Ədəbiyyat üzrə Nobel mükafatı — İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.[2] Ədəbiyyat üzrə ilk Nobel mükafatı 1901-ci ildə Sülli-Prüdoma təqdim edildi.[3] Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[4] 1901-ci ildə Prüdoma verilən mükafat pulu 150.782 SEK təşgil edirdi. Bu məbləğ yanvar 2018-ci ildə 8.823.637,78 SEK idi. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[5]
2021-ci ildən etibarən mükafat 118 şəxsə təqdim edilmişdir.[6] Ən gənc laureat 1907-ci ildə mükafatlandırılarkən 41 yaşı olan Redyard Kiplinq idi. Mükafatı alan ən yaşlı laureat 2007-ci ildə mükafatlandırılarkən 88 yaşı olan Doris Lessinq olub. Erik Karlfeldt 1931-ci ildə ölümündən sonra mükafata layiq görülüb.[7] 1958-ci ildə bu mükafata layiq görülmüş Rusiyalı Boris Pasternak, SSRİ hökumətinin təyziqləri altında mükafatdan imtina etməyə məcbur olmuşdur. 1964-cü ildə Jan Pol Sartr, keçmişdə bütün rəsmi mükafatlardan imtina etdiyi kimi[8] bu mükafatdan da imtina etmişdir.[9] Bütün bunlara baxmayaraq, Nobel komiteti mükafatdan imtinanı qəbul etməyib və Pasternak və Jan Pol Sartrı Nobel laureatları siyahısına daxil etmişdir.[10]
16 qadın Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuşdur.[11][12] 1904, 1917, 1966 və 1974-cü ildə mükafat iki nəfərə verilmişdir. 1914, 1918, 1935, 1940–1943 və 2018-ci ildə isə mükafat verilməmişdir.[13] 2018-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatı 2019-cu ilin mükafatı ilə birlikdə 2019-cu ilin oktyabrında verildi.[6][14][15] 2021-ci ilə qədər Ədəbiyyat üzrə Nobel Mükafatının 29 ingilis dilli, 15 fransız dilli və 14 alman dilli qalibi mövcuddur.
İl | Şəkil | Laureat | Ölkə | Dil(lər) | Əsaslanma | janr(lar) |
---|---|---|---|---|---|---|
1901 | Sülli-Prüdom (1839 – 1907) |
Üçüncü Fransa Respublikası | Fransızca | "Qəlb və ağlın nadir kombinasiyasının keyfiyyətliliyi, bədii mükəmməliliyi və ali idealizmin sübutu olan poetik kompozisyasının xüsusi olaraq tanınması üçün"[16] | Poeziya, esse | |
1902 | Teodor Mommzen (1817 – 1903) |
Almaniya İmperiyası | Alman dili | "Roma tarixi" adlı monumental əsərinə xüsusi istinadla tarix yazıçılığı sənətinin ən böyük canlı ustası"[17] | Tarix, hüquq | |
1903 | Byörnstyerne Byörnson(1832 – 1910) | İsveç-Norveç | Norveç dili | "İlhamının təravəti və nadir mənəvi saflığı ilə həmişə seçilən hərtərəfli, nəcib və yüksək poeziyasına, eləcə də epik və dramatik istedadına təqdir olaraq"[18] | Poeziya, roman, dram | |
1904 | Frederik Mistral (1830 – 1914) |
Üçüncü Fransa Respublikası | Provans dialekti | "Xalqının təbii mənzərəsini və doğma ruhunu sədaqətlə əks etdirən poetik istehsalının təravətli orjinallığının və həqiqi ilhamının tanınmasına və əlavə olaraq Provans filoloqu olaraq əhəmiyyətli çalışmalarına görə"[19] | poeziya, filologiya | |
Xose Eçegeray-i-Eysagirre (1832 – 1916) |
Restorasiya (İspaniya) | İspan dili | "İndividual və orijinal mövzularda İspan dramaturgiyasının böyük ənənələrini dirçəldən çoxsaylı və parlaq kompozisiyaların tanınması üçün"[19] | dram | ||
1905 | Henrik Senkeviç (1846 – 1916) |
Polşa | Polyak dili | "Epos sahəsindəki böyük xidmətlərinə görə"[20] | roman | |
1906 | Cozue Karduççi (1835 – 1907) |
