Amerika qara ayısı

Baribal (lat. Ursus americanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Qara ayı yaxud Baribal Şimali Amerikada yaşayır. Onların həyat tərzi Himalay ayısının həyat tərzlərini xatırladır. Orta ölçülü ayının çəkisi 150 kiloqrama çatır. Digər ayılar kimi Baribal da qış yuxusuna gedir. Bu zaman onların 2–3 balaca (təsadüfü hallarda 1–4 ədəd) 250–300 qram ağırlığında balaları dünyaya gəlir. Balalar sürətlə inkişaf edir, növbəti yaya kimi anaları ilə birlikdə yaşayırlar. Baribal həşaratlar, balıqlar, meyvələr, giləmeyvələr və bitkilərlə qidalanır.

Baribal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimalda KanadaAlyaskadan cənubda Meksikaya və şərqdə Atlantik okeanından qərbdə Sakit okeana qədər olmaq üzrə, qitənin böyük əksəriyyətində rast gəlinir. Bu geniş sahə, Kanadanın Şahzadə Edward Adası xaricindəki bütün bölgələriylə ABŞ-nin əlli ştatından qırxını əhatə edər. Avropa Şimali Amerikanı kəşf etməmişdən əvvəl qara ayının sayının 2 milyona qədər olduğu güman edilir. Hal-hazırda sayının 200 minə qədər azaldığı hesab edilir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0