Alligator sinensis

Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır.

Çin alliqatoru
Elmi təsnifat
Beynəlxalq elmi adı

Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır.

Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir. Bədənin yuxarı və aşağı hissələrini qoruyan sümüklü pulcuqlarla örtülmüşdür. Üç cüt böyük oksipital lövhə vardır. Alliqatorlar fəsiləsinin bütün üzvləri kimi, alt çənədəki dördüncü diş ağız bağlandıqda görünmür. Kaymanlar kimi, göz qapaqlarında sümük qalxanları var və ventral tərəfi osteodermlər tərəfindən qorunur. Son xüsusiyyətləri onları ən yaxın qohumu Missisipi alliqatorundan ayırır[3].

Cavan fərdlər yetkinlərə bənzəyir, lakin bədən boyunca fərqli sarı zolaqlar olur. Bədəndə orta hesabla beş, quyruqda isə səkkiz zolaq var. Böyüdükcə bu zolaqlar tədricən yox olur[4].

Erkəklərin uzunluğu burundan quyruğun ucuna qədər 2,2 m-ə çata bilir, lakin ümumiyyətlə 1,5 m-dən çox olmur. Dişilər maksimum 1,7 m uzunluğa, orta hesabla 1,4 m-ə çatırlar[5][6]. Uzunluğu 3 m-ə qədər olan heyvanlar haqqında xəbərlər gəlsə də, bu məlumatlar təsdiqlənməmişdir[7].

Ömür uzunluğu 50 ildən çoxdur.

Hal-hazırda Çin alliqatoru yalnız Çinin şərq sahilindəki Yanszı çayı hövzəsində yaşayır[8]. Bir zamanlar bu növün populyasiyası daha çox olduqda, yayılması çox daha geniş bir ərazini tuturdu. Çin timsahından ilk bəhs edilən məlumatlar b.e.ə 3000-ci ilə təsadüf edir. 1998-ci ildə elm adamları yalnız son 12 ildə Çin timsahının təbii arealının 10 dəfədən çox azaldığını hesablamışlar[9][5]. Bu alleqatorlar subtropik və mülayim iqlimlərdə, şirin su sahələrində və su anbarlarında yaşayırlar.

Son dərəcə ehtiyatlı, gizli yarı su həyat tərzi keçirirlər. Çin alliqatoru payızın sonundan (oktyabr ayının sonu) yazın əvvəlinə (mart-aprel) hava istiliyi kifayət qədər aşağı olduqda qışlayır. Bu dövrdə su hövzələrinin sahilləri boyunca təxminən 1 m dərinlikdə, 1,5 m uzunluqda və 0,3 m diametrdə oyuqlar qazırlar. Oyuqlar ilin digər vaxtlarında da istifadə edilə bilər. Bəzən dəliklər bir neçə timsah üçün sığınacaq təmin edəcək qədər böyükdür. Aprel ayında gizləndikləri yerdən çıxır və bədən istiliyini yüksəltmək üçün günəşin altına durular. Temperatur istədiyi dəyərə çatan kimi (iyun ayında) normal gecə həyatlarına keçirlər. Bədən istiliyinin tənzimlənməsi üçün sudan da istifadə olunur: bəzəni isitmək üçün yuxarı qızdırılan təbəqələr və aşağı salmaq üçün kölgəli yerlər.

Çinli alliqatoru timsahlar dəstəsinin ən sakit nümayəndələrindən biri sayılır və insanı yalnız özünümüdafiə məqsədilə dişləyə bilir[6].

Timsahlar gecə həyat tərzi keçirən ətyeyənlərdir. Yetkinlər şirin su xərçəngkimiləri, balıq, ilan, mollusk, qurbağa, kiçik məməlilər və su quşları ilə qidalanırlar. Gənc timsahlar böcəklər və digər kiçik onurğasızları istehlak edirlər. Qapalı vəziyyətdə həvəslə balıq, siçan, siçovul, ət və quş yeyirlər.