İtaliya Krallığı | İtaliya dili | "Nəinki sadəcə onun dərin öyrənmə və tənqidi tədqiqatını diqqətə almaqla, lakin hər şeydən əvvəl onun poetik şah əsərlərini xarakterizə edən yaradıcılıq enerjisinə, tərzinin təravətinə və lirik gücünə təqdir olaraq" | poeziya | |
1907 | Redyard Kiplinq (1865 – 1936) |
Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı | İngilis dili | "Dünyaca məşhur müəllifin yaradıcılığını xarakterizə edən müşahidə gücü, təxəyyülünün orijinallığı, ideyalarının bitkinliyi və diqqətəlayiq təhkiyə qabiliyətinə görə"[22] | roman, qıssa hekayə, poeziya | |
1908 | Rudolf Eyken (1846 – 1926) |
Almaniya İmperiyası | Alman dili | "Onun çoxsaylı əsərlərində idealist həyat fəlsəfəsini təsdiqləmiş və inkişaf etdirdiyi təqdimatındaki həqiqəti ciddi axtarışının, nüfuz edən düşüncə gücünün, geniş baxış diapazonunun, hərarətinin və qüvvəsinin tanınması üçün"[23] | fəlsəfə | |
1909 | Selma Lagerlöf (1858 – 1940) |
İsveç | İsveç dili | "Onun yazılarını səciyyələndirən yüksək idealizmə, canlı təxəyyülə və mənəvi qavrayışa təqdir olaraq"[24] | roman, qıssa hekayə | |
1910 | Paul fon Heyze (1830 – 1914) |
Almaniya İmperiyası | Almaniya İmperiyası | "Lirik şair, dramaturq, romançı və dünya şöhrətli qısa hekayələr yazıçısı kimi uzun məhsuldar karyerası ərzində nümayiş etdirdiyi idealizmlə hopmuş mükəmməl sənətkarlığa təqdir olaraq"[25] | poeziya, dram, roman, qıssa hekayə | |
1911 | Moris Meterlink (1862 – 1949) |
Belçika | Fransız dili | "Onun çoxşaxəli ədəbi fəaliyyətinin, xüsusən də zəngin təxəyyülü və poetik fantaziya ilə seçilən dramatik əsərlərinə yüksək təqdir olaraq, hansı ki, onun əsərləri bəzən nağıl qiyafəsində, dərin ilhamla, sirli şəkildə oxucuların öz hisslərinə xitab edir, onların təxəyyülünü canlandırır"[26] | dram, şeir, esse | |
1912 | Gerhart Hauptman (1862–1949) |
Almaniya İmperiyası | Alman dili | "ilk növbədə onun dramaturgiya sənəti sahəsində məhsuldar, rəngarəng və görkəmli yaradıcılığının tanınması üçün."[27] | dram, roman | |
1913 | Rabindranat Taqor (1861–1941) |
Hindistan (Britaniya imperiyası) |
Benqal dili və İngilis dili | "Poetik zəkadan ustalıqla istifadə edilərək, dərin həssaslıqla yazılmış orijinal və gözəl şeirlərə görə"[28] | poeziya, roman, dram, qıssa hekayə, musiqi, esse, fəlsəfə | |
1914 | Mükafat verilmədi | |||||
1915 | Romen Rollan (1866–1940) |
Üçüncü Fransa Respublikası | Fransız dili | "Ədəbi əsərlərindəki yüksək idealizmə, həqiqəti duymaya və sevməyə görə"[29] | roman | |
1916 | Verner fon Heydenstam (1859–1940) |
İsveç | İsveç dili | "Dünya ədəbiyyatının yeni dövrünün görkəmli nümayəndəsi olduğuna görə"[30] | poeziya, roman | |
1917 | Karl Adolf Gellerup | Danimarka | Danimarka dili | "Poetik yaradıcılığının rəngarəngliyinə və yüksək ideallarına görə".[31] | poetry | |
Henrik Pontoppidan | Danimarka | Danimarka dili | "Danimarkanın müasir həyatını inandırıcı bir tərzdə təsvir etdiyinə görə"[31] | roman | ||
1918 | Mükafat verilmədi | |||||
1919 | Karl Şpitteler | İsveçrə | Alman dili | "Bənzərsiz "Olimpiya baharı" eposuna görə.[32] | poeziya | |
1920 | Knut Hamsun | Norveç | Norveç dili | "Torpağın şirləri əsərinə görə"[33] | roman | |
