Böyük Pyotr (Faberje yumurtası)

“Böyük Pyotr” (rus. “Пётр Великий”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Yumurta II Nikolayın sifarişi əsasında 1903 cü ildə pasxa yumurtası qismində arvadı Aleksandra Fyodorovnaya hədiyyə edilmək üçün hazırlanmışdır. Bu yumurta eyni zamanda I Pyotr tərəfindən Sankt-Peterburqun salınmasının 200 illiyinə həsr edilmişdir[2]. Yumurtanın hündürlüyü 11ç1 sm, eni isə 7.94 sm-dır. Sürprizi qızıldan hazırlanmış I Pyotrun heykəlciyidir. Qəzəl, almaz, yaqut, daö bülluru və emaldan hazırlanmış bu zərgərlik əsərinin ustası Mixayıl Perxindir.

“Böyük Pyotr”
Faberje yumurtası
Hazırlanıb 1903
Sifarişçi II Nikolay
İlk sahibi Aleksandra Fyodorovna
Hazırkı sahibi
Sahibi  ABŞ, Riçmond, Virciniya ştatı, Virciniya təsviri incəsənət muzeyi[ing.]
Alınıb 1947
Dizayn və materiallar
Materialı Qızıl, almazlar, yaqutlar, platin, büllur, emal
Ölçüləri 11,1 x 7,94 sm
Sürprizi

Qızıldan I Pyotrun heykəli[1].

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Коллекция яиц Фаберже: «Пётр Великий», 1903". Коллекция яиц Фаберже. equal.lv. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-05.
  2. Arthur L. George (2003). «St. Petersburg: Russia’s Window to the Future, The First Three Centuries». Taylor Trade Publishing.