Andriy İvanoviç Sibiha (ukr. Андрiй Iванович Сибiга; 1 yanvar 1975[1], Zborov[d], Ternopil vilayəti[1]) — ukraynalı dövlət xadimi, diplomat və hüquqşünas, Ukrayna Prezidenti Aparatının rəhbərinin müavini (2021–2024)[2] və 5 sentyabr 2024-cü il tarixindən Ukrayna Xarici İşlər Naziri.[3]
Andriy Sibiha | |
---|---|
ukr. Андрій Іванович Сибіга | |
| |
Ukrayna Xarici İşlər naziri[d] | |
Vəzifədədir | |
5 sentyabr 2024-cü ildən | |
Əvvəlki | Dmytro Kuleba |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1975[1] (49 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | diplomat |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Andriy Sibiha Ternopol vilayətinin Zborov şəhərində anadan olub. 1997-ci ildə Lvov universitetini "beynəlxalq münasibətlər" ixtisası üzrə bitirib. İngilis və polyak dillərini sərbəst bilir.
1998–2002-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin ikinci və birinci katibi olub.
2002–2003-cü illərdə Ukrayna XİN Avropa inteqrasiya idarəsinin hüquqi və humanitar əməkdaşlıq şöbəsinin birinci katibi işləyib.
2003–2005-ci illərdə Ukrayna XİN Muqavilə-hüquq departamentinin beynəlxalq-hüquq əməkdaşlığı şöbəsinin rəisi olub.
2005–2006-cı illərdə Ukrayna XİN Müqavilə-hüquq departamentinin xarici siyasət sferasında beynəlxalq hüquq və qanunvericilik şöbəsinin rəisi işləmişdir.
2006–2008-ci illərdə Müqavilə-hüquq departamentinin direktorunun müavini olmuşdur.
2008–2012-ci illərdə Ukraynanın Polşadakı səfirliyinin müşaviri işləyib.
2012–2016-cı illərdə Ukrayna XİN Konsulluq xidməti departamentinin direktoru vəzifəsini tutmuşdur.
2016-cı il 23 avqust tarixində Ukraynanın Türkiyədəki səfiri təyin olunub. 19 may 2021-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin əmri ilə vəzifəsindən azad olunub.
31 may 2021-ci ildə Ukrayna prezidenti Ofisinin rəhbərinin müavini təyin olunub.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğalı zamanı Sibiha Ukraynanın Avropa İttifaqına qəbul olunmaq üçün rəsmi müraciət etdiyini ilk elan edənlərdən olmuşdur. Xarici işlər naziri Dmitri Kulebanın istefasından sonra 2024-cü il sentyabrın 5-də prezident Zelenski tərəfindən Xarici işlər naziri təyin olunmuşdur. Onun təyinatı Ali Rada tərəfindən 258 səslə təsdiq olunmuşdur.