1921 | Anatol Frans | Üçüncü Fransa Respublikası | Fransız dili | "Dərin məşəqqətli humanizmlə və əsl qall temperamentliliyi ilə yazılmış nəfis stilli parlaq ədəbi nailiyyətlərinə görə".[34] | roman, poeziya | |
1922 | Xasinto Benavente-i-Martines | Restorasiya (İspaniya) | İspan dili | "Şanlı ispan dram ənənələrini ustalıqla davam etdirdiyinə görə"[35] | dram | |
1923 | Vilyam Yeyts | Azad İrlandiya Dövləti | İngilis dili | "Milli ruhu yüksək ədəbi formada özündə əks etdirən ilhamla dolu poetik yaradıcılığına görə"[36] | poeziya | |
1924 | Vladislav Reymont | İkinci Polşa Respublikası | Polyak dili | "Möhtəşəm Kişilər milli eposuna görə"[37] | roman | |
1925 | Bernard Şou | İrlandiya[38] | İngilis dili | "Misilsiz poetik gözəlliklə birləşdirdiyi parlaq satirasına, idealizm və humanizmlə zəngin yaradıcılığına görə"[39] | dram, ədəbi tənqid | |
1926 | Qrasiya Deledda | İtaliya Krallığı | İtalyan dili | "Əziz vətəninin həyatını və insan problemlərinə tam dərindən yanaşmanı plastik aydınlıqla əks etdirdiyi poetik əsərlərinə görə"[40] | poeziya, roman | |
1927 | Anri Berqson | Üçüncü Fransa Respublikası | Fransız dili | "Aydın və optimist ideyalarına və bu ideyaları özündə əks etdirən müstəsna fəaliyyətlərinə görə"[41] | fəlsəfə | |
1929 | Tomas Mann | Almaniya | "Müasir ədəbiyyatın klassikasına çevrilmiş qüdrətli "Buddenbroklar" romanına görə". | |||
1930 | Sinkler Lüis | ABŞ | "Güclü və ifadəli yaradıcılıq məharətinə, satira və yumordan istifadə edərək yeni tip və xarakater yaratmaq kimi müstəsna qabiliyyətinə görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1931 | Erik Karlfeldt | İsveç | "Poeziyasına görə (ölümündən sonra)" | ||||||||||||||
1932 | Con Qolsuorsi | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "Yüksək yaradıcılıq qabiliyyətinin zirvəsi olan "Forsaytlar haqqında saqa" əsərinə görə". |
1933 | İvan Bunin | Rusiya/ Fransa | "Rus klassik nəsrinin ənənələrini inkişaf etdirmə ustalığına görə". (mükafatı mühacirətdə alıb) | ||||||||||||||
1934 | Luici Pirandello | İtaliya | "Səhnədə və dramaturgiya sənətinin intibahında göstərmiş olduğu bədii cəsarətə və ixtiraçılıq qabiliyyətinə görə". | ||||||||||||||
1935 | Mükafat təqdim edilməyib. | ||||||||||||||||
1936 | Yucin O'Nil | ABŞ | "Faciə janrını yeni şəkildə təfsir edən dram əsərlərinin təsir gücünə, həqiqiliyinə və məna dərinliyinə görə". | ||||||||||||||
1937 | Roje Marten dü Qar | Fransa | "İnsanı və müasir həyatın daha qabarıq tərəflərini düzgün əks etdirdiyinə və bədii gücünə görə". | ||||||||||||||
1938 | Perl Bak | ABŞ | "Çin kəndlilərinin həyatını hərtərəfli, həqiqi epik təsvirlərinə və bioqrafik şedevrlərinə görə". | ||||||||||||||
1939 | Frans Emil Sillanpaa | Finlandiya | "Fin kəndlilərinin həyatına dərindən nüfuz etdiyinə və onların möhtəşəm adətlərini və təbiətlə münasibətlərini əks etdirdiyinə görə". | ||||||||||||||
1940 | Mükafat təqdim edilməyib. |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1941 | Mükafat təqdim edilməyib. | ||||||||||||||||
1942 | Mükafat təqdim edilməyib. | ||||||||||||||||
1943 | Mükafat təqdim edilməyib. | ||||||||||||||||
