Satirlər (q.yun. Σάτυροι) — Yunan mifalogiyasında meşə tanrıları. Bu varlıqlar çox tənbəl olub günlərini şərab içib, musiqi sədaları altında rəqs etməklə keçiridilər. Şair Hesiod satirlərin şərabı ilk hazırlayan olduqlarını və onların çox güclü seksual aktivliyə malik olduqlarını bildirirdi. Əfsanələrə görə dağlıq ərazilərdə yaşayır və heç bir zaman çimmirlərmiş[1]. Çox hallarda satirlər insan bədənli, keçi ayaqlı təsvir edilir, lakin onlarla bağlı ilk mənbələrə nəzər salsaq görərik ki, satirlər tamamilə insan cildindədir, lakin sonrakı illərdə məhsuldarlıq iblislərinin görünüşündə dəyişikliklər baş vermiş və populyar görkəmlərini almışlar. Dəyişən yalnız xarici görünüş deyil, həmçinin xarakterləri idi. Satirlər yavaş-yavaş pozğun həyat mühitindən aralanmış daha təmkinli və mədəni varlıqlara çevrilmişlər. Bu proses Renesans dövründə daha sürətli getmişdir[2].
Martin Uestin fikrincə satirlərin digər hind-avropa mifalogiyalarına təsiri böyük olmuşdur. Doğurdanda hind, kelt, slavyan, german, şotland və digər xalqların əfsanələrində satirlərə bənzər məxluqlara rast gəlmək olar. Onlar əsas oxşarlıqları insan və hər hansı heyvanın görünüşünü daşıması və satirlər kimi həyat yaşamalarıdır.