Toyuq (Faberje yumurtası)

"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.

“Toyuq”
Faberje yumurtası
Hazırlanıb 1885
Sifarişçi III Aleksandr
İlk sahibi Mariya Fyodorovna
Hazırkı sahibi
Sahibi  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[rus.] fondu
Alınıb 2004
Dizayn və materiallar
Materialı Qızıl, almazlar, yaqutlar, platin, büllur, emal
Ölçüləri 64 x 35 mm
Sürprizi

Qızıldan toyuq onun içində isə yaqut daşlı tac

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar