"Qafqaz" (rus. “Ренессанс”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1893 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
“Qafqaz” Faberje yumurtası | |
---|---|
Hazırlanıb | 1893 |
Sifarişçi | III Aleksandr |
İlk sahibi | Mariya Fyodorovna |
Hazırkı sahibi | |
Sahibi | ABŞ, Matilda Geddings Qrey fondu |
Alınıb | 1972 |
Dizayn və materiallar | |
Materialı | Qızıl, gümüş, platin, fil dişi, emal, brilliant, mirvari, dağ bülluru |
Ölçüləri | 92 mm |
Sürprizi |
İtirilmiş |
Vikianbarda əlaqəli mediafayllar |
Qafqaz Faberje yumurtası XV Lüdovik sonrakı dövr stilində hazırlanmışdır. Yumurta dörd oval qapıcıqlara malikdir. Hər bir qapıcığın kənarlarına dövrəmə mirvariləl düzülmüşdür. Hər bir apıcığın bayır səhinə rəqəmli brilliant çələng vurulmuşdur. Hə çələnglərdə hək olunmuş rəqəmlər birlikdə, “1893” onun hazırlanma ilini göstərir. Oval qapıcıqların yanlarında rəmzlər həkk olunmuşdur. Hər oval qapıcıq fil dişi sümüyündən hazırlanmış miniatürlərə açılır. Bu miniatürlərdə Böyük Knyaz Qriqori Aleksandroviçin yaşamış olduğu Qafqaz Abastumani sarayından təsvirlər həkk olunmuşdur. Yumurtanın baş tərəfindəki yuxarı səthində portret brilliantının altındakı miniatürdə isə Böyük Knyaz Qriqori Aleksandroviç təsvir dilmişdir. Portret brilliantının dövrəsindəki xırda brillianlarınhər birləri qızılgül formasında cilalanmışdırlar.
Qafqaz Faberje yumurtasının sürprizi itirilmişdir. Onun mövcudluğunu təsdiqləyən heç bir sənəd də tapılmamışdır.
İnqilabdan sonra 1917 ci ildə müsadirə olunaraq Kremlin silah palatasına verilmişdir. 1930 cu ildə isə Armand Hammer tərəfindən satın alınmışdır[1]. Sonralar 1959 cü ildə Matilda Geddings Qrey ərəfindən alınmışdır. 1972 ci ildən isə Matilda Geddings Qrey fonduna keçmişdir.[1]. Halhazırda Nyu-Yorkun Metropoliten muzeyində sərgilənməkdədir[2].