AlphaGo — Qo oyununu oynayan kompüter proqramı.[1] O, Alphabet şirkətinin Londondakı törəmə şirkəti olan Google DeepMind tərəfindən yaradılıb.
AlphaGo | |
---|---|
Tərtibatçı | Google DeepMind |
Sayt |
deepmind.com/alpha-go.ht… deepmind.com/research/ca… |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci il oktyabr ayında AlphaGo tam 19x19 ölçülü lövhədə peşəkar Go oyunçuya qalib gələn ilk kompüter Go proqramı olur.[2] 2016-cı il mart ayında 9-cu dan peşəkar Li Sedolu məğlub edir.[3] Li Sedol ilə 4-cü oyunu uduzmasına baxmayaraq, 5-ci oyunda Lini yenidən məğlub edərək, 4–1 hesabı ilə qələbə qazanır. Bu qələbə münasibətilə AlphaGo Korea Baduk Assosiyası tərəfindən 9-cu danla mükafatlandırlır.[4] Li Sedol ilə olan oyun əsasında Greg Kohs tərəfindən AlphaGo adlı sənədli film də hazırlanmışdı.[5]
2017-ci ildə Future of Go zirvə görüşündə, AlphaGo o vaxtı, dünyada 1-ci yerdə olan, Ke Jie-ni üç oyunluq oyunda məğlub edir. Bu oyundan sonra AlphaGo Çinin Weiqi Assosiyası tərəfindən 9-cu dan ilə mükafatlandırılır.[6] Bu oyundan sonra AlphaGo artıq kareyarasını başa vurur, Google DeepMind süni intellektin digər sahələrində araşdırmalara davam edir.[7]