1944 | Yohannes Yensen | Danimarka | "İntellektual biliyə həvəsi və bənzərsiz yaradıcılıq üslübu ilə birləşdirmiş olduğu müstəsna poetik təxəyyülünün gücü və zənginliyinə görə". | ||||||||||||||
1945 | Qabriela Mistral | Çili | "Adını "bütün Latın Amerikası üçün idealist can atma" rəmzi edən həqiqi hisslərlə dolu poeziyasına görə ". | ||||||||||||||
1946 | Herman Hesse | Almaniya/ İsveçrə | "Humanizmin klassik ideallarını özündə əks etdirən dərin ruhlu yaradıcılığına və həmçinin gözəl üslüba görə". | ||||||||||||||
1947 | Andre Jid | Fransa | "İnsan problemini — həqiqətə qorxusuz sevgi və dərin psixoloji hisslərlə əks etdirən dərin mənalı bədii əsərlərinə görə". | ||||||||||||||
1948 | Tomas Eliot | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "Müasir poeziyanı yeniliklərlə zənginləşdirdiyinə görə". |
1949 | Vilyam Folkner | ABŞ | "Ədəbiyyat nöqteyi-nəzərindən müasir amerika romanına verdiyi böyük və misiksiz töhfələrinə görə". | ||||||||||||||
1950 | Bertran Rassel | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "Rasionalizm və humanizmin ən dəyərli nümayəndələrindən biri kimi azad söz və azad fikir uğrunda qərbdə mübarizə aparan qorxusuz döyüşçü olduğuna görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1951 | Per Lagerkvist | İsveç | "Yazıçının bəşəriyyəti daim düşündürən suallara cavab tapmaq uğrunda çalışdığı bədii gücünə və mütləq müstəqil mühakimələrinə görə". | ||||||||||||||
1952 | Fransua Moriak | Fransa | "Öz romanlarında insan həyatının faciələrini əks etdirə bilən dərin mənəvi hissləri anlamağına və bədii gücünə görə". | ||||||||||||||
1953 | Vinston Çörçill | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "Tarixi və bioqrafik xarakterli əsərlər yaratmaqda böyük ustalığına və yüksək insanlıq dəyərlərini qoruya bildiyi çox gözəl natiqlik qabiliyyətinə görə". |
1954 | Ernest Heminquey | ABŞ | "Növbəti dəfə "Qoca və dəniz" əsərində sərgiləmiş olduğu yazıçılıq qabiliyyətinə görə". | ||||||||||||||
1955 | Halldor Laksness | İslandiya | "İslandiya ədəbiyyat sənətini dirçəldən parlaq epik gücünə görə". | ||||||||||||||
1956 | Xuan Ximenes | İspaniya | "İspan poeziyasında yüksək ruh və bədii təmizlik nümunəsinə çevrilmiş lirik poeziyasına görə". | ||||||||||||||
1957 | Alber Kamyu | Fransa | "İnsan vicdanının əhəmiyyətini işıqlandıran, ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə". | ||||||||||||||
1958 | Boris Pasternak | SSRİ | "Müasir lirik poeziyadakı əhəmiyyətli nailiyyətlərinə və böyük rus epik roman ənənələrini davam etdirdiyinə görə". | ||||||||||||||
1959 | Salvatore Kvazimodo | İtaliya | "Müasir dövrün faciəvi sınaqlarını klassik canlılıqla əks etdirdiyi lirik poeziyasına görə". | ||||||||||||||
1960 | Sen-Jon Pers | Fransa | "Müasir dövrdəki vəziyyəti əks etdirə bildiyi yüksək və nümunəvi şeirlərə görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi |
---|---|---|---|
1961 | İvo Andriç | Yuqoslaviya | "Öz ölkəsinin tarixi ilə bağlı olan insanların taleyini və problemləri bütünlüklə aça bildiyi epik janrdakı istedad gücünə görə". |
1962 | Con Steynbek | ABŞ | "İncə yumoru kəskin sosial baxışlarla birləşdirə bilən realist poetik zəkasına görə". |
1963 | Yorqos Seferis | Yunanıstan | "Qədim ellin dünyasının qarşısında baş əyməyə vadar edən gözəl lirik əsərlərinə görə". |
