Alligatoridae

Alliqatorlar (lat. Alligatoridae) — timsahlar dəstəsinə aid fəsilədir.

Alliqatorlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Alliqatorlar timsahlar dəstəsinin digər nümayəndələrindən daha geniş sifəti və başın daha yuxarı, daha dorsal hissəsində yerləşmiş gözləri ilə fərqlənirlər. Əsl timsahlarla müqayisədə alliqatorlarda çənələr kip örtüldükdə yalnız üst çənənin dişləri görünür. Bəzi fərdlərdə dişlər güclü deformasiyaya uğramış olur. Böyük olmayan fərdlərin gözləri yaşıl, iri fərdlərinki isə tünd qırmızı parıltı saçır. Bu, gecə vaxtı onları müşahidə etməyə imkan verir.

Çində Yantsızı çayında, Cənub-Şərqi Amerikada, eləcə də Mərkəzi və Cənubi Amerikanın su hövzələrində yaşayırlar[2].

Fəsilənin 4 cinsə mənsub 8 müasir növü var[3].

  • Yarımfəsilə Alligatorinae
  • Yarımfəsilə Caimaninae
    • Cins Caiman
      • Caiman yacare
      • Caiman crocodilus
      • Caiman latirostris
    • Cins Melanosuchus
      • Melanosuchus niger
    • Cins Paleosuchus
      • Paleosuchus palpebrosus
      • Paleosuchus trigonatus
  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Mustafayev Q. T., Tağıyev Ə. N., Sadıqova N. A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.288–202
  3. "Arxivlənmiş surət". 2009-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.