Algeti Milli Parkı (gürc. ალგეთის ეროვნული პარკი) — Gürcüstanın Tetritskaro bələdiyyəsində xüsusi mühafizə olunan təbiət ərazisi. 1965-ci ildə şərq küknarı və qafqaz ağ şamı meşə masivlərini qorumaq məqsədi ilə yaradılmışdır. Qoruq statusuna malik ərazi 2007-ci ildə milli park statusunu almışdır[1]. Milli parkın müasir sahəsi 6822 hektardır. Milli park ərazisində həmçinin 250 növ göbələk, 1664 bitki qeydə alınmışdır. Bunlardan üçü endemikdir[2]. Milli park turistlərin sevimli məkanıdır. Park öz adını eyni adlı Algeti çayından götürmüşdür. Algeti çayı bölgənin ən böyük çayıdır.
Algeti Milli Parkı | |
---|---|
gürc. ალგეთის ეროვნული პარკი | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 6822 ha |
Yaradılma tarixi | 1965 |
Ziyarətçi sayı | 8030 (2015) |
Yerləşməsi | |
41°34′00″ şm. e. 44°31′00″ ş. u. | |
Ölkə | Gürcüstan |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park ərazisi qoruq elan olunana kimi yerli meşə təsərrüfatına tabe idi. Uzun müddət davam edən oduncaq tədarükü nəticəsində ərazidə meşə massivinin sahəsi kəskin azalmışdır. O üzdən 1965-ci ilin aprelində ərazi qoruq elan olundu. İlk vaxtlar qoruğun sahəsi 6400 hektar olsa da, sonradan sahəni 6000 hektara endirdilər.[3]
Milli park subtropik iqlim qurşağının kontinental subtropiklə mülayim dəniz subtropikin sərhəddində yerləşir. Ərazinin orta illik temperaturu +7,9 °C və +5,9 °C arasında dəyişir. İllik düşən yağıntının miqdarı 737–777 mm arasında dəyişir.[3]
Milli park Trialet silsiləsində yerləşir. Silsilənin hündürlüyü 1100-1950 metr arasında dəyişir.[4] Qorunan meşə sahələrinin 64%-i dağ yamaclarında, 35 %-i dağ ətəklərində, 1% meşə sahəsi isə düzənlik ərazidə yayılıb.
Algeti milli parkının yerləşdiyi silsilə əsasən çökmə və maqmatik süxurlardan təşkil olunub.
Milli parkda fıstıq meşələrinin sahəsi 2250 hektar, küknar meşələrinin sahəsi 1442 hektar, palıd meşələrinin sahəsi isə 1380 hektardır.[2]
Ölkənin qırımızı kitabına düşmüş qonur ayı, qafqaz tetrası, məzar qartalı və əsl gürzə ərazidə qorunur.