"Almaz qəfəsli" (rus. “Алмазная сетка”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1892-ci ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
“Almaz qəfəsli” Faberje yumurtası | |
---|---|
Hazırlanıb | 1892 |
Sifarişçi | III Aleksandr |
İlk sahibi | Mariya Fyodorovna |
Hazırkı sahibi | |
Sahibi | Böyük Britaniya şəxsi kolleksiya |
Alınıb | 1993 |
Dizayn və materiallar | |
Materialı | Qızıl, platin, brilliantlar, fil dişi, bavenit, janeit |
Ölçüləri | 108 mm |
Sürprizi |
Mexanizmli fil fiquru. |
Vikianbarda əlaqəli mediafayllar |
Yumurta bavenit suxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir.
Almaz qəfəsli yumurtanın sürprizi ilk dəfə Faderje emalatxanasında hazırlanmış mexanizmli fil fiquru olmuşdur. Fiqur xüsusi açar vasitəsilə qurula bilirmiş. Filfiquru Danimarka krallığının gerbindəki fil ilə eynilik təşkil edir. Bu jest Mariya Fyodorovnanın uşaqlıq illərini xatırlatmaq məqsədi güdürdü. İtirilmişdir. Fil fiquru sürprizi 1900-cü ildə Barbara Kelx tərəfindən Şam ağacı qozasında bir daha təkrarlanmışdır.
Almaz qəfəsli yumurta Faberje firmasında usta Avqust Holmström tərəfindən hazırlanmışdır. 1882-ci ildə III Aleksandra təhvil verilmişdir. O isə öz növbəsində yumurtanı Pasxa bayramında öz yoldaşina hədiyyə edir. 7 aprel 1892-ci il də hədiyyə 4750 rubl olmuşdur. İnqilabdan sonra yumurta digərləri kimi müsadirə edilərək Kreml Silah palatasına təhvil verilir. 1920-ci ildə yumurta Mişel Normana (Australian Pearl) satılır. Sonralar yumurta Emmanuil Snouem tərəfindən satın alınır. 1929-cu ildə Mister Kitson tərəfindən alınır. 1960-cı ildə yumurta Sotbis hərracına çıxarılır. 1962–1977-ci illərdə və 1983-cü ildə Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır. 2003-cü ildə Kristis tərəfindən təşkil olunmuş hərraca yumurta 3 000 000 dollara çıxarılsa da satılmamışdır.