine, Sam Wilson, BBC News, 24 October 2012. [Accessed 4 January 2020].
  3. "UKRAINE: Ukrainian Femen activist Oleksandra Shevchenko, who was recently deported from Tunisia, is arrested with two fellow protesters after staging an anti-Lukashenko topless protest in Kiev" Arxivləşdirilib 2023-12-03 at the Wayback Machine, REUTERS, 18 June 2013, reprinted on screenocean website.[Accessed 4 January 2020].
  4. Jeffrey Tayler. "The Woman Behind Femen's Topless Protest Movement - Jeffrey Tayler". The Atlantic. 13 March 2013. 5 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  5. "FEMEN". FEMEN. 20 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  6. "Femen topless protester wins French asylum". BBC. 2013-07-08. 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.
  7. Page 96 FEMEN Ackerman, Galia et al. 2013. calmann-levy. ISBN 978-2-7021-4458-9
  8. "How they protest prostitution in Ukraine | The Observers". Observers.france24.com. 2009-08-28. 2015-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
  9. Piotr Pogorzelski. "New Eastern Europe - Ukraine is not a Brothel". Neweasterneurope.eu. 2013-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
  10.  (fr.) Femen Les féministes venues du froid Arxiv surəti 10 yanvar 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine, en:Paris Match (18 February 2012)
  11. Femen Les féministes venues du froid Arxiv surəti 10 yanvar 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 10 yanvar 2013 at the Wayback Machine, en:Paris Match (18 February 2012)
  12. Bidder, Benjamin. "Kiev's Topless Protestors: 'The Entire Ukraine Is a Brothel' - SPIEGEL ONLINE". Spiegel.de. 5 May 2011. 19 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  13. "Unorthodox protest in Ukraine: Indecent exposure". The Economist. 20 May 2011. 20 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  14. "Des féministes ukrainiennes manifestent contre DSK - L'EXPRESS". Lexpress.fr. 1 November 2011. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  15. "Ukrainian Femen Protesters". Photos.independent.ie. 21 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  16. "Bikyamasr: Ukraine woman strips at Vatican for rights, anti-Berlusconi". Kyivpost.com. 7 November 2011. 31 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  17. "FEMEN - Zurich is not a Brothel! (NSFW)". Mizozo.com. 16 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  18. "'Femen' Stage Naked Protest Against Putin in Moscow [PHOTOS] - IBTimes UK". International Business Times. 9 December 2011. 14 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  19. "FEMEN Book (2013)". FEMEN.info. 6 March 2013. 26 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 March 2013.
  20. У колишньому офісі Femen відкрили книжкову крамницю In the former office Femen opened a bookstore Arxivləşdirilib 2019-04-04 at the Wayback Machine, uk:Ukrayinska Pravda (23 October 2013)
  21. Активістки Femen втекли з України Femen activists fled from Ukraine Arxivləşdirilib 2019-04-04 at the Wayback Machine, uk:Ukrayinska Pravda (31 August 2013)
  22. Femen закриє офіс в Україні, але діяльність не припинить Femen closes office in Ukraine, however, the activities do not stop Arxivləşdirilib 2019-04-04 at the Wayback Machine, uk:Ukrayinska Pravda (27 August 2013)
  23. "Femen Book (2013) | FEMEN / ФЕМЕН". Femen.info. 26 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 September 2013.
  24. "Активистка Femen Саша Шевченко вышла замуж". 2019-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
  25. Sasha Shevchenko on Instagram: “Я устала. Физически. Морально. Быть мамой очень тяжело. Сегодня Тимулён плохо спал ночью. Перемещался во сне по кровати, будто я к себе не…”

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]