Alisa Brunovna Freyndlix (rus. Алиса Бруновна Фрейндлих; 8 dekabr 1934[1][2], Leninqrad[1]) — Sovet və Rusiya teatr və kino aktrisası, müğənni. SSRİ xalq artisti (1981). K. S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı (1976), Rusiya Federasiyasının üçqat Dövlət mükafatı laureatı (1996, 2001, 2008), Rusiya Hökumət mükafatı lauretı (2010), Sankt-Peterburq şəhərinin fəxri vətəndaşı (2001).
Alisa Freyndlix | |
---|---|
rus. Алиса Фрейндлих | |
Doğum adı | Алиса Бруновна Фрейндлих |
Doğum tarixi | 8 dekabr 1934[1][2] (89 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
Vladimir Karasyov[3] (1956-1957) İqor Vladimirov[4] (1960-cı illərin əvvəli-1981) Yuri Solovey[5] (1980-ci illərin əvvəli-1990) |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1955-bu günə qədər |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0293981 |
alisa-freindlih.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Alisa Freyndlix 8 dekabr 1934-cü ildə Leninqradda anadan olmuşdur. Onun atası alman mənşəli Bruno Freyndlix aktyor olmuşdur. Buna görə də Alisanın teatrla maraqlanması o qədər də təəccüblü deyildi. Məktəbdə oxuduğu dövrlərdə Alisa Freyndlix dram dərnəyinə getmişdir. 1953-cü ildə 239 nömrəli Leninqrad məktəbini bitirdikdən sonra Alisa Freyndlix Leninqrad teatr institutuna daxil olur.
1957-ci ildə institut təhsilini başa vuran gənc Alisanı Vera Komissarjevskaya adına Leninqrad teatr truppasına qəbul edirlər. Az sonra Freyndlix kinoda öz debütünü edir. Bu debüt 1958-ci ildə Vladimir Vengerovun çəkdiyi "Şəhər işıqlarını yandırır" filmində gerçəkləşmişdi. Ümumiyyətlə Alisa Freyndlixin kinoda ifa etdiyi ilk rollar o qədər də nəzərə çarpan böyük rollar deyildi.
Alisa Freyndlix 1961-ci ildə Lensovet teatrının truppasına gəlir. Burada o, əsas və teatrın aparıcı aktrisalarından birinə çevrilir. O, artıq Uilyam Şekspirin, Aleksey Aruzovun, Leonid Zorinin, Bertolt Brextin, Bernard Şounun pyeslərində rollar almağa başlamışdı.
Alisa Freyndlix tezliklə bu teatrın bədii rəhbəri İqor Vladimirovla ailə qurur. Bu nikahdan onların Varvara adlı qızları dünyaya gəlmişdir.
A. Freyndlix 1983-cü ildən M. Qorki adına Böyük Dram teatrında (hazırda Georgi Tovstonoqovun adını daşıyır) fəaliyyət göstərmişdir[6].
Alisa Brunovna Freyndlix 1965-ci ildə RSFSR-in əməkdar, 1971-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
2015-ci ilin dekabrında Oleq Basilaşvili ilə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış etmişdilər.[7]
Alisanın nənəsi milliyyətcə alman olub. Onun ailəsi hələ II Yekaterina zamanından Rusiyada məskunlaşıb. Orada Peterburq yaxınlığında şüşə-mərmər zavodu açmış və alman mütəxəssislər dəvət etmişlər. Alisa Freyndlixin ulu babası Şimali Almaniyadan gəlib. Babasının əmisi oğulları imperator sarayında çalışıblar. Milliyyətcə alman olsa da, anasının təkidilə sənədlərində rus kimi qeyd olunub. Beləliklə, onların nəsli gələcəkdə alman kimi sürgün olunmaq təhlükəsindən qurtulub.[8]
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1955 | Bitməyən əhvalat | rus. Неоконченная повесть | epizod |
1956 | İstedadlar və pərəstişkarlar | rus. Таланты и поклонники | epizod |
1957 | Ölməz mahnı | rus. Бессмертная песня | gimnaziya tələbəsi |
1958 | Şəhər işıqlarını yandırır | rus. Город зажигает огни | Zina Piçikova |
1959 | Təzə evlənənlər haqqında povest | rus. Повесть о молодожёнах | Qalya |
1961 | Zolaqlı reys | rus. Полосатый рейс | Şuleykinin köməkçisi |
1964 | Fro | rus. Фро | Nataşa Bukova |
1965 | Birinci müştəri | rus. Первый посетитель | Tanya |
1965 | Diş həkiminin macəraları | rus. Похождения зубного врача | Maşa |
1966 | 12 stul | rus. 12 стульев | Adamyeyən Elloçka |
1966 | Üç gombul | rus. Три толстяка | Suok (bir neçə səhnədə səsləndirmə) |
1967 | Onun adı Robertdir | rus. Его звали Роберт | mahnı ifa edən |
1968 | Şəhər və mahnı | rus. Город и песня | müğənni |
1968 | Sevmək | rus. Любить | Anya |
1969 | Vals | rus. Вальс | Marusya |
1969 | Dünən, bu gün və həmişə | rus. Вчера, сегодня и всегда | müttəhimin arvadı |