1964 | Jan Pol Sartr | Fransa | "Müasir dövrümüzə böyük təsir göstərmiş azadlıq ruhu ilə aşılanmış və yaradıcılıq həqiqətləri ilə dolu zəngin ideyalarına görə ". |
1965 | Mixail Şoloxov | SSRİ | "Rusiya üçün dönüş dövründə bədii gücü baxımından eposun tamlığına görə". |
1966 | Şmuel Yosef Aqnon | İsrail | "Yəhudi xalq motivləri ilə zəngin olan dərin mənalı orijinal hekayələrinə görə ". |
1966 | Nelli Zaks | Almaniya/ İsveçrə | "Yəhudi xalqının taleyini araşdıran əzəmətli lirik və dram əsərlərinə görə". |
1967 | Migel Anhel Asturias | Qvatemala | "Əsərlərində Latın Amerikası hindularının adət və ənənələrinə maraq duyduğu parlaq bədii nailiyyətlərinə görə". |
1968 | Yasunari Kavabata | Yaponiya | "Yapon şüur və düşüncəsinin mahiyyətini ustalıqla çatdıra bildiyi yazıçılıq qabiliyyətinə görə". |
1969 | Semyuel Bekket | İrlandiya | "Müasir insanın faciəsinin elə insanın özünün qələbəsinə çevrildiyini göstərdiyi nəsr və dramaturgiya sahəsində yenilikçi əsərlərinə görə". |
1970 | Aleksandr Soljenitsın | SSRİ | "Dahi rus ədəbiyyatı ənənələrini öz əsərlərində qeyd etmiş əxlaqi gücünə görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi |
---|---|---|---|
1971 | Pablo Neruda | Çili | "Bütün qitənin taleyini özündə təcəssüm etdirən fövqəltəbii şeirlərinə görə". |
1972 | Henrix Böll | Almaniya | "Əsərlərində geniş şəkildə əks etdirdiyi gerçəkliklərə və yüksək sənətkarlıqla yaratdığı xarakterlərlə alman ədəbiyyatının dirçəlməsinə səbəb olan yaradıcılığına görə". |
1973 | Patrik Vayt | Avstraliya | "Yeni ədəbiyyat materikinin kəşfinə səbəb olmuş epik və psixoloji ustalığına görə". |
1974 | Eyvind Yonson | İsveç | "Məkan və zamanı dərk edərək azadlığa xidmət edən yazıçılıq qabiliyyətinə görə". |
1974 | Harri Martinson | İsveç | "Özündə şehdən tutmuş kainata qədər hər şeyi ehtiva edən yaradıcılığına görə". |
1975 | Eucenio Montale | İtaliya | "Tamamilə xəyallardan azad, böyük təsirlilik gücü ilə və həyata baxışların ifadə olunması ilə fərqlənən poeziya sahəsindəki nailiyyətlərə görə". |
1976 | Sol Bellou | ABŞ | "Öz yaradıcılığında birləşdirmiş olduğu müasir mədəniyyətin incə təhlili və humanizminə görə". |
1977 | Visente Aleysandre | İspaniya | "İnsanın kosmosda və müasir cəmiyyətdəki vəziyyətini əks etdirən və eyni zamanda özündə iki dünya müharibəsi arasında ispan poeziyası ənənələrinin oyanışını ifadə edən möhtəşəm poetik yaradıcılığına görə". |
1978 | İsaak Başevis-Zinger | ABŞ | "Öz polyak-yəhudi köklərinə gedərək, emosional yazıçılıq qabiliyyətinə görə". |
1979 | Odiseas Elitis | Yunanıstan | "Yunan mədəniyyətindən bəhrələnərək, ehtirasla və yüksək intellektuallıqla müasir insanın azadlıq və müstəqillik uğrunda mübarizəsini təsvir edən poetik yaradıcılığına görə". |
1980 | Çeslav Miloş | Polşa | "İnsanın dünyada edilməməsini və münaqişələr nəticəsində parçalanacağını heç bir qorxu olmadan qabaqcadan xəbər verdiyinə görə ". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1981 | Elias Kanetti | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "İnsan vicdanının əhəmiyyətini işıqlandıraraq ədəbiyyat sahəsinə vermiş olduğu böyük töhfələrə görə". |
