Antimilliyətçilik (q.yun. ἀντι – "qarşı" və "milliyətçilik" sözlərindən) — milliyətçiliyə qarşı etiraza verilən ad. Milliyətçiliyin adətən azad şəkildə seçilmiş dini və ya mədəni inam və vərdişlərə əsaslanaraq daha bitişmiş və müstəqil olan kimlik seçimləri ilə münaqişədə olarkən inam və ya kimlik sistemi olaraq qəbul edilməsi əraziyə əsaslanan milliyətçiliyin legitimliyini əsassız çıxara bilər. Beynəlmiləlçiliyin müxtəlif formaları alternativ seçimlər irəli sürür. Onların hamısı ölkələr, dövlətlər, milli sərhədlər, mədəniyyətlərin qorunub saxlanması və kimlik siyasəti konsepsiyalarına qəti surətdə qarşı çıxmırlar. Məsəlüçün, çağdaş multilateralizm bu konsepsiyalara qarşı çıxmır, ancaq proletar beynəlmiləlçilik və kosmopolitizmin müxtəlif növləri bu konsepsiyalara qarşı çıxır.
Bəzi antimilliyətçilər milliyətçiliyin hər bir formasına qarşı çıxırlar. Bu mövzunun variasiyaları daha çox marksist nəzəriyyəsində görünür. Karl Marks və Fridrix Engels "işləyənlərin ölkəsi yoxdur" deyərək milliyətçiliyə tamamilə qarşı çıxırlar.[1] Buna baxmayaraq, Kris Harman kimi trotskiçilərin əksəriyyəti milliyətçiliyi açıq şəkildə tənqid etsə də tərəqqipərvər milli mübarizə adlandırığı hərəkatları dəstəkləmişdir.[2]