Alströmeriyakimilər

Alströmeriyakimilər (lat. Alstroemeriaceae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin Mərkəzi Amerikadan Cənubi Amerikaya qədər demək olar ki, sadəcə Amerika qitəsində yayılan, dörd cinsə aid 254 növü məlumdur. Fəsilədəki cinslərdən Luzuriaganın bir növünə Yeni Zelandiyada rast gəlinir və Drymophila cinsi Avstraliyanın cənub-şərqi üçün endemikdir.

Alströmeriyakimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Alstroemeria cinsi dekorativ bitki olaraq populyar olarkən, Bomarea cinsi isə müxtəlif rəngli zəngvari çiçəklərdən ibarət salxımlar əmələ gətirən dırmaşan bir bitki qrupudur.

Fəsiləni Alstroemeria cinsinə görə Şarlz Jozef Bartelemi Dümortye adlandırmışdır. Müvafiq cins isə öz Karl Linney tərəfindən, onun tələbəsi isveçli botanik Klas Alströmerin şərəfinə almışdır.[3]

Alstroemeriaceae MeksikaAntil adalarından Odlu Torpaq arxipelaqına qədər tropik və mülayim Amerikada yayılmışdır. Luzuriageae cinsinə isə Perudan Folklend adalarına və Odlu Torpağa qədər ərazilərlə birlikdə Yeni Zelandiya və Avstraliyada da rast gəlmək mümkündür.[4][5]

Bomarea edulis növü Meksikadan Argentinaya qədər ərazidə rast gəlinir. Onun kök yumruları Kolumbdan əvvəlki dövrlərdən qida mənbəyi kimi istifadə edilmişdir. Bu növə aid bir bitkidə hər biri 5 sm olan 20-yə qədər kök yumrusu ola bilər.[6][7]

Dekorativ bitki kimi

[redaktə | mənbəni redaktə et]

Fəsilənin bəzi üzvlərinin nisbətən böyük və müxtəlif parlaq rəngli çiçəkləri var. Bu səbəbdən, bu fəsilənin bəzi növləri dekorativ bitki olaraq məşhurdur və xüsusən də çiçək ticarətində istifadə olunur.[8][9][10]

2003-cü ildəki APG II sistemi fəsiləni Liliales sırasına, birləpəlilərə daxil etmişdir.

Triba Şəkil Cins Növlər
Alstroemeriae Alstroemeria L. 1762 123 növ
Bomarea Mirb., 1804 110–122 növ
Luzuriageae Drymophila R.Br. (1810)
Luzuriaga Ruiz & Pav. 1802
  1. Angiosperm Phylogeny Group An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 105–121. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00996.X
  2. Appendix IIB: Conserved and rejected names of families of bryophytes and spermatophytes. // International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) / red. N. J. Turland, J. H. Wiersema, F. Barrie, V. Qreuter, D. L. Hawksworth, P. S. Herendeen, S. Knapp, W. Kusber, D. Z. Li, K. Marhold və b. 2018. ISBN 978-3-946583-16-5
  3. Gunckel, H. 1982. Significado de nombres genéricos de algunas plantas de la flora chilena. Academia N° 4. Academia Superior de Ciencias Pedagógicas. 157–180  (isp.)
  4. Sanso, A. M. & Juan H. Hunziker. 1998. Karyological Studies in Alstroemeria and Bomarea (Alstroemeriaceae). Hereditas 129, 1: 67–74. DOI: 10.1111/j.1601–5223.1998.t01–1-00067.x  (isp.)
  5. "Alstroemeriaceae". Angiosperm Phylogeny Website, versión 10. Última actualización de la sección: 21 de junio de 2008 (ingilis). University of Missouri, St Louis, and Missouri Botanical Garden. 2008-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2022.
  6. Hofreiter, A. Leontochir: A Synonym of Bomarea (alstroemeriaceae)?. Harvard Papers in Botany (ingilis). 11. 2006. 53–60. doi:10.3100/1043-4534(2006)11[53:LASOBA]2.0.CO;2. 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  7. Reference, C.; Van Den Eynden, V.; Cueva, E.; Cabrera, O. Wild Foods from Southern Ecuador. Economic Botany (ingilis). 57. 2003. 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
  8. Sanso, A.M.; Xifreda, C.C. Flora fanerogámica Argentina: fasciculo 85. 40b. Alstroemeriaceae. Cordoba, Argentina: ProFlora Conicet 14p.-. En Chromosome numbers, Anatomy and morphology, Keys. Geog (ispan). 4. 2003.
  9. Xifreda, C.C.; Sanso, A.M. Flora del valle de Lerma: Alstroemeriaceae Dumortier. Aportes Bot. Salta Ser. Flor (ispan). 4. 1996. 11p.
  10. Dimitri, M. 1987. Enciclopedia Argentina de Agricultura y Jardinería. Tomo I. Descripción de plantas cultivadas. Editorial ACME S. A. C. I., Buenos Aires.  (isp.)
  11. "Genus Drymophila". PlantNET - New South Wales Flora Online. Royal Botanic Gardens & Domain Trust, Sydney Australia. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-19.