Qızılgül qönçəli (rus. Яйцо с бутоном розы ) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1895 cü ildə Karl Faberje tərəfindən hazırlanmış, bu imperator II Nikolay tərəfindən pasxa sürprizi olaraq arvadı Aleksandra Fyodorovna üçün sifariş olunmuş ilk yumurtadır[1].
“Qızılgül qönçəli” Faberje yumurtası | |
---|---|
Hazırlanıb | 1895 |
Sifarişçi | II Nikolay |
İlk sahibi | Aleksandra Fyodorovna |
Hazırkı sahibi | |
Sahibi | Rusiya, Moskva, Viktor Feliksoviç Vekselberq[rus.] fondu |
Alınıb | 2004 |
Dizayn və materiallar | |
Materialı | Qızıl, emal, qədifə, brilliant, yaqut |
Ölçüləri | 68 mm |
Sürprizi |
içərisində qşzşl tac və yaqut boyunbağı olan qızılgül gönçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Neoklassisizmin modern[1] üslubunda hazırlanmış olan "Qızılgül qönçəli" Faberje yumurtası mücrü kimi açılır. Onun içərisində sarı ləçək və yaşıl kasacıq yarpaqlı qızılgül qönçəsi yerləşmişdir.
III Aleksandr vəfat etdikdən sonra, taxta çıxan II Nikolay Aleksandra Fyodorovna adı altında imperatriça titulu əldə etmiş Hessen-Darmştadt şahzadəsi Alisa Viktoriya Yelena Luiza Beatrisə evlənir[2]. İmperatriçanın vətəni olan Darmştadt öz qızılgülləri ilə məşhur idi və o, onlar üçün çox darıxırmış[2]. Məhz sürprizin qızılgül qönçəsi formasında olması bununla bağlı idi. Şabalıdı rəngdə olan yumurta emal ilə örtülüdür. Yumurta dörd meridian xətti ilə hücrələrə bölünür. Meridian xəttlər boyunca brilliant qaşlar düzülmüşdür. Meridian hücrələr dəfinə çələngləri ilə bəzədilmişdir. Yumurta qütblərdə kiçik iki, ortasında — mücrü kimi açılan hissəsində isə bir paralel xəttlərlə hüdudlanır. Meridianlar kimi bu paralel xəttlər də brilliantlarla bəzədilmişdir.
Sürpriz olan qızılgül gönçəsinin ləçəkləri hərəkətlidir və açıla bilirlər. Qönçənin içərisində isə qızıl və brilliant daş-qaşlı tac və yaqut qaşlı bir ədəd boyunbağı yerləşmişdir. Buradakı tac Aleksandra Fyodorovnanın yeni imeratriça titulu almasına işarədir[2]. Tac və boyunbağı bu günə kimi itirilmiş olaraq qalmaqdadırlar[3].
1917-ci ildə Müvvəqətti hökumət tərəfindən müsadirə olunan "Qızılgül qönçəli" Faberje yumurtası 1927-ci ildə Emmanuel Snouman tərəfindən hərracdan satın alınır. 1930-cu ildə onun sahibi Çarlz Pasons olur. Sinralar yumurta uzun müddət itmiş olaraq qalır. Güman edilirdi ki gərgin evlilik münasibətləri fonunda zədələnmişdir. 1985 ci ildə Londonda bu zədənin hesabına məhz yumurta Malkolm Forbs tərəfindən aşkarlanır. 2004 cü ildə Vekselberq onu şəxsi kolleksiyası üçün satın alaraq əldə etmiş olur. Vekselberqə 9 imperator Faberje yumurtası 100 000 000 dollara başa gəlmişdir[4].