Ali Botuş (bolq. Али ботуш) — Bolqarıstanın cənubunda, Yunanıstanla olan sərhəddə yerləşən qoruq. Qoruq çox da böyük olmayan Slavyanka dağ silsiləsindədir. Ali Botuş qoruğu silsilənin şimal yamacında olub bütünlüklə Bolqarıstan ərazisinə aiddir. Qoruq Blaqoyevqrad vilayətinin Sandanski və Hadjidimovo icmalarının ərazisindədir. Qoruq 1951-ci ildə Balkan yarımadası üçün endemik olan Heldreyx şamı meşələrini qorumaq məqsədi ilə yaradılmışdır[2][3]. Sonrakı dövrlərdə qoruq ərazisi bir neçə dəfə genişləndirilmiş və sahəsi 1638 hektara çatdırılmışdır (16,38 km²)[4]. 1977-ci ildən Ali Botuş UNESCO-nun qorunan obyektlər siyahısına daxil edilmişdir[3].
Ali Botuş qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 24 noyabr 1951 |
Yerləşməsi | |
41°22′37″ şm. e. 23°37′14″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoruq Slavyanka dağ silsiləsinin şimal yamaclarında, 1140-2212 metr yüksəklikdədir. Pirin dağ silsiləsindən Paril yəhəri ilə ayrılmışdır. Dağlar əsasən paleozoyun metamorfik süxurlarından təşkil olunub. Qranit nüvəli əhəngdaşı və mərmər mənşəli süxurlar üstünlük təşkil edir.[5][6] Ali Botuşun ərazisi müxtəlif geomorfoloji formalardan və bir sıra kiçik silsilələrdən ibarətdir.
Qoruq kontinental Aralıq dənizi iqlimi zonasına düşür və yüksəkliklərdə də dağ iqlimi üstünlük təşkil edir. Aralıq dənizi iqlimi payız-qış maksimumu və yaz minimumu olan yağıntı rejimini təyin edir. Qış aylarının orta temperaturu ölkənin qalan hissəsindəki eyni hündürlükdəki orta temperaturdan xeyli yüksəkdir. Qış aylarında fön külüəkləri böyük təsirə malik olur. Bölgənin aşağı hissələri üçün orta illik temperatur 14 ° C, yüksək zonalar üçün isə təxminən 6 ° C-dir.
Ali Botuş sərhəd bölgəsi olduğundan çox təcrid olunmuş və bu səbəbli toxunulmamış zəngin floraya sahibdir. Biosfer qoruğunun ərazisində 1500-dən çox ali bitki növü mövcuddur. Fauna baxımdanda qoruq ərazisi çox zəngindir. Məməlilərin bir çox növləri üstünlük təşkil edir: qonur ayı, canavar, maral, çöl donuzu, boz dovşan, tülkü, porsuq və çaqqal.[7]