11 sentyabr hücumları

11 sentyabr hücumlarıƏl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-YorkVaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları.

11 sentyabr hücumları
11 sentyabr hadisələri zamanı qeydə alınan görüntülər
Hücum yeri ABŞ ABŞ
Nyu-York, Manhetten;
Virciniya, Arlinqton;
Pensilvaniya, Şanksvill
Vaxt 2001-ci ilin sentyabrın 11-i
8:46 – 10:28
Hücum üsulu Aviaquldurluq, intihar hücumu, qətliam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Hücumun hədəfləri

[redaktə | mənbəni redaktə et]

Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir. Müstəqil blokda yerləşən Bina 7 də daxil olmaqla 7 binadan ibarət kompleksə 2001-ci il sentyabrın 11-də çox ağır zərbə vuruldu. Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. Pentaqonda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi. Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. Cənub Qülləsinin şəkil və videoları Şimal qülləsinin dağılması haqqında ətraflı sübutlar verir. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalandı və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrildi. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi. Bu hadisələrin baş verməsi hələ də aktualdır və indiyə qədər araşdırılır. Sentyabrın 11-i baş vermiş hadisə üzrə bir çox filmlər hazırlanmışdır.

PENTTBOM əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlamışdı. Talibana qarşı cavab hücumu tezliklə baş verdi. Federal Təhqiqat Bürosu Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlatdı. Şübhəlilər 72 saat içində müəyyənləşdirildi, çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə təşəbbüs etmişdilər. Onlar təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında demək olar ki, yeganə ərəb sərnişinlər idilər və bu da Federal Təhqiqat Bürosuna doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini müəyyənləşdirməyə imkan verdi. 2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. Şübhəli təyyarə oğruları Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər.

Amerikalılar üzərindəki təsirləri

[redaktə | mənbəni redaktə et]

11 sentyabr hücumlarının amerikalılar üzərində çox ağır təsirləri qaldı. Ölkənin hər yerindən polis məmurları və xilas etmə işçiləri Əkiz Qüllələrin qalıqları altında qalan insan cəsədlərini qurtarmaq prosesinə yardım etmək üçün Nyu-York şəhərinə axışıb gəldilər. Birləşmiş Ştatlar üzrə qan vermə göstəricisində 11 sentyabr həftəsindən sonra böyük artım yaşandı.

Bu hücumlar Amerika və dünya bazarına əhəmiyyətli dərəcədə təsir etdi. Nyu-York məzənnə fondu (NYMF) və Amerika məzənnə fondu Sentyabrın 11-də açılmadı və senytabrın 17-dək qapalı qaldı. Məzənnə fondu yenidən açılanda səhm bazarı 71%-dən 8921-ə endi, bu isə bir gündə qeydə alınan ən böyük enmə idi.

Eyni zamanda yaxın şərqlilərə və yaxın şərqlilərə bənzəyən digər insanlara qarşı çoxlu sayda hücum və nifrət zəminində törədilmış cinayətlər də qeydə alındı. Məsələn, sixlərə qarşı bu cür hücumlar baş verirdi, çünki six kişiləri ənənəvi olaraq türban geyinirlər, bu da Birləşmiş Ştatlarda bir qayda olaraq müsəlmanlarla əlaqələndirilən bir əlamətdir. Hind məbədinin partladılması, insanlara edilən hücumlar, təhqirlər, məscid və başqa dini binalara edilən hücumlar və sentyabrın 15-də Balbir Sinq Sodhinin qətlə yetirilməsi amerikalıların qəzəbinin göstəricisi idi. Balbir Sinq Sodhi güllələnmişdi, o da digərləri kimi müsəlman zənn edilən sıravi six idi.

Terrorla mübarizə

[redaktə | mənbəni redaktə et]

Hücumdan sonra Corc Buş administarsiyası Osama Bin Laden və Əl Qaidə təşkilatının ədalətə təslim olunmasi və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. Bu mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr ABŞ-nin beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-islam təbliğatının aparılması üçün bəhanə oldu.

2001-ci il sentyabrın 20-ində prezident Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışdı. Zərər çəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək məqsədilə hücumların qurbanlarına yardım etmək üçün böyük miqdarda pul ayrıldı, xeyriyyə cəmiyyətləri yaradıldı.

2002-ci ilin sonunda terror aktlarına qarşı hazırlıq və təxirəsalınmaz tədbirlər üçün Tomas Kinin rərbərlik etdiyi Birləşmiş Ştatlarda Terror Aktları üzrə Milli Komitə (9/11 Komitəsi) yaradıldı. 2004-cü il iyulun 22-də Komitə özünün 9/11 Komitə məruzəsini yayımladı.

Hücumun qlobal kütləvi mediada işıqlandırılması

[redaktə | mənbəni redaktə et]

Hücüm barədə məlumatlar kütləvi informasiya vasitələri və dövlət tərəfindən dünyanın hər yerinə elan edildi. Lakin İraq “Amerika kouboyları insanlığa qarşı törətdikləri cinayətlərin bəhrəsini görürlər” kimi rəsmi bəyanatla fərqləndi.