Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini[3] və Cənubi Çinin bir hissəsini idarə edirdi.[4][5]
İmperiya | |||
Khmer imperiyası | |||
---|---|---|---|
ចក្រភពខ្មែរ Çakrphup Khmer ख्मेर साम्राज्य Kambucadeşa | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Mahendraparvata (IX əsrin əvvəlləri) Hariharalaya (IX əsr) Koh Ker (928–944) Yasodharapura (Anqkor) (IX–XV əsrlər) |
||
Dilləri | Avstroasiya dilləri | ||
Rəsmi dilləri |
Qədim khmer dili Sanskrit dili |
||
Dövlət dini |
Hinduizm Mahayana Txeravada |
||
Ərazisi | 1,000,000 km2 (1290)[1][2] | ||
Əhalisi | 2,000,000 (1150) | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Çakravartin | |||
• 770—830 | II Cayavarman | ||
• 1113—1150 | II Suryavarman | ||
• 1181—1218 | VII Cayavarman | ||
• 1327—1336 | IX Cayavarman | ||
Tarixi | |||
• 802 | II Cayavarmanın taxta çıxması | ||
• 1431 | Siamların səfəri | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir.[6]
Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür. Həmin il II Cayavarman özünü çakravartin ("dünyanın kralı" və ya "krallar kralı"). Krallıq XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.
Dövlət Hind-Çin yarımadasının mərkəzi hissələrində yaşayan khmer tayfaları arasındakı əlaqələrin inkişafının bir nəticəsi olaraq yaranmışdır. Khmer tayfalarının bir hakimiyyət altında birləşmələrinin ən böyük səbəbi Anqkor şəhərinin yerləşdiyi ərazidi. Bu ərazi kənd təsərrüfatının inkişafı üçün münasib idi. Dövlətin qurulmasının başqa bir səbəbi hind sivilizasiyasının sahilyanı ərazilərdən yarımadanın dərinliklərinə yayılması idi.
II Cayavarman (802–850) Kambucadeşa kral sülaləsinin banisi hesab edilir, ancaq khmer tayfaları I İndravarman (877–889) və I Yaşovarman (889–900) hakimiyyəti dövründə birləşmişdir. XI–XII əsrlər imperiyanın ən qüdrətli dövrü idi. Kral I Suryavarman (1002–1050) və II Udayadityavarman (1050–1066) imperiya ərazisində böyük bir suvarma sistemi tikmişdir.
Kral II Suryavarmanın hakimiyyəti dövründə imperiya Çauprahaya çayının vadisində yaşayan monlarla və Tyampa dövləti ilə vuruşmuşdur. Böyükmiqyaslı müharibələr XIII əsrdə imperiyanın tənəzzül dövrünə girməsi ilə nəticələnmişdir. XIII əsrin ikinci yarısında imperiya qərbdə yaşayan tay tayfalarının hücumlarına məruz qalmışdır. İmperiya XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.
Khmer İmperiyasının inzibati bölgüsü barədə çox az məlumat var. İmperiyanın krala xərac verən kiçik-kiçik knyazlıqlardan ibarət olmağı ehtimalı var. Mahal sistemi X əsrin ortalarında yanmışdır. Hər bir mahalda 20–90 nəfərlik srukdan (kənd) və bir məbəddən ibarət idi.[7]
Khmer cəmiyyəti ikidilli idi. Sanskrit hakimiyyətin və mədəniyyətin, khmer isə adi xalqın dili idi. Buna baxmayaraq, kitabələrdə həm sanskrit, həm də khmer dillərindən istifadə olunurdu.[7]
Kambocadakı məbədlər
Tailanddakı məbədlər
Laosdakı məbədlər