1982 | Qabriel Qarsiya Markes | Kolumbiya | "Fantaziya və reallığı eyni zamanda bir yerə sığışdıraraq bütov bir qitənin həyat və mübarizələrini əks etdirən roman və hekayələrinə görə". | ||||||||||||||
1983 | Vilyam Qoldinq | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "İnsan təbiətinin və şər probleminin mahiyyətinə varan, onları yaşamaq uğrunda mübarizə ideyasında birləşdirən romanlarına görə". |
1984 | Yaroslav Seyfert | Çexoslovakiya | "İnsan ruhunun müstəqil və hərtərəfli olmasını sübut edən və öz təravətliliyi, həssaslığı və zəngin təxəyyüllülüyü ilə fərqlənən şeirlərinə görə". | ||||||||||||||
1985 | Klod Simon | Fransa | "Gözəlliyi və poetik başlanğıcları birləşdirmiş olduğu yaradıcılıq qabiliyyətinə görə". | ||||||||||||||
1986 | Vole Şoyinka | Nigeriya | "Nəhəng mədəni və poetik perspektivləri olan teatr yaratdığına görə". | ||||||||||||||
1987 | İosif Brodski | SSRİ ABŞ |
"Aydın fikir və coşğun poeziya ilə zəngin hərtərəfli yaradıcılığına görə". | ||||||||||||||
1988 | Nəcib Məhfuz | Misir | "Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə". | ||||||||||||||
1989 | Kamilo Xose Sela | İspaniya | "Mərhəmətlə və həssaslıqla insan zəifliyini qeyd edən, təsirli və güclü nəsr əsərlərinə görə". | ||||||||||||||
1990 | Oktavio Pas | Meksika | "Ağılla, humanist tamlıqla və böyük şövqlə yazılmış hərtərəfli əsərlərinə görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi |
---|---|---|---|
1991 | Nadin Qordimer | Cənubi Afrika | "Öz bənzərsiz eposu ilə bəşəriyyətə böyük xeyir verdiyinə görə". |
1992 | Derek Uolkott | Sent-Lüsiya | "64 fəsilli bənzərsiz karib eposu nümunəsinə görə". |
1993 | Toni Morrison | ABŞ | "Amerika gerçəkliyinin vacib aspektini dirçəltdiyi arzu və poeziyayla zəngin romanlarına görə". |
1994 | Kenzaburo Oe | Yaponiya | "Gerçəkliyin və mifin birləşərək bugünkü insan fəlakətlərinin qorxulu mənzərəsini canlandırdığı təsəvvür edilən dünyanın poetik bir güclə təsvirinə görə". |
1995 | Şeymas Xini | İrlandiya | "Qarşımızda heyrətamiz həyatı canlandıran və keçmişi dirildən poeziyasının lirik gözəlliyinə və etik dərinliyinə görə". |
1996 | Vislava Şimborska | Polşa | "Bəşər gerçəklikləri kontekstində tarixi və bioloji təzahürləri böyük dəqiqliklə təsvir edən poeziyasına görə". |
1997 | Dario Fo | İtaliya | "Orta əsrlərin təlxəklərinin xələfi kimi hakimiyyəti və avtoriteti tənə etdiyinə, əsarətdə yaşayanların ləyaqətini müdafiə etdiyinə görə". |
1998 | Joze Saramaqo | Portuqaliya | "Təxəyyül, həyəcan və ironiya ilə zəngin pritçalardan istifadə edərək xəyalı reallığı anlamağa imkan verən fəaliyyətlərinə görə". |
1999 | Günter Qrass | Almaniya | "Tarixin unudulmuş surətini işıqlandıran, şən və kədərli pritçalarına görə". |
2000 | Qao Sintszyan | ÇXR/ Fransa | "Müasir dünyada insanın vəziyyətini kədərlə qeyd edən dünyəvi xarakterli əsərlərinə görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2001 | Vidiadxar Suracprasad Naypol | Trinidad və Tobaqo/ {{ {{{1}}} |
alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}}|| "Barəsində fikir yürüdülməsi qəbul edilməyən bəzi faktlarla bağlı bizi düşünməyə vadar edən sarsılmaz düzlüyünə görə". |