1969 | Ailə səadəti | rus. Семейное счастье | Anna Semyonovna Kapitonova |
1969 | Möhkəm soyuqlar | rus. Великие холода | ana (səsləndirmə) |
1970 | Dəmir qapının sirri | rus. Тайна железной двери | Lüsya Rıjkova |
1972 | Mənim həyatım | rus. Моя жизнь | Kleopatra |
1973 | Vəzifə icraçısı | rus. Исполняющий обязанности | Yevgeniya Sineqraç |
1973 | Vera məhəlləsinin melodiyaları | gürc. ვერის უბნის მელოდიები | Alisa Akvamarinskaya |
1974 | Anna və Komandor | ukr. Анна і Командор | Anna |
1974 | Həsir papaq | rus. Соломенная шляпка | baronessa de Şampinyi |
1974 | Canvermə | rus. Агония | Vırubova |
1976 | Hər zaman mənimlə… | rus. Всегда со мною... | Tanya İlyina |
1976 | Noxud dənəsi üzərindəki şahzadə qız | rus. Принцесса на горошине | kraliça |
1976 | Mavi küçük | rus. Голубой щенок | küçük (səsləndirmə) |
1977 | İşdə məhəbbət macərası | rus. Служебный роман | Lüdmila Prokofyevna Kalugina |
1977 | Yaddaş qatarı | rus. Поезд памяти | səsləndirmə |
1978 | D’Artanyan və üç muşketyor | rus. Д’Артаньян и три мушкетёра | Avstriyalı Anna |
1978 | Köhnə dəbli komediya | rus. Старомодная комедия | Lidiya Vasilyevna Jerber |
1978 | Səhvlər komediyası | rus. Комедия ошибок | Liz (səsləndirmə) |
1979 | Stalker | rus. Сталкер | Stalkerin arvadı |
1980 | Sergey İvanoviç təqaüdə çıxır | rus. Сергей Иванович уходит на пенсию | Sergey İvanoviçin qızı |
1980 | Üç il | rus. Три года | Polina Rassudina |
1980 | Ayrılanlar | rus. Разлучённые | səsləndirmə |
1981 | Təhlükəli yaş dövrü | rus. Опасный возраст | Liliya İvanovna Rodimseva |
1981 | Əlverişsiz hava üçün təşəkkür | rus. Спасибо за нелётную погоду | mahnı oxuyan |
1982 | İki səs | rus. Два голоса | Yekaterina |
1982 | Beşinci onluq | rus. Пятый десяток | Yekaterina Aleksandrovna Yoloçkina |
1983 | Sarıbülbüllər üçün qəfəs | rus. Клетка для канареек | Olesyanın anası |
1984 | Qəddar romans | rus. Жестокий романс | Xarita İqnatyevna Oqudalova |
1984 | Uğur | rus. Успех | Zinaida Nikolayevna Arsenyeva |
1985 | Adi ölüm… | rus. Простая смерть... | Praskovya Fyodorovna |
1986 | Bağışla | rus. Прости | Yelizaveta Andreyevna |
1986 | Qar kraliçasının sirri | rus. Тайна Снежной королевы | Qar kraliçası |
1987 | Atlanbac | rus. Чехарда | Marqarita Vasilyevna Kudryavseva |
1988 | Serafima Qlükinanın yeknəsəq və bayram günləri | rus. Будни и праздники Серафимы Глюкиной | Serafima Qlükina |
1989 | Sonuncu ehtiraslı aşiq | rus. Последний пылкий влюблённый | hər 3 qadın rolu |
1992 | Muşketyorlar iyirmi il sonra | rus. Мушкетёры двадцать лет спустя ukr. Мушкетери двадцять років потому fr. Les Mousquetaires vingt ans plus tard |
Avstriyalı Anna |
1993 | Kraliça Annanın sirri, yaxud Muşketyorlar otuz il sonra | rus. Тайна королевы Анны, или Мушкетёры тридцать лет спустя | Avstriyalı Anna |
1994 | Moskvaətrafı axşamlar | rus. Подмосковные вечера fr. Katia Ismailova |
İrina Dmitriyevna |
1994 | Ov | rus. Охота | |
1995 | Özgəyə tövbə | rus. Исповедь незнакомцу | |
2002 | Qadın məntiqi | rus. Женская логика | Olqa Petrovna Tumanova |
2002 | Qadın məntiqi 2 | rus. Женская логика 2 | Olqa Petrovna Tumanova |
2003 | Qadın məntiqi 3 | rus. Женская логика 3 | Olqa Petrovna Tumanova |
2004 | Qadın məntiqi 4 | rus. Женская логика 4 | Olqa Petrovna Tumanova |
2004 | Yuxarı Maslovkada | rus. На Верхней Масловке | Anna Borisovna |
2006 | Qadın məntiqi 5 | rus. Женская логика 5 | Olqa Petrovna Tumanova |
2008 | Vasilyev adası | rus. Васильевский остров | Anna İqnatyevna |
2008 | İlğım | rus. Марево | Pulxeriya İvanovna Tovstoqubixa |
2009 | Bir yarım otaq, yaxud Vətənə incə səyahət | rus. Полторы комнаты, или Сентиментальное путешествие на родину | Brodskinin anası |
2009 | Muşketyorların qayıdışı, yaxud Kardinal Mazarininin xəzinəsi | rus. Возвращение мушкетёров, или Сокровища кардинала Мазарини | Avstriyalı Anna |
2014 | Bayağı üzük | rus. Бульварное кольцо | Esfir Mixaylovna Şapiro |
2014 | Martanın yolu | rus. Линия Марты | Mariya Mixaylovna |
2017 | Böyük | rus. Большой | Qalina Mixaylovna Beleskaya |