Amur meşə pişiyi

Amur meşə pişiyi (Uzaq Şərq meşə pişiyi (Felis euptilura)) — pişiklər fəsiləsindən məməli heyvan.

Amur meşə pişiyi
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Haqqında[redaktə | mənbəni redaktə et]

Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarıAmur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır. Sığınacaqlarını ağacların koğuşlarında və qayaların yarğanlarında qurur. Siçanabənzər gəmiricilər, burunduklar, qırqovullar və s., qışda isə Mancuriya dovşanları ilə qidalanır. 2–3 bala doğur. Az yayılmışdır, mühafizə edilir, RF-nin "Qırmızı kitab"ına daxil edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 459. ISBN 978-9952-441-02-4.