2002 | İmre Kertes | Macarıstan | "Kertes öz yaradıcılığında cəmiyyətin aktiv olaraq şəxsiyyəti özündən asılı etdiyi bir dövrdə fərdin yaşamağa və düşünməyə necə davam edə biləcəyi barəsində suallara cavab verir". | ||||||||||||||
2003 | Con Maksvell Kutzee | CAR | "Kutzeyenin romanlarına xas olan xüsusiyyətlər — gözəl düşünülmüş kompozisiyalar, zəngin dialoqlar və analitik düşüncə sahəsindəkı ustalığıdır. O, eyni zamanda hər şeyi — qərb sivilizasiyasının qəddar rasionalizmini və süni əxlaqını tənqid edir. O, intellektual baxımından çox vicdanlı adamdır. Doğrunu yanlışdan ayırd etmək problemləri ilə, hərəkət və hərəkətsizliklərin arasındakı seçim əzabı ilə məşğul olur". | ||||||||||||||
2004 | Elfrida Elinek | Avstriya | "Qeyri-adi linqvistik səylə sosial qəliblərin mənasızlığını və onları kölə vəziyyətinə salan qüvvələri işıqlandırdığı roman və pyeslərində musiqili səda və əks-səda qabarmalarına görə". | ||||||||||||||
2005 | Harold Pinter | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "Öz pyeslərində gündəmin təlaşları əsasında duran uçurumları aydınlaşdırdığına və işgəncə yerinə daxil olduğuna görə". |
2006 | Orxan Pamuk | Türkiyə | "Doğma şəhərinin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması və qovuşması üçün yeni simvollar tapdığına görə". | ||||||||||||||
2007 | Doris Lessinq | Zimbabve/ {{ {{{1}}} |
alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} || "Skepsis, həyəcan və uzaqgörənliklə bölünmüş sivilizasiyanı diqqətə çatdıran, qadın təcrübəsini qeyd edən yazıçı olduğuna görə". |
2008 | Jan-Mari Qustav Le Klezio | Fransa/ Mavriki |
"Yeni istiqamətlərin, poetik macəraların və duyğusal coşğunluğun müəllifi, bəşəriyyətin hakim sivilizasiyanın sərhədlərindən kənar tədqiqatçısı olduğuna görə". | ||||||||||||||
2009 | Herta Müller | Almaniya | "Poeziyanın cəmləşdirilməsi və nəsrdəki səmimiyyəti ilə məzlumların həyatını təsvir etdiyinə görə". | ||||||||||||||
2010 | Mario Varqas Lyosa | Peru | "Hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə". |
Mükafatın təqdim edildiyi il | Mükafatı alan yazıçı və ya şairin adı | Laureatın təmsil etdiyi ölkə | Mükafata layiq görülmə səbəbi |
---|---|---|---|
2011 | Tumas Tranströmer | İsveç | "Aydın və yığcam şəkilləri ilə reallığa daha asan çıxış əldə etmək imkanı yaratdığına görə" |
2012 | Mo Yan | ÇXR | "Öz əsərlərində magik realizmlə xalq nağıllarını, tarixiliyi və müasirliyi əlaqələndirdiyinə görə" |
2013 | Elis Munro | Kanada | "çağdaş qısa hekayənin ustası olduğuna görə" |
2014 | Patrik Modiano | Fransa | "özünün ən anlaşılmaz insan talelərinə yol açan və sənət dünyasının-həyatının bilinməyən tərəflərini açıb göstərən yaddaş sənətinə görə" |
2015 | Svetlana Aleksiyeviç | Belarus | "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə" |
2016 | Bob Dylan | ABŞ | "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə" |
2022 | Anni Erno | Fransa | "cəsarət və klinik kəskinliklə, şəxsi yaddaşın köklərini, yadlaşmasını və kollektiv məhdudiyyətlərini ortaya qoyduğuna görə" |
2023 | Yun Fosse | Norveç | “anlaşılmaz olanı ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə” |
2024 | Han Kan | Cənubi Koreya | “tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ifşa edən intensiv poetik nəsrinə görə” |