Almaniyanın ali təhsil ənənəsi — Avropada ən qədim və zəngin universitet ənənələrinə malikdir. Ən qədim alman ali məktəbi 1386-cı ildə yaradılmış Heydelberq Universitetidir. Bir çox universitetlərin artıq yüzillik tarixi vardır. Məsələn, Leypsiq Universiteti 1409-cu ildə yaradılıb, Rostok Universiteti isə 1419-cu ildə yaradılıb.
Almaniyada təqribən 140 universitet var ki, doktorant mərhələsində təhsil verir. Bura 10 özəl və 11 kilsə universiteti daxil deyil.
Eyni zamanda hal-hazırda digər ölkə ərazisində yerləşən alman universitetləri də vardır. Məsələn, Praqadakı Karlov Universiteti. Həmçinin, 14-15-ci əsrlərdə yaransalar da sonradan bağlanaraq, müasir dövrdə yenidən açılan universitetlər də vardır. Məsələn, Köln, Erfurt və Vürsburq universitetləri.
Eyni zamanda, 1960-cı ildə yaradılmış universitetlər də vardır. XIX əsrdən başlayaraq alman universitetləri üçün təhsil səviyyəsi idealını tapmaq əsas sayılırdı. Bu məsələ ilk dəfə ciddi şəkildə Humbolt Universitetində qoyulmuşdu. Bu universitetdə ikinci dünya muharibəsinə qədər Maks Plank, Albert Eynşteyn və Maks Veber dərs deyirdilər.[1]
Almaniya universitetləri ümumi profilli (Universitaten) və texniki universitetlərə (Technishe Universitaten); ali məktəblər — texniki (Teсhniche Hochschulen) və tətbiqi elmlər məktəbinə (Fachhochschulen); humanitar ali məktəblərə bölünürlər.[2]
"QS" dünya universitetlər reytinqinə və "Times" ali təhsil üzrə dünya universitetləri reytinqinə əsasən:
RD = reytinqə ümumiyyətlə düşməyib və ya ilk 200-lüyə düşməyib.
İnstitut | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 (Times) | 2013 (QS) |
---|---|---|---|---|---|---|---|---|---|---|
Berlin Azad Universiteti (Freie Universität Berlin) | RD | 172 | 149 | 146 | 137 | 94 | 66 | 151 | 128 | 109 |
Frankfurt Höte Universiteti (Goethe-Universität Frankfurt am Main) | RD | 187 | 187 | RD | 169 | RD | 195 | 182 | 199 | RD |
Berlin Humboldt Universiteti (Humboldt-Universität zu Berlin) | 125 | 112 | 105 | 126 | 139 | 146 | 123 | 132 | 99 | 126 |
Karlsrue Texnologiya İnstitutu (Karlsruher Institut für Technologie) | RD | RD | RD | RD | RD | RD | 187 | 196 | 151 | 116 |
Aaxen Reyn-Vestfaliya Texniki Universiteti (Rheinisch-Westfälische Technische Hochschule Aachen) | - | - | - | - | - | - | - | - | 154 | 147 |
Berlin Texniki Universiteti (Technische Universität Berlin) | - | - | - | - | - | - | - | - | - | 183 |
Münhen Texniki Universiteti (Technische Universität München) | 95 | 105 | 82 | 67 | 78 | 55 | 58 | 54 | 105 | 53 |
Münhen Universiteti (Ludwig-Maximilians-Universität München) | 99 | 55 | 98 | 65 | 93 | 98 | 66 | 62 | 48 | 67 |
Göttingen Universiteti (Georg-August-Universität Göttingen) | 85 | 114 | 156 | 168 | 166 | 186 | 43 | 69 | 70 | 128 |
Heydelberq Universiteti (Ruprecht-Karls-Universität Heidelberg) | 47 | 45 | 58 | 60 | 57 | 57 | 51 | 53 | 78 | 50 |
Frayburq Universiteti (Albert-Ludwigs-Universität Freiburg) | RD | RD | RD | 144 | 147 | 122 | 97 | 105 | 144 | 102 |
Bonn Universiteti (Rheinische Friedrich-Wilhelms-Universität Bonn) | RD | RD | RD | RD | RD | RD | 200 | 154 | 171 | 163 |
Tübingen Universiteti (Eberhard-Karls Universität Tübingen) | - | - | - | - | - | - | - | - | - | 134 |
Hamburq Universiteti (Universität Hamburg) | - | - | - | - | - | - | - | - | - | 186 |