Timsahlar (lat. Crocodilia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Hesab olunur ki, timsahlar 120 milyon il bundan əvvəl təbaşir dövründə yaranmışdır. Timsahların orqanizminə yaxın müasir qohumları quşlar hesab olunur.
Timsahlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Klad: Klad: Klan: Klad: Klad: Klad: Dəstə: Timsahlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Timsahlar müasir sürünənlərin ən yüksək quruluşlu taksonu olub, yarımsu həyatına uyğunlaşıblar. Bunlarda çənəarası və üst çənə sümüklərinin, damaq çıxıntılarının, eləcə də damaq sümüklərinin böyüməsi nəticəsində sümük damağın əmələ gəlməsi səciyyəvi əlamətdir. Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Timsahları ağac tirlərlə səhv salmayın. O "qurbanını" gözləyən zaman suyun altına çəkilib gizlənir. "Qurbanı" görən zaman isə suyun altından çıxır, onun üzərinə atılaraq onu tutur və yenidən suyun altına girir. Avstraliya nın şimalında tropiklərdə 100 minə qədər sürünən qeydə alınıb. Onlar dövlət tərəfindən mühafizə olunur.
Timsahların bədəni uzunsovdur, 6 m-ə qədər çatır. Bədənin gövdə hissəsi üstdən, quyruq hissəsi isə yanlardan basıqdır. Quyruq əsas hərəkət-üzmə orqanıdır. Ön ətraflarında beş sərbəst, arxa ətraflarında isə üzmə pərdəsi olan 4 barmaq var. Bədən qərni qalxancıqlarla örtülüdür. Belə qalxancıqların altında sümük lövhələr var. Xarici burun dəliklərinin olması, gözlərin xüsusi qabarlar üzərində yerləşməsi timsahın suya cumarkən tənəffüs etməsini və ətraf mühiti görməsini təmin edir.
Ağız boşluğu iki hissəyə - burun-udlaq və alt ağız boşluğuna ayrılır. Bunun sayəsində xoanalar birbaşa ağız boşluğuna deyil, burun-udlaq yoluna açılır, o da öz növbəsində udlaqla birləşir. Timsahların dişləri yuvalarda yerləşir. Ürək 4 kameralıdır, lakin 2 aorta qövsü olduğu üçün arterial və venoz qan müəyyən qədər qarışır. Su həyatı ilə əlaqədar olaraq damağın arxa hissəsində damaq pərdəsi adlanan əzələli bükük var. Bu büküş özünün aşağı kənarı ilə dilin arxasını qapayır. Damaq pərdəsinin belə vəziyyəti ağız boşluğunu udlaqdan ayırır. Timsahların ağciyərləri çox böyükdür, həm də dənəvər quruluşludur ki, bu da bəzən suyun altında uzun müddət qalmağa imkan verir.
Timsahlar dəstəsinin 3 fəsiləsi, 21 növü var.
Timsahlar dəstəsinə aşağıdakı fəsilələr daxildir:
Nil timsahları digər timsahlar kimi qidalarını əsasən çeynəməmiş böyük tikələri udduğundan onların uzun iti dişləri arasında qida qalıqları qalır. Bu baxımdan sürü halında yaşayan Misir cüllütləri ilə timsahlar arasındakı simbioz diqqət çəkir. Belə ki, bu quşlar timsahların dişlərinin arasındakı ət parçacıqlarını yeyərək həm timsahların dişlərini çürüməkdən qoruyur, həm də özlərinə qida təmin edirlər.
Məlumatı yoxla. Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır. Müzakirə səhifəsində aydınlaşdırılmalıdır. |