Anatoli Vasilyeviç Lapidevski — (23 mart 1908[1] – 29 aprel 1983[1], Moskva) — Sovet pilotu, aviasiya general-mayoru (1946), ilk Sovet İttifaqı Qəhrəmanı (1934).
Anatoli Vasilyeviç Lapidevski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | SSRİ |
Qoşun növü | Hərbi hava qüvvələri |
Xidmət illəri | 1926—1933, 1935—1961 |
Rütbəsi | Aviasiya general-mayoru |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
10 (23) mart 1908-ci ildə Stavropol quberniyasının (indiki Krasnodar bölgəsi) Belaya Qlina kəndində keşiş ailəsində anadan olmuşdur. Ailə Tula quberniyasının ruhanilər sülaləsindən idi. Uşaqlığı Staroşerbinovsk kəndində və Kuban bölgəsinin Yeysk şəhərində keçirmişdir. O, dəmirçi yanında köməkçi, çilingər yanında tələbə, biçin maşını ustası, yağ dəyirmanında sürücü köməkçisi işləmişdir.
1926-cı ildən Qırmızı Orduda xidmətə başlamışdır. 1927-ci ildə Leninqrad Hərbi Hava Qüvvələrinin Hərbi-Nəzəri Məktəbini, 1928-ci ildə — Sevastopol Dəniz Pilotları Məktəbini bitirib. Qırmızı Bayraq Ordenli Baltik donanmasının hava qüvvələrinin döyüş vahidində, daha sonra Yeysk dəniz pilotları məktəbində təlimatçı-pilot kimi xidmət etmişdir. 1933-cü ildən — ehtiyatdadır. Mülki Hava Donanmasının uzaq şərq şöbəsində pilot vəzifəsində çalışmışdır.
1934-cü ildə A. V. Lyapidevski Çelyuskinlilərin xilas edilməsində iştirak etdi. Çovğunda və pis hava şəraitində 29 axtarış uçuşu etdi, 5 mart 1934-cü il tarixindən əvvəl onların düşərgəsini taparaq buz örtüyünə endi və 10-u qadın və ikisi uşağı olmaqla 12 nəfəri xilas etmişdir.
Çelyuskinlilərin qurtarılmasında göstərilən şücaət və qəhrəmanlığa görə Anatoli Vasilyeviç Lapidevski 20 aprel 1934-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və Lenin ordeni ilə təltif edilmişdir (No 515). 4 noyabr 1939-cu ildə "Qızıl Ulduz" medallarının təqdimatında 1 nömrəli medalla təltif edilmişdir.
1935-ci ildən yenə ordu sıralarına yazılmışdır. 1939-cu ildə N. Y. Jukovski Hava Qüvvələri Akademiyasının mühəndislik fakültəsini bitirmişdir. 1939-cu ildən — Aviasiya sənayesi xalq komissarlığı baş müfəttişliyinin rəis müavini, 156 saylı Aviasiya Zavodunun direktoru (Moskva, 1941-ci ilin oktyabrından — Omsk şəh.) olmuşdur.
Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur: 1942-ci ilin mayından sentyabrına qədər — Hərbi Hava Qüvvələri Elmi-Tədqiqat İnstitutunun 4-cü şöbəsinin müdiri, 1942-ci ilin sentyabrından 1943-cü ilin sentyabrınadək — 19-cu Hərbi Hava Qüvvələri komandirinin müavini, 7-ci hava ordusunun səhra təmirinin rəhbəri (Karel cəbhəsi) olmuşdur.
1943-cü ildən — yenidən bir aviasiya zavodunun direktoru, müharibə bitdikdən sonra SSRİ Dövlət Nəzarətinin baş nəzarətçisi, Aviasiya Sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır. 1949–1954-cü illərdə — Aviasiya Sənayesi Nazirliyi 25 nömrəli zavodun direktoru vəzifəsini tutmuşdur. 1954-cü ilin mayında zavod Orta Maşınqayırma Nazirliyinə verildi. 1954-cü ildən 1961-ci ilə qədər — Konstruktor Bürosu-25 rəhbərinin birinci müavini və 25 saylı Orta Maşınqayırma Nazirliyi Təcrübə Zavodunun direktoru (indiki N. L. Duxov adına Ümumrusiya Elmi-Tədqiqat Avtomatika İnstitutu) olmuşdur. 1962–1983-cü illərdə. A. İ. Mikoyan ad. Eksperimental Konstruktor Bürosunun aparıcı konstruktoru, baş mühəndis müavini vəzifələrində işləmişdir. 1961-ci ildən bəri Aviasiya general-mayoru A. V. Lapidevski ehtiyatdadır.
29 aprel 1983-cü ildə V. S. Molokovun dəfn mərasimində soyuqdəymə səbəbindən vəfat etmişdir. Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.
Rəvayətə görə, İosif Stalin, qonaqlıqların birində Lapidevskiyə şərab içməyi təklif edir. O, pilota bir qədəh uzadır, özü isə şüşənin boynundan içir. Bundan sonra öndər özü ilahiyyat seminariyasını bitirdiyindən, ona mənşəyindən utanmamağı məsləhət görür[2].