Alstroemeria

Alströmeriya (lat. Alstroemeria) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Cinsin bütün nümayəndələri Cənubi Amerika üçün səciyyəvi olsa da, bəzilərinə ABŞ, Meksika, Avstraliya, Yeni Zelandiya, MadeyraKanar adalarında da rast gəlmək olar. Cinsə daxil olan bütün növlər demək olar ki, iki fərqli yayılma arealından biri ilə məhdudlaşır. Bu mərkəzlərdən biri Çilidə, digəri isə Braziliyanın şərqində yerləşir. Çilidə olan Alstroemeria növləri qışda, Braziliyada olanlar isə yayda inkişaf edir. Çilinin Atakama səhrasında yetişən A. graminea istisna olmaqla, digər bütün növlər uzunömürlü çoxillik bitkilərdir.

Alströmeriya
Elmi təsnifat
Beynəlxalq elmi adı
Cinsə aid növlərdən biri olan Alstroemeria pallida-nın botanik təsviri

Bu cinsin nümayəndələri kök yumrularına malikdir. Bəzi növlərin gövdələrinin hündürlüyü 1.5 metr (4.9 ft)-ə çatır. Bitkinin yarpaqları növbə ilə düzülür, formaları dəyişkəndir və yarpaq damarları paraleldir. Çiçəklər tək olur və ya çətirdə yığılır. Çiçəklərdə hər birinin uzunluğu 5 santimetrə (2,0 düym) qədər olan altı ləçək var. Onlar qırmızı, narıncı, bənövşəyi, yaşıl və ağ rənglərin bir çox çalarlarında ola bilir və tünd rəngli ləkə və ya zolaqlara malikdirlər. Çiçəklərdə altı erkəkcik və üç ağızcığa malik bir dişicik var. Alstroemeria-da çiçəyin ləçəkləri yumurtalığın üstündə yerləşir.[1]

Bitkinin çiçəkləmə dövrü yaz və yaydır. Tozlanma həşəratların (arıların), həmçinin kolibrilərin köməyi ilə baş verir. Tozlayıcılar olmadıqda bitkinin küləklə tozlanması da mümkündür.[2]

Cins İoqann Peter Falk və onun dissertasiya rəhbəri Karl Linney tərəfindən 1762-ci ildə Planta Alströmeria adlı dissertasiyasında təsvir edilmişdir.[3] Cins Linneyin tələbəsi olan isveçli baron Klas Alstryomerin (1736–1794) şərəfinə adlandırılmışdır.[3] Linneyə cinsə aid iki növün toxum nümunələrini o vaxt bitkinin artıq yetişdirildiyi İspaniyadan məhz Alstryomer gətirmişdi.[2]

Yetişdirilməsi və istifadəsi

[redaktə | mənbəni redaktə et]
İngiltərənin Norfolk qraflığında Alstroemeria-nın "Indian Summer" sortu

Cinsin ağ, sarı, narıncı, ərik, çəhrayı, qırmızı, bənövşəyi və bənövşəyi də daxil olmaqla bir çox rəngi və bəzəyi özündə əks etdirən bir çox hibridi və ən az 190 sortu hazırlanmışdır. Bu gün tez-tez yetişdirilən ən məşhur hibridlər Çilidən olan növlər (qışda çiçəkləyən) ilə Braziliyadan gələn növlər (yayda çiçəkləyən) arasında çarpazlaşma nəticəsində əldə edilir. Bu strategiya cinsə aid bitkilərin həmişəyaşıl olması və demək olar ki, ilin çox hissəsində çiçəkləməsi ilə nəticələnmişdir. Cinsin əsas yetişdirmə prosesi bu gün Hollandiyadakı şirkətlər tərəfindən həyata keçirilir. Miniatür zanbağa bənzəyən bu çiçəklər kəsmə gül ticarətində buket və gül kompozisiyaları üçün olduqca məşhurdur. Bu zərif çiçəklər heç bir büzüşmə əlaməti olmadan suda 14 günə qədər yaşayır.[4]

Bağ üçün mövcud olan növlərin əksəriyyəti yazın sonunda və yazın əvvəlində çiçək açır. Bitkinin kökləri 23 °F (−5 °C) dərəcə istiliyə davamlıdır. Bitki ən azı altı saat gün işığı, müntəzəm su və yaxşı havalandırılan torpaq tələb edir.

Alstroemeria cinsinin nümayəndələrinin köklərindən nişasta əldə edilir. Bitkidən həmçinin xalq təbabətində və yüksək keyfiyyətli yapışqan hazırlamaqda da istifadə olunur.[2]

Alstroemeria cinsinə aid təxminən 126 növ var.[5][6]

