Ansi Aqolli (11 oktyabr 1982[1][2], Tirana) — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır.
Ansi Aqolli | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alb. Ansi Agolli | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ansi Aqolli | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 11 oktyabr 1982[1][2] (42 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Albaniya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 183 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Nyu York Kosmos | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 13 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu.
İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu.
Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.
Aqolli VPS-da 33 oyunda 1 qol vurdu.2008-ci ilin iyul ayında Aqolli Tiranaya geri qayıtdı. Aqolli 36 oyunda 5 qol vurdu. Həmin il Albaniya Superliqasının qalibi oldu.
2009-cu ilin aprel ayında Aqolli Tirana nümayəndəsi ilə görüşüb, 4 may tarixində razılıq əldə etdi.Lakin Aqolli 2009-cu il iyul ayının əvvəlində Ukrayna Premyer Liqası klublarından Krivbas'a transfer olundu və bu klubda 13 matçda çıxış etdi.
2010-cu il iyul ayında Aqolli Qarabağ ilə 1 illik müqavilə imzaladı.Aqolli 2012-ci ildə isə yenidən müqavilə imzaladı.Futbolçu bu müddətdə 6 dəfə Azərbaycan Premyer Liqasını, 3 dəfə isə Azərbaycan Kubokunu qazandı. Aqolli 2016-2017 mövsümünün sonunda isə yeni müqavilə imzaladı. Daha iki mövsümü "Qarabağ" klubunda keçirib, növbəti 2 çempionluğunu əldə edən Aqolli 2018/19 mövsümünün gedişində klubdan ayrıldı. Yarımçıq mövsümə görə yayda Bakıya dəvət olundu və çempionluq medalı ilə təltif olundu.
2019-cu il mart ayında Aqolli Nyu-Yorkun 3cü klubu olan Kosmos ilə müqavilə imzaladı. Dahi Pele-nin də vaxtilə formasını geydiyi Kosmos-da ilk mövsüm B komandasında çıxış etsə də, 2020-dən etibarən əsas komandaya qoşuldu.
Aqolli ‘‘Albaniya 21 yaş altı millisində’’ 6 matçda oynadı.
Aqolli Albaniya millisində ilk matçına Qazaxıstan qarşısında çıxdı.Aqolli Albaniyanın kapitanı olmuşdur və 2018-ci ildə yığma karyerasını bitirmişdir.
Ansi Aqolli 21 may 2016-cı ildə Albaniyanın Avro 2016 üçün ilkin 27 nəfər arasına alındı.31 may 2016-cı ildə isə Aqolli 23 nəfərlik heyətdə özünə yer tapdı.Aqolli Avro 2016-da 3 matçda da oynadı.Albaniya A qrupunda 3 xalla 3-cü oldu.
Mövsüm | Klub | Liqa | Liqa | Kubok | UEFA | Başqa | Cəmi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Tirana | 2000–01 | Albaniya Superliqası | 1 | 0 | — | — | — | 1 | 0 | |||
2001–02 | 3 | 0 | — | — | — | 3 | 0 | |||||
2002–03 | 6 | 0 | — | 1 | 0 | 1 | 0 | 8 | 0 | |||
2003–04 | 23 | 1 | — | 1 | 1 | 1 | 1 | 25 | 3 | |||
2004–05 | 31 | 4 | — | 2 | 0 | 0 | 0 | 33 | 4 | |||
2008–09 | 29 | 5 | 7 | 0 | — | — | 36 | 5 | ||||
Cəmi | 93 | 10 | 0 | 0 | 4 | 1 | 2 | 1 | 99 | 12 | ||
Apoloniya | 2002–03 | Albaniya Superliqası | 12 | 1 | — | — | — | 12 | 1 | |||
Cəmi | 12 | 1 | — | — | — | 12 | 1 | |||||
Ksamaks | 2005–06 | İsveçrə Super Liqası | 29 | 3 | 2 | 1 | 1 | 0 | — | 32 | 4 | |
Lyusern | 2006–07 | 8 | 0 | 0 | 0 | — | — | 8 | 0 | |||
Cəmi | 37 | 3 | 2 | 1 | 1 | 0 | — | 40 | 4 | |||
VPS | 2007 | Veikkausliqa | 18 | 0 | 0 | 0 | — | — | 18 | 0 | ||
2008 | 15 | 1 | 0 | 0 | — | — | 15 | 1 | ||||
Cəmi | 33 | 1 | 0 | 0 | — | — | 33 | 1 | ||||
Krivbas | 2009–10 | Ukrayna Premyer Liqası | 13 | 0 | 0 | 0 | — | — | 13 | 0 | ||
Cəmi | 13 | 0 | 0 | 0 | — | — | 13 | 0 | ||||
Qarabağ | 2010-11 | Azərbaycan Premyer Liqası | 31 | 0 | 1 | 0 | 6 | 0 | — | 38 | 0 | |
2011–12 | 31 | 1 | 4 | 0 | 6 | 1 | — | 41 | 2 | |||
2012–13 | 27 | 1 | 4 | 0 | — | — | 31 | 1 | ||||
2013–14 | 34 | 1 | 2 | 0 | 8 | 0 | — | 44 | 1 | |||
2014–15 | 26 | 0 | 4 | 0 | 12 | 0 | — | 42 | 0 | |||
2015–16 | 24 | 0 | 4 | 0 | 11 | 0 | — | 39 | 0 | |||
2016–17 | 21 | 0 | 3 | 0 | 12 | 0 | — | 36 | 0 | |||
Cəmi | 194 | 3 | 22 | 0 | 55 | 1 | — | 261 | 4 | |||
Karyera cəmi | 383 | 18 | 31 | 1 | 60 | 1 | 2 | 1 | 476 | 22 |
№ | Tarix | Yer | Sıra | Rəqib | Hesab | Nəticə | Çempionat | |
---|---|---|---|---|---|---|---|---|
1 | 10 iyun 2009 | Albaniya | 11 | Gürcüstan | 1-1 | 1-1 | Dostluq matçı | |
2 | 12 avqust 2009 | Albaniya | 12 | Kipr | 5-1 | 6-1 | Dostluq matçı |
Qarabağda mövsümün oyunçusu (1): 2014-15