Cütləşmə mövsümü yağış mövsümünün başlamasından bir ay sonra iyun ayında başlayır. Həm erkək, həm də dişi özlərinə bir həyat yoldaşını axtararaq hürürlər. Digər bir cəlbedici manevr, xarakterik bir qoxu yayan alt çənənin altındakı müşk vəzidir. Cütləşmə suda baş verir. erkəklər çoxarvadlıdırlar - mövsüm ərzində bir neçə dişi ilə cütləşə bilərlər[10][11].

İyul ayında dişilər çay və göl sahilləri boyunca otlaqlarda bir yuva düzəldirlər. Yumurtlama avqustun ortalarına qədər uzanır. Ön və arxa ayaqları ilə təxminən 1 m hündürlükdə quru yarpaq və otdan yuva hazırlayırlar. Analar inkubasiya dövründə yuvaya yaxın yerdə olurlar. Dişilər hazırladığı təpəciyin ortasında olan çökəkliyə 10-40 yumurta qoyur (maksimum sayı 47-dir) və onları otla örtür. Yumurtaları ağ, sərtdir. Orta ölçüsü 35.4 × 60.5 mm, çəkisi 44.6 q-dır.

Dişilər tez-tez yuvanı ziyarət edir və yırtıcılardan qoruyur. Erkəklər isə bu işdə iştirak etmirlər. Balalar sentyabr ayında görünür (inkubasiya müddəti təxminən 70 gündür). Xırıltını eşidib dişi balalarını suya aparır. Həm də yumurtanı yerə yavaşca yuvarlayaraq və ya qabığa basaraq balasının çıxmasına kömək edə bilir. Dişi ilk qış nəslinin yanında qalır[11]. Yumurtadan çıxmış bala təxminən 30 qramdır və uzunluğu 21 sm-dən bir qədər çox olur. Həyatın ilk illərində böyümə sürətidir. Cinsi yetkinliyə 4-5 yaşında çatır.

Yox olma təhlükəsi və qorunma

[redaktə | mənbəni redaktə et]

Çin alliqatoru yaşayış mühitinin məhv edilməsi və birbaşa məhv olması nəticəsində vəhşi təbiətdə təhlükə altındadır və Beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir. Bununla belə timsah qapalı şəraitdə yaxşı yetişdirilir və təxminən 10.000 baş dünyanın zooparklarında, damazlıq mərkəzlərində və ya şəxsi kolleksiyalarda mövcuddur. Bir sıra qoruqların yaradıldığı Çində qorunur.

Timsahların 4-5 ilə cinsi yetkinliyə çatdıqlarını və dişilərin hər il çoxalmağı bacardıqlarını nəzərə alsaq, növlərin reproduktiv potensialı çox yüksəkdir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. 1994. Chinese Alligator. Pp. 782—783 in M. Emanoil, ed. Encyclopedia of Endangered Species. Detroit: Gale Research.
  4. Neill, W. 1971. The Last of the Ruling Reptiles: Alligators, Crocodiles, and Their Kin. New York: Columbia University Press.
  5. 1 2 Mertz, L. 2003. Alligators and caimans. Pp. 171—176 in M. Hutchins, J. Murphy, N. Schlager, eds. Grizmek’s Animal Life Encyclopedia, Vol. 7, 2 Edition. Farmington Hills, Michigan, USA: Gale Group.
  6. 1 2 "Alligator sinensis (Chinese alligator, T'o, Yow Lung, Yangtze alligator)". Animal Diversity Web. 2016-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-31.
  7. Wood, Gerald (1983). The Guinness Book of Animal Facts and Feats.
  8. Даревский И. С., Орлов Н. Л. Редкие и исчезающие животные. Земноводные и пресмыкающиеся: Справ. пособие. — М.: Высшая школа, 1988. — C. 403-403. — 463 с. [16] л.: ил. — ISBN 5-06-001429-0.
  9. Behler, J., D. Behler. 1998. Alligators and Crocodiles. Stillwater: Voyager Press.
  10. 1980. Alligator. M. Burton, R. Burton, eds. The New International Wildlife Encyclopedia, Vol. 1. Milwaukee: Purnell Reference Books.
  11. 1 2 2002. Crocodiles. Pp. 295—299 in C. Hoagstrom, ed. Magill’s Encyclopedia of Science: Animal Life, Vol. 1. Pasadena: Salem Press.