Şəkil Ad Yayılma arealı
Alstroemeria achirae Maule
Alstroemeria albescens Riu-Qrandi-du-Sul
Alstroemeria altoparadisea Qoyas
Alstroemeria amabilis Braziliya
Alstroemeria amazonica Para, Bolivar
Alstroemeria andina Çili, Argentina
Alstroemeria angustifolia Çili
Alstroemeria annapolina Qoyas
Alstroemeria apertiflora Braziliya, Argentina, Paraqvay
Alstroemeria aquidauanica Matu-Qrosu
Alstroemeria arnicana Qoyas
Alstroemeria aulica Valparaiso
Alstroemeria aurea Çili, Argentina; Yeni Zelandiya, Viktoriya (Avstraliya) bölgələrinə gətirilib uyğunlaşdırılmışdır.
Alstroemeria bahiensis Baiya
Alstroemeria bakeri Catamarca
Alstroemeria bilabiata Santyaqo
Alstroemeria brasiliensis Braziliya
Alstroemeria burchellii Qoyas
Alstroemeria cabralensis Minas-Jerays
Alstroemeria caiaponica Qoyas
Alstroemeria calliantha Minas-Jerays
Alstroemeria cantillanica O'Higgins
Alstroemeria capixaba Espírito Santo
Alstroemeria caryophyllaea Braziliya
Alstroemeria chapadensis Matu-Qrosu
Alstroemeria chorillensis Peru
Alstroemeria crispata şimali Çili
Alstroemeria cuiabana Matu-Qrosu
Alstroemeria cultrifolia Brazilia
Alstroemeria cunha Braziliya
Alstroemeria decora Valparaiso
Alstroemeria diluta Çili
Alstroemeria discolor Valparaiso
Alstroemeria douradensis Qoyas
Alstroemeria espigonensis Bahia
Alstroemeria exserens Çili, Argentina
Alstroemeria fiebrigiana Bolivia
Alstroemeria firmulifolia Minas-Jerays
Alstroemeria foliosa Braziliya, Paraqvay
Alstroemeria fuscovinosa Braziliya
Alstroemeria garaventae Çili
Alstroemeria gardneri Braziliya
Alstroemeria glaucandra Valparaiso
Alstroemeria gouveiana Minas-Jerays
Alstroemeria graminea Çili
Alstroemeria hookeri Çili
Alstroemeria huemulina Bío Bío
Alstroemeria ibitipocae Minas-Jerays
Alstroemeria igarapavica São Paulo
Alstroemeria inodora Braziliya
Alstroemeria isabellana Braziliya, Argentina, Uruguay, Paraqvay
Alstroemeria itabiritensis Minas-Jerays
Alstroemeria jequitiana Minas-Jerays
Alstroemeria jocunda Santiago de Chile
Alstroemeria julieae Minas-Jerays
Alstroemeria kingii Çili
Alstroemeria lactilutea Tarapacá
Alstroemeria landimana Braziliya
Alstroemeria leporina Çili
Alstroemeria ligtu, St. Martin's flower Peru, Çili, Argentina
Alstroemeria litterata Matu-Qrosu
Alstroemeria longaviensis Maule
Alstroemeria longistaminea Braziliya
Alstroemeria longistyla Qoyas, Minas-Jerays
Alstroemeria lutea Tarapacá
Alstroemeria magna Valparaiso
Alstroemeria magnifica Çili
Alstroemeria malmeana Braziliya
Alstroemeria modesta Çili
Alstroemeria mollensis Kokimbo
Alstroemeria monantha Çili
Alstroemeria monticola Bahia, Minas-Jerays
Alstroemeria nidularis Maule
Alstroemeria nivea Kokimbo
Alstroemeria ochracea Minas-Jerays
Alstroemeria orchidioides Brazilia, Qoyas
Alstroemeria pallida Çili
Alstroemeria paraensis Para
Alstroemeria patagonica cənubi Argentina, cənubi Çili
Alstroemeria paupercula Peru, şimali Çili
Alstroemeria pelegrina, Peruvian lily Peru, Çili
Alstroemeria penduliflora Minas-Jerays
Alstroemeria philippii şimali Çili
Alstroemeria piauhyensis Braziliya
Alstroemeria plantaginea Braziliya, Venesuela
Alstroemeria poetica Çili
Alstroemeria polpaicana Santiago
Alstroemeria polyphylla Çili
Alstroemeria presliana Çili, Argentina
Alstroemeria pseudospathulata Çili, Argentina
Alstroemeria psittacina Braziliya, Argentina; naturalized in Australia, New Zealand, Southeastern United States, cənubi Mexico, Madeira, Canary Islands
Alstroemeria pubiflora Qoyas
Alstroemeria pudica Santiago
Alstroemeria pulchra Çili
Alstroemeria punctata Brazilia, Qoyas
Alstroemeria pygmaea Peru, Braziliya, Argentina
Alstroemeria radula Braziliya
Alstroemeria recumbens Çili
Alstroemeria revoluta Çili
Alstroemeria ribeirensis Parana ştatı
Alstroemeria roseoviridis Matu-Qrosu-du-Sul
Alstroemeria rupestris Minas-Jerays
Alstroemeria sabulosa Valparaiso
Alstroemeria schizanthoides Çili
Alstroemeria sellowiana Braziliya
Alstroemeria spathulata Çili, Argentina
Alstroemeria speciosa São Paulo
Alstroemeria spectabilis Santiago
Alstroemeria stenopetala Qoyas, Minas-Jerays
Alstroemeria talcaensis Maule
Alstroemeria timida Santiago
Alstroemeria tombolatoana Qoyas, Minas-Jerays
Alstroemeria umbellata Çili, Argentina
Alstroemeria variegata Minas-Jerays
Alstroemeria venusta Çili
Alstroemeria versicolor Çili
Alstroemeria virginalis Kokimbo
Alstroemeria viridiflora Braziliya
Alstroemeria werdermannii Çili
Alstroemeria xavantinensis Matu-Qrosu
Alstroemeria yaelae Santyaqo
Alstroemeria zoelneri Çili
  1. "Alstroemeria". Flora of North America (ingilis). İstifadə tarixi: 30 noyabr 2022.
  2. 1 2 3 Baranova, 1981
  3. 1 2 Linney, Falk, 1762
  4. "Long Lasting Flowers" (ingilis). 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  5. Alströmeriya: GRIN saytında informasiya
  6. "Alstroemeria". World Checklist of Selected Plant Families (WCSP). Royal Botanic Gardens, Kew.