İntibah (Faberje yumurtası)

"İntibah" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1894 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.

“İntibah”
Faberje yumurtası
Hazırlanıb 1894
Sifarişçi III Aleksandr
İlk sahibi Mariya Fyodorovna
Hazırkı sahibi
Sahibi  Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[rus.] fondu
Alınıb 2004
Dizayn və materiallar
Materialı Qızıl, aqat, yaqut, brilliantlar
Ölçüləri 133 mm
Sürprizi

Naməlum

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mücrünü xatırladan məmulat yumurta formasında olub, şəffaf mavi-ağ çalarlı aqat üzlüyə malikdir. Yimirta üfuqi vəziyyətdə oval formalı, qızıldan hazırlanmış əsas üzərində durur. Yumurta boylama kəsik üzrə üst və alt hissəyə bölünür. Üst yarısının səhi rombşəkilli qəfəslə əhatələnmişdir. Qəfəsin romblarının bir-biri ilə birləşən nöqtələri güllər ilə bəzədilmişdir. Üst yarısının mərkəz hissəsində “1884” tarixi almazlarla işlənilmişdir. Ust ə alt hissələr bir birinə şarnirlər (bəndlər) vasitəsilə bərkidilmişdir. Yunurtanın hər iki qütbündə ağzında halqa tutmuş şir başı fiqurlu dəstəklər vardır.

Naməlum olaraq qalır. Fərziyələrin birinə görə mirvarilərdənibarət olmuşdur[1]. Kristofer Forbsa görə “İntibah”ın sürprizi ölçü ebarilə tam uyğun gələn “İsanın dirilməsi” olmuşdur. “İsanın dirilməsi” ymurtasının öz invertar nömrəsinin olması, “İntibah” ilə oxşar işləmə üslubu və hər zaman birlikdə səgilənməsi ona belə deməyə əsas vrmişdir.

  1. "Mieks Fabergé Eggs". 2008-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-24.