Allahverdi Eminov

Allahverdi Eminov (5 aprel 1941, Salyan, Salyan rayonu) — Azərbaycan yazıçısımüəllimi. Pedaqoji elmlər namizədi, Dosent, Azərbaycan Yazıçılar BirliyiAzərbaycan Jurnalistlər Birliyinin üzvü, "Maarif nəşriyyatında baş redaktor və direktor (1984–1992), Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru. 1990-cı ildə çap olunmuş və dönəmin dövrü mətbuatında rezonansa səbəb olan Payıza qədər: Seks haqqında söhbət əsərinin müəllifi. Əsər, Azərbaycan ədəbiyyatında erotik ədəbiyyatın ilk nümunəsi sayılır.

Allahverdi Eminov
Allahverdi İsgəndər oğlu Eminov
Doğum tarixi (83 yaş)
Doğum yeri Qırmızıkənd, Salyan, Azərbaycan, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası tarix-filologiya
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1974 - günümüz
Əsərlərinin dili Azərbaycan dili
Tanınmış əsəri Payıza qədər. Seks haqqında söhbət

Allahverdi Eminov 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində, dəmiryolçu ailəsində anadan olub. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindəndir. Orta məktəbi 1955-ci ildə Lənkəran şəhərində bitirib. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, 1964-cü ildə oranı bitirib. 1965–1968-ci tədris illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb.[1]

1968–1971-ci illərdə ildə Azərbaycan Elmi tədqiqat Pediatriya İnstitutunun aspiranturasınada təhsil alıb. 1971-ci ildə dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi adını alıb. Dosentdir. 1974–1976-cı illərdə Azərbaycan məktəbi jurnalında məsul katib işləmişdir. Bu illərdə Azərbaycan mətbuatında elmi-publisistik və polemika xarakterli yazılarla çıxış etmişdir. 1976–1984-cü illərdə Azərbaycan müəllimi qəzetində şöbə müdiri, 1984–1992-ci illərdə "Maarif nəşriyyatında baş redaktor, direktor işləmişdir.

Müxtəlif illərdə Azərbaycan Dillər Universitetində dosent, "Təfəkkür" Universitetində fakültə dekanı, Şirvan-Humanitar İnstitutunun direktoru, 2001–2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru olub. Müxtəlif vaxtlarda Ali Təhsil Müəssisələrində dosent vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycan Televiziyasında bir neçə proqramın həmmüəllifi və aparıcısı olub.[2]

5 monoqrafiyanın, 33 kitabın, 250-dən artıq elmi, 400-dən çox publisist maqalənin müəllifidir.

Azərbaycan Yazıçılar BirliyiAzərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hazırda Bakı Pedaqoji kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun dosentidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Allahverdi Bağırov 31 kitab müəllifi olsa da, onun ən çox populyar olan kitabı 1990-cı illərin sonunda nəşr olunmuş Payıza qədər. Seks haqqında söhbət əsəridir. 80 min tirajla çap olunan kitab əldən-ələ gəzərək geniş oxucu kütləsi tərəfindən maraqla oxunmuşdur. Əsərdə qadın-kişi münasibətləri, intim əhvalatlar, həbsxana həyatı və sair məsələlər bir az dağınıq, əlaqəsiz şəkildə qələmə alınıb. Müəllifin qadın-kişi münasibətləri haqqında düşüncələri elmi-publisist janrda qələmə alınıb.[3]

Burada müəllifi seksual həyatın elmi aspektlərindən daha çox bu intim mühitin doğurduğu emosional ovqatla maraqlanır. Allahverdi Eminov Payıza qədər. Seks haqqında söhbət əsəri haqqında bunları demişdir;

" Bu esse-romanı 1990-cı ildə, təxminən 20 günə qələmə almışam. Həmin dövrdə “Maarif” nəşriyyatının baş redaktoru və direktoru vəzifəsində çalışırdım. Eyni zamanda Azərbaycan Televiziyasında Zəka verilişinin həmmüəlliflərindən biri və aparıcısı idim. Əsər çap olunan kimi böyük səs-küy yaratdı. Qısa vaxt ərzində kitab haqqında dövri mətbuatda 80-dən artıq tənqidi məqalə yazıldı. Kitab “Maarif” nəşriyyatında 80 min tirajla çap olunsa da, tezliklə pirat yolla bir o qədər də satışa çıxarıldı.

Pirat nəşrə nəzarət etmək mümkün deyildi, çünki kitaba tələbat güclü idi. Kitab haqqında yazılan məqalələrin beş-altısına cavab verdim. Amma sonradan dostlar başa saldı ki, tənqidlərə cavab vermək vaxt və enerji itkisidir. Kitab haqqında söz-söhbətlər Mərkəzi Komitəyə gedib çıxsa da, mənə ciddi təzyiq olmadı. Hətta Mərkəzi Komitənin özündə də “Payıza qədər. Seks haqqında söhbət” oxunurdu.[4]

"
  • Yuxuda dirilən adam (1990)
  • Cırtdan adamın sərgüzəştləri (1985)
  • Dəniz şəhərində görüş (1986)
  • Yollar geri qayıdır (2013)
  1. "Kitabxana.net / Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  2. "Kitabxana.net / Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  3. "Kitabxana.net / Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  4. "Kitabxana.net / Yeni Yazarlar və Sənətçilər (Qurumu) İctimai Birliyi ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal". 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.