Allactaga williamsi (lat. Allactaga williamsi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin ərəbdovşanlar fəsiləsinin allactaga cinsinə aid heyvan növü.
Allactaga williamsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Allactaga williamsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bədənin uzunluğu 150 mm, quyruğun uzunluğu 240 mm, qulağın uzunluğu 46 mm-dir. Dal pəncənin uzunluğu 70 mm-dir. Çəkisi 108 q-a qədərdir. Bədənin tük örtüyü üst tərəfdən pas, qonur boz, qarın hissəsi isə ağ rəngdədir.
Şimal-qərbi İranın, Türkiyənin, Şərqi və cənubi Zaqafqaziyanın yarımsəhra və dağ-səhra ərazilərində yayılmışdır. Azərbaycanda Naxçıvan MR-da, Talış dağlarında və Abşeron yarımadasında, Xəzər sahili boyu Xaçmaza qədər yayılmışdır. Kserofit dağ çöllərində dəniz səviyyəsindən 2500 m-ə qədər hündürlüyə qalxır.
Həyat tərzi az öyrənilmişdir. Yeraltı yuvalarda yaşayır. Yuvaları sadə quruluşda olub, çıxış yollarının sayı 1–3 ədəddir. Bitki toxumları, kökləri və yaşıl kütlə ilə qidalanırlar. Çoxalma dövrü maydan oktyabra qədər davam edir. Balalarının sayı 2–8 ədəddir. Bəzi yerlərdə əkinlərə zərər verməsi qeyd olunur.