Almaniyanın kapitulyasiyası aktı

Alman silahlı qüvvələrinin danışıqsız kapitulyasiyası aktı (ing. German Instrument of Surrender, fr. Actes de capitulation de l’Allemagne nazie, alm. Bedingungslose Kapitulation der Wehrmacht‎) — İkinci Dünya müharibəsinin nasist Almaniyasına qarşı yönəlmiş cəbhələrində atəşkəs yaradan, alman silahlı qüvvələrini hərbi texnikanın məhv edilməsinin və ya zədələnməsinin qarşısını almaqla hərbi əməliyyatları dayandırmağa və tərksilah etməyə məcbur edən hüquqi sənəddir ki, bu da faktiki olaraq Almaniyanın müharibədən çıxması demək idi.

Almaniyanın kapitulyasiyası aktı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Harri Trumenın 8 may 1945-ci ildə Almaniyanın təslim olması ilə bağlı açıq bəyanatı (mətn  (ing.))
Sovinformburonun (mətn Y. Levitan tərəfindən oxunur) Almaniyanın qeyd-şərtsiz təslim olması haqqında aktın imzalandığını elan edir. (rus.)[1]

Akt əvvəlcə Vermaxt Ali Komandanlığının, Anti-Hitler koalisiyasının Qərb Müttəfiq Ali Komandanlığının və Sovet İttifaqının nümayəndələri tərəfindən mayın 7-də Mərkəzi Avropa vaxtı ilə saat 02:41-də Reymsdə (Fransa) imzalanıb. Alman silahlı qüvvələrinin təslim olması mayın 8-də Mərkəzi Avropa vaxtı ilə saat 23:01-də (Mayın 9-da Moskva vaxtı ilə saat 01:01-də) qüvvəyə minib.

SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İ. V. Stalinin tələbi ilə mayın 8-dən 9-na keçən gecə Berlinətrafı Karlshorstda təslimiyyətin yenidən imzalanması baş tutdu.

Dövlət başçılarının təslim olmanın imzalanmasını rəsmi elan etdikləri tarixlər — Avropa ölkələrində 8 may, SSRİ-də isə 9 may — müvafiq ölkələrdə Qələbə Günü kimi qeyd olunmağa başladı.

  1. Солдат эфира Интервью А. Шереля с Н. Левитаном. Московский Комсомолец. (2.10.2004).